Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Abu-Dabi Luvr muzeyinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.Azərtac xəbər verir ki, Abu-Dabinin vəliəhdi, BƏƏ silahlı qüvvələrinin ali baş komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan qonaqları qarşılayaraq, dəvəti qəbul etdiklərinə görə nümayəndə heyətlərinin rəhbərlərinə təşəkkürünü bildirib.Tədbirdə Mərakeş və Bəhreyn kralları, Fransa və Əfqanıstan prezidentləri ilə yanaşı, Omandan və Səudiyyə Ərəbistanından yüksək vəzifəli şəxslər iştirak ediblər.BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Raşid bin Məhəmməd Əl Məktum Abu-Dabi Luvr muzeyinin açılmasının ərəb dünyasında bir ilk olduğunu qeyd edib. O, muzeydə eramızdan əvvəlki dövrlərdən müasir tariximizin müxtəlif mərhələlərinə aid eksponatların nümayiş olunduğunu bildirib.Fransa Prezidenti Emmanuel Makron muzeyin Yaxın Şərqdə, eləcə də ərəb dünyasındakı əhəmiyyətindən danışaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa, tolerantlıq və dünyəvilik kimi dəyərlərə xüsusi diqqət yetirən BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib. O, muzeyin açılmasının İslam və ərəb dünyası ilə əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”