Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin günlərində yeni onlayn layihələrə start verib.Azərtac xəbər verir ki, mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərəcək.Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirib. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edilib. Bütün bu addımlar səmərəli mədəni aktivliyə və yaradıcı ruhun davamlılığına xidmət edir.Beynəlxalq Muğam Mərkəzi də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmağa çalışacaq.BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək. Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin “Facebook” və “Instagram” səhifələrində veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…