Dekabrın 10-da Bakı Bələdiyyə Teatrı “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını geniş tamaşaçı auditoriyasına təqdim etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə silsilə tədbirlər planı çərçivəsində Bakı Bələdiyyə Teatrı da Nizami Gəncəvi yaradıcıllığına müraciət edərək “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını hazırlamışdır.
Qeyd edək ki, Nizami Gəncəvinin bеş poеması -“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Lеyli və Məcnun”, “Yеddi gözəl”, “Isgəndərnamə” – dünya ədəbiyyatına yеni bir poеtik səs, nəfəs gətirmiş və sonralar “Xəmsə” -“Bеşlik” adı altında birləşdirilərək bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur.
Görkəmli rejissor Mərahim Fərzəlibəyov yardıcılığı dövründə ilk dəfə 1980-ci illərdə Nizami Gəncəvi yaradıcılığına müraciət etmiş, ikinci dəfə isə Bakı Bələdiyyə Teatrının kollektivi ilə “Xəmsə” əsasında “SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasını hazırlamışdır.
Yeri gəlmişkən, tamaşa Bakı Bələdiyyə Teatrının 2021 – “Nizami Gəncəvi ili” çərçivəsində nümayiş etdirdiyi yekun tamaşadır. Çoxsaylı qonaqların, media nümayəndələrinin dəvət olunduğu tamaşanın nümayişi anşlaqla keçdi. Qonaqlar sırasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, nizamişünas Təhminə Bədəlova, “Birlik” studiyasının rəhbəri, Əməkdar incəsənət xadimi, rejissor Firəngiz Qurbanova, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Əli Nur, sənətşünas Seymur Elsevər və başqaları var idi.
Nizamişünas Təhminə Bədəlova və polkovnik Abdulla Qurbaninin çıxışından sonra söz səhnəyə-aktyorlara verildi. Bir neçə saat ərzində tamaşaçı salonu Nizami dühasının işığına sığındı.
“SONSUZ TANRI MƏHƏBBƏTİ” tamaşasının quruluşçu rejissoru və səhnələşdirəni, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Əsgərov, musiqi hissə müdiri Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir.
Tamaşada iştirak edirlər: Nizami Gəncəvi-Tural Əhməd, Qızıl Aslan-Tural Baxış, Afaq-Zülfiyyə Məmmədova, Qarı-Səmayə Sadıqova(Əməkdar artist) Sultan Səncər-Əhməd Salahov(Əməkdar artist), Vəzir-İsmayıl Atakişiyev, Dayə- Şaxzadə Babayeva(Əməkdar artist), Qoca-Rafiq İbrahimov(Əməkdar artist), Oğlan-Məmmədağa Əlicanzadə, Sözçülər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Toğrul Rza, Ülviyyə Rza, Elçin Muradov, Günel Həmidova, Əzizə Həşimova.
Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmış və yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…