30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

TSN telekanalının məlumatına görə…

Ukrayna əhalisi bu ilin 9 ayı ərzində 150 min nəfər azalıb.Apa-nın məlumatına görə, bu barədə TSN telekanalı Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.Əhalinin azalmasında yüksək ölüm səviyyəsi vacib rol oynasa da, doğum səviyyəsinin aşağı olması əsas amil olaraq qalır. BMT reytinqinə əsasən Ukrayna doğum səviyyəsinə görə 172-ci yerdədir.Ukraynanın şərqində silahlı qarşıdurma, valideynlərin maliyyə durumu və sosial zəmanətlər də əhalinin azalmasına təsir göstərən amillər sırasında qeyd edilib.xeber100.com

Dekabr 17, 2017 10:11

5,2 bal gücündə zəlzələ baş verib

Yaponiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.Apa-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Yeraltı təkanların episentri Miyako adasından 6 km şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.xeber100.com

Dekabr 16, 2017 10:23

“La Nazione” qəzeti yazır…

İtaliyanın Florensiya şəhəri yaxınlığında katolik kilsəsinin ərazisində məscid inşa ediləcək.Bu barədə ölkənin nüfuzlu “La Nazione” qəzeti məlumat yayıb.Florensiya şəhəri yaxınlığındakı katolik kilsəsinin ərazisində məscidin inşası ilə bağlı anlaşma protokolu bu gün imzalanacaq.Protokola əsasən Fiorentinanın Sesto əyalətindəki universitetin ərazisində dini mərkəzin yaradılması da nəzərdə tutulur.xeber100.com

Dekabr 15, 2017 3:08

İspaniya parlamenti yeni qanun qəbul edib

İspaniya parlamenti ev heyvanlarının statusunu müəyyənləşdirən qanuna dəyişiklik edib.Azərtac xəbər verir ki, parlamentin yekdilliklə qəbul etdiyi yeni qanuna görə, ev heyvanları artıq mülkiyyət hesab edilməyəcək. Onlar “canlı varlıq” statusu almaqla hüququn subyektinə çevrilirlər.Bu qanun ev heyvanlarının hüquqlarını insanlarla bərabərləşdirməsə də, onlar əvvəlkindən fərqli status əldə edirlər. Köhnə qanuna görə, ev heyvanları avtomobil, ev əşyaları kimi insanın mülkiyyəti hesab edilirdi. Bu, bəzən ona gətirib çıxarırdı ki, məhkəmə borca görə heyvanın müsadirə edilməsi barədə qərar verə bilirdi. Yeni qanuna görə isə bu, mümkün olmayacaq. Ailələr boşanarkən hakim ev heyvanının tərəflərdən hansı ilə qalacağına qərar verməli olacaq.xeber100.com

Dekabr 15, 2017 3:04

İtaliya Kosmik Agentliyinin məlumatı

Avropa Kosmik Agentliyinin (EKA) ekipaj üzvləri - italiyalı Paolo Nespoli, amerikalı Rendolf Breznik və rusiyalı Sergey Ryazanskiy “Soyuz” kosmik gəmisində Qazaxıstan ərazisində yerə eniblər.Azərtac xəbər verir ki, EKA-nın ekipaj üzvləri 139 gün kosmosda qaldıqdan sonra yerə qayıdıblar.İtaliya Kosmik Agentliyi (ASI) kosmonavtlara verilən tapşırığın yerinə yetirildiyini bildirib.xeber100.com

Dekabr 15, 2017 3:02

“Trans Austria Gasleitung” boru kəməri vasitəsilə

İtaliyanın qaz-infrastruktur şirkəti SNAM bildirib ki, Rusiyadan Avstriya ərazisindən keçməklə “Trans Austria Gasleitung” boru kəməri vasitəsilə İtaliyaya qaz nəqli yenidən bərpa olunub.Xatırladaq ki, dekabrın 12-də səhər saatlarında Rusiyadan İtaliyaya nəql olunan qazın kəsilməsinə səbəb Avstriyanın Baumqarten qazpaylayıcı terminalında baş verən partlayış olub. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.xeber100.com

