Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası olub.
Tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib.
“Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biridir. Bu musiqili faciə düşüncələrin, qəhrəmanların hisslərinin, onların ümidləri, əzabları və ölümünün həqiqi psixoloji məqamları, o dövrün mənzərələrinin parlaqlığı, musiqili-dramatik hadisələrin inkişafının gərginliyi ilə insanı heyrətə salır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir.
Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. Amma hadisələrin başvermə zamanı I Aleksandrın dövründən II Yekaterinanın hakimiyyəti illərinə köçürülüb. Hətta baş qəhrəmanların taleyi Puşkinin yaratdığı obrazlardan kəskin şəkildə fərqlənir. Operanın librettosu orijinaldan xeyli fərqlidir. Belə ki, Puşkinin əsəri nəsr janrındadır, libretto isə nəzmlə yazılıb, həm də şeirlər təkcə librettoçu və bəstəkara deyil, həmçinin Derjavin, Jukovski, Batyuşkova aiddir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…