Dekabrın 17-də “Bir dayan! Tətil” çoxhissəli animasiya filminin premyerası keçiriləcək. Tamaşaçılara dörd yeni seriya təqdim olunacaq.TASS agentliyi xəbər verir ki, bu barədə “Soyuzmultfilm” studiyasından bildirilib. “Soyuzmultfilm”in direktorlar şurasının sədri Yuliana Slaşeva serialın premyerasını kinostudiyanın müasir tarixində ən məsuliyyətli və həyəcanlı hadisələrdən biri adlandırıb: “Uzun onilliklərdən sonra əfsanəvi qəhrəmanlar indiki uşaqlara öz unikal yumorunu, cazibəsini və bacarıqlarını bəxş etmək üçün ekranlara qayıdıblar. Yeni “Bir dayan! Tətil” keçmişlə gələcək arasında körpüdür, bütün ailə ilə ekranlara toplaşmaq üçün gözəl fürsətdir”. Qeyd edək ki, “Lunapark” adlı ilk seriya “MAER” media holdinqinin Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Nijni Novqorod, Volqoqrad, Samara, Soçi, Tümen, Yekaterinburq, Çelyabinsk, Novosibirsk, Perm və Ufa şəhərlərinin küçələrində yerləşdirdiyi 79 iriölçülü ekranları vasitəsilə nümayiş olunacaq. Həmin gün, dekabrın 17-də “Lunapark”, “Çamadanlarda”, “Daha sürətli, daha yüksək, daha güclü” və “Çimərlik” epizodları “Okko” kino xidmətinin abunəçilərinin ixtiyarına veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”