Dekabrın 27-də Bakıda Muzey Mərkəzinin sərgi qalereyasında Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi münasibətilə komitənin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi təşkil edilib.Azərtac xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tədbirdə gömrükçülərin mədəni fəaliyyətindən söz açıb. Bildirib ki, gömrükçülər gömrük fəaliyyətindən başqa, mədəniyyət sahəsində, irsimizin qorunmasına da xüsusi diqqət göstərir. Mədəniyyət və Turizm Nazirliyi bu tip tədbirlərin həyata keçirilməsində daim Gömrük Komitəsinə dəstək olur.A.Əliyevin sözlərinə görə, Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, xarici ölkələrdə təşkil olunan fotosərgilərə də qatılıb. BP şirkətinin London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb. Bu gün sərgidə nümayiş etdirilən şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, eləcə də bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib. Fotolarda gömrük əməkdaşlarının fəaliyyətindən, onların quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini qorumalarından, qaçaqmalçılığa qarşı mübarizə aparmalarından bəhs edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…