Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarında “Azərbaycan milli libasları – Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.AMM-nin direktoru Samir Abbasov təkrarsız və zəngin mədəniyyətimiz haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.“Qarabağ” şikəstəsinin sədaları altında AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın və kişi libaslarını podiumda Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi Liseyinin tələbə və şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”