Bu il ölkəmizin ev sahibliyi edəcəyi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 200-dən çox ölkəsindən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduraları isə ölkə başçısının sərəncamı ilə sadələşdirilir.Azərtac xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə məlumat verib.“Bu il ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Sessiya çərçivəsində xüsusi proqramlar nəzərdə tutulub. Bu, “Gənc peşəkarlar”ın və “Abidə menecerləri”nin forumlarıdır”, – deyə V.Eyvəzzadə söyləyib.Sessiyada iştirak etmək üçün Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu il iyunun 20-dən iyulun 10-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza proseduralarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UNESCO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat veriləcək. Eləcə də, məlumatın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək. Dövlət Miqrasiya Xidməti isə ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlərə sessiyada iştirakla əlaqədar viza proseduralarının sadələşdirilməsi barədə məlumat verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…