İyulun 22-də “Abşeron” Rəsm Qalereyasında “Milli Dəyər” layihəsi çərçivəsində gənc rəssamların sərgisi açılacaq. Tədbirin təşkilatçılarından olan “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyindən Azərtac-a verilən məlumata görə layihədə iştirak edəcək gənclər hazırladıqları rəsmlər vasitəsilə cəmiyyətə kiçik ismarıc vermiş olacaqlar. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə keçirilir. Əsas məqsəd milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından gəncləri təşviq etmək, gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində qısametrajlı filmin çəkilməsi, gənclərlə görüşlərin təşkili və onların iştirakı ilə sərgi açılması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”