Mayın 24-dən 29-dək Türkiyənin Bodrum şəhərində 17-ci beynəlxalq rəqs festivalı keçiriləcək. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatından bildiriblər ki, incəsənət nümayəndələri, rəqqaslar, jurnalistlər və könüllülərin iştirakı ilə keçiriləcək festivala 24 Avropa ölkəsindən nümayəndələr həm təşkilatçı, həm də iştirakçı qismində qatılacaqlar. Azərbaycandan AGAT və Yaddaş təşkilatının birgə əməkdaşlığı nəticəsində fəal gənclər Orxan Rəhimzadə və Həsən Hüseynzadə festivalın işində yaxından iştirak edəcəklər. Onlar 6 həftə ərzində Avropa Könüllülük Xidməti çərçivəsində festival məhsullarının hazırlanması, tanıtma işlərinin aparılması, proqram detallarının tamamlanması, qonaqların qarşılanması və proqramın tətbiq olunması kimi işlərə kömək edərək mötəbər tədbirin keçirilməsinə öz töhfələrini verəcəklər. Avropa festivallar siyahısında ən yuxarı sıralarda yer tutan “Bodrum Rəqs Festivalı” 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci və 2016-cı illər üzrə UNESCO-nun beynəlxalq tədbirlər siyahısına daxil edilib. Belə festival Avropada ilk dəfə 30 ölkənin iştirakı ilə keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”