Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə “Birlik” studiyasında istehsal olan “Araxçın” cizgi filmi Braziliyada keçirilən 16-cı Beynəlxalq Cizgi Filmləri Festivalında – 2021-ci ildə “Dünya Mədəniyyəti”nin peşəkar filmləri kateqoriyası ilə iştirak edəcək. Bu barədə rejissor Firəngiz Qurbanova məlumat verib.
Rejissor qeyd edib ki, “Araxçın” cizgi filmi festivalda iştirak etmək üçün dəvət alıb və filmlərin Grand Prix baxışı üçün Braziliya şəhərlərində və dünyanın başqa ölkələrində hərəkət marşrutuna razılığı istənilib: “Beynəlxalq film festivalı tələbələr üçün müxtəlif ölkələrin studiyalarından peşəkar filmlərin, fərqli mədəniyyətlərin nümayişini təşkil edir. Bu filmin rejissoru kimi bizim filmimizi dünya mədəniyyətlərinin bu peşəkar kateqoriyasına daxil olmasına və Azərbaycanı təmsil edəcəyimizə görə çox şadam”.
Onu da qeyd edək ki, 2021-ci ilin ən yaxşı peşəkar cizgi filmləri kolleksiyasına, dünya mədəniyyətləri kateqoriyasında daxil olan və istehsalı üçün ilk film olan “Araxçın” filmi, Kino Məktəbinin tələbələri üçün bir film istehsalı ilə yaxından tanış olmaq imkanı yaradacaqdır.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova, rəssam-animator Zema Əhədova.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…