23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin hesabatına əsasən…

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2017-ci il üçün hesabatı dərc olunub.Azərtac-ın məlumatına görə, hesabatda bildirilib ki, İran Qərb ölkələri ilə 5+1 formatında apardığı danışıqlara və əldə olunan razılaşmaya sadiq qalıb.Qeyd olunub ki, 2015-ci ildə İranın BMT-nin 5 daimi üzvü və Almaniya ilə imzaladığı Hərtərəfli Birgə Fəaliyyət Planına əsasən atdığı addımlar beynəlxalq hüquqa uyğundur.Hesabatda diqqətə çatdırılıb ki, İran razılaşmaya əsasən özünün nüvə proqramını məhdudlaşdırmaq istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Agentliyin mütəxəssisləri İranda apardıqları monitorinq zamanı heç bir qanunsuz fakt aşkar etməyiblər.xeber100.com

Noyabr 24, 2017 2:46

Honor 7X” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “Honor 7X” smartfonunu təqdim edib. Bu smartfon orta qiymət kateqoriyasına aiddir, amma bu il təqdim edilmiş bir sıra qabaqcıl qurğular kimi kiçik çərçivəli ekranla təchiz edilib.Azərtac xəbər verir ki, şirkətin məlumatına görə, yeni smartfonun ekranının diaqonalı 5,93 düym, təsvir ölçüsü 1080x2160 piksel təşkil edir. “Honor 7X” smartfonu “Kirin 659” prosessoru, 4 giqabaytlıq əməli yaddaş və 64 giqabaytlıq daxili yaddaşla təchiz edilib. Korpus metaldan hazırlanıb.Aparat 16 meqapiksellik ikiqat əsas kamera, 8 meqapiksellik ön kamera ilə təchiz edilib. “Honor 7x” smartfonu, həmçinin barmaq izi skaneri və 3340 milliamper/saat tutumunda batareyaya malikdir. Qurğuda yeganə gözəçarpan çatışmazlıq simsiz ödənişləri həyata keçirməyə imkan verən “NFC” modulunun quraşdırılmamasıdır.xeber100.com

Noyabr 23, 2017 2:29

5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Ula rayonunda 5 bal gücündə zəlzələ baş verib.Anadolu informasiya agentliyi xəbər verir ki, zəlzələnin ocağı təxminən 12-19 kilometr dərinlikdə yerləşib.Muğla Valisi Əsəngül Çevik zəlzələ nəticəsində dağıntı və zərərçəkənlərin olmadığını bildirib.xeber100.com

Noyabr 23, 2017 2:27

“Baker Hughes” şirkətinin məlumatı

Noyabrın 20-22-də ABŞ-da 9 neft quyusu istismara verilib.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb.ABŞ-da milli bayram kimi qeyd edilən Şükran günü (Thanksgiving Day) ilə əlaqədar erkən yayımlanan həftəlik hesabata görə, bu həftə ABŞ-da aktiv neft quyularının sayı 9 ədəd artaraq 747 ədəd olub.Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.xeber100.com

Noyabr 23, 2017 2:24

ABŞ radara düşməyən hərbi vertolyot yaratmağı planlaşdırır

ABŞ-ın Müdafiə Nazirliyi radara düşməyən hərbi vertolyot yaratmağı planlaşdırır.BBC xəbər verir ki, layihəyə ABŞ-ın məşhur mühəndis‪ləri cəlb ediləcək. “Yarasa” şəklində olacaq hərbi vertolyotun qiyməti 550 milyon dollar məbləğində təxmin edilir. Layihənin həyata keçirilməsi üçün Los-Ancelesdə zavod tikiləcək və orada 5 mindən çox insan işləyəcək. Yeni hərbi vertolyotun 2030-cu illərin ortalarına qədər orduya təhvil veriləcəyi gözlənilir.xeber100.com

