03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ukrayna parlamentinə ultimatum

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin Ali Radasına ultimatum göndərib.O qeyd edib ki, Ukrayna parlamenti Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı konkret iş görməsə, prezidentlik hüququndan istifadə edərək qanun layihəsini qəbul edəcək.“Dekabrın 8-də artıq bir ay olacaq ki, Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı Ukrayna Ali Radasına müraciət etmişəm. Mənim müraciətim yenə qüvvəsində qalır. Əgər növbəti həftənin əvvəlində qanun layihəsinin qəbulu ilə bağlı hər hansı istək görməsəm, 7-10 gün ərzində öz təşəbbüsümlə layihəni qəbul edəcəyəm”, - deyə Poroşenko qeyd edib.Prezident, həmçinin Ali Radadan Venesiya Komissiyasının rəyi əsasında “Antikorrupsiya məhkəmələri haqqında” qanuna yenidən baxılmasını istəyib.xeber100.com

Dekabr 7, 2017 3:40

BMT Təhlükəsizlik Şurasında müzakirə

BMT Təhlükəsizlik Şurası ABŞ tərəfindən Qüdsün birtərəfli qaydada İsrailin paytaxtı kimi tanınması ilə bağlı bu şəhərin statusu məsələsini dekabrın 8-də müzakirəyə çıxaracaq.Euronews telekanalı xəbər verir ki, BMT TŞ-nin iclasının keçirilməsi üçün Təhlükəsizlik Şurasının üzvü olan səkkiz dövlət – Boliviya, Böyük Britaniya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç müraciət ediblər.Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib və həmçinin Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə sənəd imzalayıb. Birləşmiş Ştatlar konqresi ABŞ səfirliyinin Qüdsə köçürülməsi planını hələ 1995-ci ildə qəbul etmişdi. Lakin şəhərin mübahisəli statusu və problemin müsəlman aləmi üçün həssaslığı səbəbindən Amerikanın bütün prezidentləri bu qərarı o vaxtdan indiyədək təxirə salırdılar.Trampın dünən verdiyi bəyanat regionda gərginliyi artırıb. KİV-lərdə yayılan son məlumatlara görə, artıq İordan çayının qərb sahilində və Qəzzə sektorunda fələstinlilərlə İsrail əsgərləri arasında toqquşmalar baş qaldırıb.xeber100.com

Dekabr 7, 2017 3:30

Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasında

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2018-ci ildə Koreya Respublikasının Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırıb.Xarici KİV-lər xəbər verir ki, rusiyalı idmançılar yalnız Olimpiya bayrağı altında turnirə qatılacaqlar.Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasına görə, bu qərar Lozannada keçirilən toplantıda verilib.xeber100.com

Dekabr 6, 2017 3:11

ABŞ Ali Məhkəməsi immiqrasiya fərmanını təsdiqləyib

Ağ ev qələbəsini bayram edir: dekabrın 4-də ABŞ Ali Məhkəməsi Donald Trampın immiqrasiya fərmanının tam qüvvəyə minə biləcəyi barədə qərar çıxarıb.Euronews telekanalı xəbər verir ki, fərmanın üçüncü versiyasını (o, cəmi üç ay fəaliyyət göstərən əvvəlki qadağanı əvəzləməyə yönəlib) qismən məhdudlaşdıran qərarın ləğv edilməsi barədə Trampın iddiası təmin olunub.Fərman 6 ölkənin - İran, Yəmən, Liviya, Suriya, Somali və Çadın Amerika ərazisində ailə bağlılığı olmayan vətəndaşlarının ABŞ-a daxil olmasını qadağan edir. Tramp, həmçinin sentyabr ayında ayrıca olaraq Şimali Koreya vətəndaşlarının və Venesuela məmurlarının ölkəyə girişinə qadağa qoyub.Məhkəmənin qərarı müvəqqəti xarakter daşıyır. O, həm ABŞ-da, həm də digər ölkələrdə etiraz dalğaları doğuran fərmana qarşı iddialara baxılanadək qüvvədə qalacaq. Etirazçılar hökuməti diskriminasiya və islamofobiyada ittiham edirlər. Ağ ev isə öz növbəsində siyahı tərtib olunan zaman yalnız bir parametrin - bu və ya digər ölkələrin milli təhlükəsizliyə təhdidinin nəzərə alındığını bildirib.xeber100.com

Dekabr 5, 2017 12:32

Associated Press agentliyinin məlumatı

ABŞ və Cənubi Koreya hərbi hava qüvvələrinin dekabrın 4-də başlayan ən irimiqyaslı birgə təlimlərində yüzlərlə təyyarə iştirak edir.Associated Press agentliyinin yaydığı məlumata əsasən, birgə manevrlər KXDR-in ötən həftəki qitələrarası ballistik raket sınağına cavab olaraq keçirilir.Vigilant Ace adlandırılan məşqlər beş gün davam edəcək. Təlimlərə 200-dən çox təyyarə, o cümlədən ABŞ-ın altı F-22 qırıcı təyyarəsi, rəsmən təsdiqlənməmiş informasiyaya görə, səsdən sürətli B-1B strateji bombardmançı təyyarələri, habelə 12 min amerikalı hərbi qulluqçu cəlb olunub.Pxenyan bu manevrləri KXDR-ə qarşı açıq təxribat adlandırıb və istənilən an nüvə müharibəsinə gətirib çıxara biləcəyini bəyan edib.xeber100.com

