Vyana şəhəri Marqareten rayonunun bələdiyyə binasında Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.Azərtac xəbər verir ki, gecədə musiqiçi Fərəməz Gərmrudinin məruzəsi dinlənilib. Muğamların tarixindən bəhs edən natiq Azərbaycan və İran muğamları arasında oxşar və fərqli cəhətlərdən danışıb. Sözlə musiqinin vəhdətindən, muğamın yaratdığı ecazdan bəhs edib.Muğamın Azərbaycan klassik xalq musiqisinin əsas janrlarından olduğunu söyləyən F.Gərmrudi deyib ki, muğamlar muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi muğamlar və simfonik muğamlara bölünür. Həmçinin qeyd olunub ki, çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var.Ayrı-ayrı muğamların xüsusiyyətlərindən bəhs edən məruzəçi muğam dəstgahları barədə də iştirakçılara məlumat verib.Sonra Fərəməz Gərmrudi udda muğam ifa edib, Azərbaycan xalq mahnılarını səsləndirib, eləcə də tədbir iştirakçılarının suallarını cavablandırıb.Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində baş verən münaqişələrdə ən böyük zərbəyə məruz qalan şəxslərə – körpə uşaqlara həsr olunmuş videofilm təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”