Dekabr 14, 2017 3:50

“Vahid Rusiya” partiyası seçkilərdə…

Rusiya Prezidenti Vladimir Putinin növbəti müddətə namizədliyi “Vahid Rusiya” partiyası tərəfindən irəli sürülməyəcək. Dövlət başçısı seçkilərdə müstəqil namizəd kimi iştirak etmək qərarına gəlib.Azərtac xəbər verir ki, Putin bu qərarını illik böyük mətbuat konfransında bəyan edib. Namizədliyin forması barədə “Kommersant” qəzetinin müxbirinin sualını cavablandıran Rusiya Prezidenti deyib ki, namizədliyini özü irəli sürəcək.“Mən, əlbəttə, ölkənin inkişafında mənim baxışlarımı bölüşən, mənə inanan siyasi qüvvələrin dəstəyinə çox güvənirəm, ümumilikdə isə vətəndaşların geniş dəstəyinə güvənirəm”, - deyə Vladimir Putin əlavə edib.RF prezidenti mətbuat konfransının əvvəlində bildirib ki, onun seçkiqabağı proqramı, demək olar, yazılıb, amma indi onu açıqlamağın vaxtı deyil.xeber100.com

Dekabr 14, 2017 3:45

“Emirates” aviaşirkətinin bəyanatına əsasən…

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” və “FlyDubai” aviakompaniyaları İraq üzərindən uçuşları bərpa edib.“Emirates” aviaşirkətinin bəyanatına əsasən, hər gün az sayda reys bu marşrutla uçur. “FlyDubai” isə öz növbəsində Şərqi Avropa və Türkiyəyə uçuşlar üçün İraqın hava məkanın şərq hissəsindən istifadə etdiklərini bildirib.Bir qədər əvvəl İraqın Baş naziri və silahlı qüvvələrin baş komandanı Heydər əl-Abadi hökumət qoşunlarının Suriya ilə bütün sərhəd üzərində nəzarəti əllərinə aldıqlarını və bununla da İŞİD qruplaşmasına qarşı müharibənin qələbə ilə başa çatdığını elan edib.Xatırladaq ki, 2014-cü ildən başlayaraq bir neçə aviakompaniya təhlükəsizlik mülahizələrinə əsasən İraq üzərindən uçuşları dayandırmış, daha uzun marşrutla -İran və digər ölkələrin hava məkanından keçməklə hərəkət etməyə başlamışdı.xeber100.com

Dekabr 12, 2017 3:28

Avropa Komissiyası innovativ şirkətlərin reytinqini dərc edib

Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib.“CHIP” resursu xəbər verir ki, bu il tədqiqat işlərinə və perspektivli texnologiyalara ən çox Almaniyanın “Volkswagen” avtomobil konserni pul xərcləyib (13,7 milyard avro).İkinci yeri müvafiq xərcləri 12,9 milyard avro təşkil edən “Google” şirkətinin sahibi, ABŞ-ın “Alphabet” holdinqi tutub. Üçüncü pillədə 12,4 milyard avro xərclə ABŞ-ın “Microsoft” korporasiyası, dördüncü yerdə bu məqsədlərə 12,2 milyard avro sərf edən Cənubi Koreyanın “Samsung Electronics” şirkəti qərarlaşıb.Liderlər beşliyini daha bir ABŞ şirkəti – “Intel” tamamlayıb. Onun innovasiyalara xərcləri 12,1 milyard avroya bərabər olub. Çinin “Huawei” şirkətinin geridə qoyduğu “Apple” korporasiyası siyahıda 7-ci yerlə kifayətlənib.xeber100.com

Dekabr 12, 2017 3:25

KXDR sərhədlərində hərbi-dəniz təlimlərinə start verilib

Yaponiya, ABŞ və Cənubi Koreya dekabrın 11-də Koreya Xalq Demokratik Respublikasının sərhədləri yaxınlığında birgə hərbi-dəniz təlimlərinə başlayıblar.Yaponiya KİV-ləri xəbər verir ki, iki gün davam edəcək təlimlərdə sürətlə aşkaretmə sistemləri ilə təchiz edilmiş ABŞ hərbi-dəniz qüvvələrinin “Stethem” esminesi, Cənubi Koreyanın “Soe Yu Sonnyon” və Yaponiyanın “Çyokay” gəmiləri iştirak edir.Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, təlimlərin məqsədi hərbi-dəniz qüvvələrinin taktiki potensialının yüksəldilməsi və üç ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Təlimlər zamanı hərbçilər Şimali Koreya tərəfindən ballistik raketlərinin şərti buraxılışı ilə əlaqədar gəmilər arasında informasiya mübadiləsinin təşkili üzərində işləyirlər.xeber100.com

Dekabr 11, 2017 3:19
    Page 140 of 301« First«...102030...138139140141142...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az