Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun baş katibi Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Nazirlikdən Azərtac-a bildirilib ki, görüşdə Ə.Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb. Bildirib ki, ötən ilin noyabr ayından etibarən ölkə başçısının müvafiq tapşırığına əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları, bu ilin fevralından isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başlanılıb. Qeyd edək ki, noyabrın 22-də Küveytdə bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin təmsil olunduğu təqdimatın keçiriləcəyini bildirən Ə.Qarayev vurğulayıb ki, belə tədbirlər ikitərəfli turist mübadiləsinin artmasına təkan verir. O, eyni zamanda İran Körfəzi ölkələrindən Azərbaycana gələn turistlərin sayının daha da artması üçün aviareyslərin sayının çoxaldılmasının vacibliyini vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”