Noyabrın 15-də Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın növbəti nümayişi keçirildi.
DTX Mədəniyyət Mərkəzində baş tutan nümayişdə Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Həmidə Ömərova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və eləcə də əsgər və zabitər iştirak edirdi.
Öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dövlət himnimizin sədaları altında bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə verildi.
A.Qurbani öz çıxışını vətənpərvərlik üzərində quraraq Azərbaycan ordusunun gücünü-qüdrətindən, 44 günlük müharibə nəticəsində qazanılan qələbədən bəhs etdi, daha sonra döyüşən teatr kimi tanınan Bakı Bələdiyyə Teatrının bu illər ərzində gördüyü işləri, qazandığı uğurları diqqətə çəkdi.
Onu da qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirməsi nəticəsində Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib.
Xatırladaq ki, İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Pyesə müraciət edən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük marağına səbəb olub.
Bakı Bələdiyyə Teatrının “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.
M.Fərzəlibəyov İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verib.
“Məhv olmuş gündəliklər” pyesi sayca Xalq yazıçısının 11-ci pyesidir ki, rejissor onu səhnələşdirir.
Tamaşada iştirak edirlər: Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva,Toğrul Rza, Məmmədağa Əlilicanzadə.
Yaradıcı heyət:
Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi)
Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi)
İşıqçı rəssam – Tərlan Ələsgərli
Kostyum sexinin müdiri – Leyla Əkbərova
Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…