Dekabr 4, 2017 12:31

6,1 maqnitudalı zəlzələ baş verib

Bu gün Ekvador sahillərində zəlzələ olub."RİA Novosti" agentliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 11.19 radələrində Baiya de Karakes şəhərindən 33 km şimal-şərqdə 6,1 maqnitudalı zəlzələ baş verib.Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.xeber100.com

Dekabr 3, 2017 9:33

WAM agentliyinin məlumatı

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Yəməndəki qiyamçı husilərin Əbu-Dabi əmirliyində tikilən "Baraka" Atom Elektrik Stansiyasına (AES) qanadlı raket buraxmasını təkzib edib.Bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb.Qeyd edək ki, bu gün Yəməndəki qiyamçı husilər BƏƏ-də tikilən və 2018-ci ildə birinci blokunun istifadəyə verilməsi gözlənən "Baraka" AES-ə qanadlı raket atdıqlarını və hədəfi vurduqlarını bəyan edib. Husilərin silahlı qruplaşmasının nümayəndəsi Əziz Rəşid "Baraka" AES-ə raket buraxılmasının Əb-Dabiyə siyasi və hərbi mesaj olduğunu bildirib.BƏƏ Fövqəladə və Böhranlı Situasiyalar üzrə Milli İdarəsi ölkənin Hava Hücumundan Müdafiə Sisteminə malik olduğunu və "Baraka" AES-in belə təhlükələrdən tam qorunduğunu açıqlayıb. Eyni zamanda husilərin bəyanatına əhəmiyyət verilməməsi zəruri sayılıb.xeber100.com

Dekabr 3, 2017 9:28

Şimali Koreyaya dair növbəti iclasın keçiriləcəyi planlaşdırılır

Dekabrın 15-də Yaponiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya dair növbəti iclasın keçiriləcəyi planlaşdırılır.“RT”-nin verdiyi xəbərə görə, bu barədə Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Beşo bildirib.“İclasın nazirlər səviyyəsində baş tutacağına ümid edirik”, deyə K.Beşo qeyd edib. Onun sözlərinə görə, iclasda bir sıra ölkələrin XİN rəhbərləri iştirak edəcək. Toplantıda hansı ölkələrin nümayəndələrinin iştirak edəcəyi hələ ki, açıqlanmır.xeber100.com

Dekabr 2, 2017 4:57

ABC telekanalının məlumatına əsasən…

ABŞ-ın Sakit okeanda yerləşən Havay ştatında “soyuq müharibədən” sonra ilk dəfə nüvə hücumu haqqında xəbərdarlıq sistemi sınaqdan keçirilib.Bu barədə ABC telekanalı məlumat verib.Yerli hökumətin hesablamalarına əsasən, Şimali Koreyadan Havay istiqamətində raket buraxıldığı təqdirdə, ada sakinlərinin sığınacaqlara çatmaq üçün 20 dəqiqəyədək vaxtları olacaq.Havay son 25 ildə nüvə hücumu haqqında xəbərdarlıq sistemini sınaqdan keçirən ilk ştatdır. Qeyd edək ki, Havay adalarında Sakit okean komandanlığının əsas bazası daxil olmaqla, ABŞ-ın çox sayda hərbi obyektləri yerləşir.xeber100.com

Dekabr 2, 2017 4:48

“Falcon Heavy” raketinin buraxılışı barədə anons verilib

ABŞ-ın “SpaceX” şirkəti 2018-ci ilin yanvarında “Falcon Heavy” ağır tutumlu raket daşıyıcısının orbitə buraxılmasını planlaşdırır.APA-nın məlumatına görə, bu barədə şirkətin rəhbəri İlon Mask özünün “Tvitter” hesabında yazıb.Raket-daşıyıcısı Kanaveral burunundan (Florida ştatı) start götürəcək.“Falkon Heavy” gələn ay Kanaveral burunundan start götürəcək. Möhtəşəm görüntülərin olacağına zəmanət verilir”, İ.Mask yazıb.“Falcon Heavy” ağır sinifli “Falcon 9” raketi əsasında qurulur. Onun bir dəfəyə orbitə 54 ton yük daşıyacağı ehtimal edilir. Raketin ilk sınaqları may ayında “SpaceX” şirkətinin Texas ştatındakı poliqonunda baş tutub.xeber100.com

Dekabr 2, 2017 4:43
    Page 140 of 299« First«...102030...138139140141142...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az