Noyabr 21, 2017 2:57

CNN telekanalının məlumatı

Zimbabve prezidenti Robert Muqabe müəyyən şərt daxilində postundan istefa verməyə razılaşıb.CNN telekanalının bazar ertəsi günü yaydığı məlumata görə, Robert Muqabenin istefa barədə yazdığı məktub ölkə parlamentinin spikerinə göndərilməlidir.Əslində Muqabe öz könüllü istefasını bazar günü xalqa televiziya müraciətində elan etməli idi. Lakin bir neçə dəfə təxirə salınan, nəhayət, 20 dəqiqə davam edən müraciəti zamanı o, razılaşdırılmış mətndən yayınaraq, bunu etməyib.Bundan əvvəl – bazar günü səhər Muqabe hakim partiyanın sədri vəzifəsindən uzaqlaşdırılmış və həmin posta ölkə müxalifətinin lideri, sabiq vitse-prezident Emmerson Mnanqaqva seçilmişdi.xeber100.com  

Noyabr 20, 2017 12:39

Xarici işlər nazirlərinin görüşü keçirilir

Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir. TASS informasiya agentliyi xəbər verir ki, Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin birgə görüşündə Suriya böhranının nizamlanmasına və noyabrın 22-də Soçidə keçiriləcək İran-Rusiya-Türkiyə sammitinə dair məsələlər müzakirə olunur.xeber100.com

Noyabr 19, 2017 10:45

“Reuters” agentliyinin məlumatı

Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib.Azərtac “Reuters” agentliyinə istinadla bildirir ki, 93 yaşlı prezident Robert Muqabe partiyanın sədri vəzifəsindən uzaqlaşdırılıb.Onun yerinə isə ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib.xeber100.com

Noyabr 19, 2017 10:40

ANSA agentliyinin məlumatına görə…

İtaliyanın dövlət borcu sentyabrda avqust ayı ilə müqayisədə 4,4 milyard avro artaraq 2,283 trilyon avro təşkil edib. Avqustda ölkənin dövlət borcu əvvəlki ayla müqayisədə 21,3 milyard avro azalmışdı.İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, İtaliya Mərkəzi Bankının məlumatına görə, sentyabrda borcun artmasına səbəb dövlət sektorunun borc vəsaitlərində tələbatın 16,5 milyard avroya çatması olub.xeber100.com

Noyabr 17, 2017 3:11

Yunanıstanda məktəblərin bağlanmasına göstəriş verilib

Attika qubernatoru Rena Duru noyabrın 17-də Yunanıstanın paytaxt regionunun bütün məktəblərinin bağlanmasına göstəriş verib. Bu qərara əlverişsiz hava şəraiti səbəb olub.Xarici KİV-lər xəbər verir ki, Yunanıstanda daşqınlara səbəb olan leysan yağışları bütün həftə boyu davam edib. Ekstremal hava şəraiti noyabrın 15-də Attikada 16 nəfərin ölümü ilə nəticələnib.Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkədə üçgünlük matəm elan edib. Dövlət bayraqları endirilib və 44 il əvvəl Politexnik Universitetdə baş vermiş faciənin ildönümü mərasimlərindən başqa, bütün ictimai tədbirlər ləğv olunub.Xatırladaq ki, 1973-cü ildə hökumətin tələbə ittifaqlarının fəaliyyətinə qarışmasına etiraz edən tələbələr universiteti ələ keçirmişdilər. Noyabrın 17-nə keçən gecə ordu təhsil müəssisəsinin binasına tanklarla hücum etmişdi. Toqquşmada 23 tələbə həlak olmuş, mindən çox insan yaralanmışdı. Tələbə üsyanı yatırılsa da, ölkədə baş qaldıran kütləvi etiraz aksiyaları “qara polkovniklər” diktaturasının süqutuna gətirib çıxarmışdı.xeber100.com

Noyabr 17, 2017 3:07
    Page 143 of 299« First«...102030...141142143144145...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az