Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) ilə birgə “BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib. KİVDF-dən Azərtac-a bildirilib ki, müsabiqənin məqsədi Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun yekunlarının ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir. Yazıların qəbulu iyunun 1-dən başlayır və oktyabrın 31-dək davam edəcək. Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki, üçüncü yer üçün üç yazı qalibinin mükafatlandırılması nəzərdə tutulub. Birinci yerin sahibinə 1000, ikinci yerin qalibinə 800, üçüncü yeri tutanlara isə 600 manat pul veriləcək. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 AZN) təqdim olunacaq. Qaliblər, KİVDF-nin və Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…