Avropa Komissiyası “Google” şirkətini 2,42 milyard avro məbləğində cərimələyib.“lefigaro.fr” saytı bildirir ki, buna səbəb şirkətin rəqabət qaydalarını pozmasıdır. Bildirilir ki, şirkət axtarış sistemindəki üstünlüyündən sui-istifadə edərək onlayn alış-verişlə bağlı müraciət ünvanlayan istifadəçiyə əvvəlcə özünün “Google Shopping” xidmətini təqdim edirmiş.Qeyd edək ki, bu, Avropa Komissiyasının kəsdiyi ən böyükməbləğli cərimədir. Bundan əvvəl komissiya 2009-cu ildə ABŞ-ın nəhəng kompüter çipi istehsalçısı “İntel”i 1,06 milyard dollar məbləğində cərimə etmişdi.xeber100.com