30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul və Ankara başda olmaqla, bir çox vilayətdə şiddətli şəkildə hiss olunub. Zəlzələnin episentri Düzcenin Gölyaka rayonudur. Yerli vaxtla 04:08-də baş verən təbiət hadisəsinin ocağı yerin 6,81 kilometr dərinliyindədir. Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib. Yeraltı təkanlar Düzce ilə yanaşı, bir çox vilayətdə əhali arasında təşvişə səbəb olub. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.xeber100.com

Noyabr 23, 2022 10:58

NATO ölkələrinin “Qara Əqrəblər 22.8” təlimləri keçiriləcək

Polşa, Portuqaliya, Rumıniya, ABŞ və Fransadan olan 600-ə yaxın hərbçi, 70-ə yaxın hərbi texnika noyabrın 21-25-də Rumıniyanın Braşov rayonunda yerləşən Milli “Getica” Təlim Mərkəzinin ərazisində “Qara Əqrəblər 22.8” birgə təlimində iştirak edəcək.Rumıniyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimin məqsədlərinə hərbi qulluqçuların birgə hazırlığı və canlı atəşlə taktiki təlimlər vasitəsilə iştirakçı strukturların birləşməsinin artırılması daxildir.xeber100.com

Noyabr 20, 2022 12:19

İtaliya hökuməti yeni kampaniyaya start verib

İtaliyanın Puqlia əyalətinin cənubunda yerləşən Presiççe qəsəbəsində əhali sayının azalması ilə mübarizə aparmaq üçün yeni kampaniya başladılıb. Belə ki, qəsəbədəki tərk edilmiş evləri almağa razı olanlara 30 min avro ödənəcək.Qəsəbədəki evlərin çoxu uzun müddətdir sahibləri tərəfindən tərk edilib. Şəhərin tarixi mərkəzində isə 1991-ci ildən əvvəl tikilmiş çox sayda boş ev var. Tərk edilmiş evlərə köçmək istəyənlərə ödənəcək 30 min avronun bir hissəsi evi almağa, qalanı isə təmir üçün nəzərdə tutulub. Hazırda qəsəbədə evlərin orta qiyməti 25 min avrodur.Yaxın həftələrdə kampaniya ilə bağlı müraciətlərin qəbul ediləcəyi bildirilib.Qeyd edək ki, İtaliyanın bir çox şəhərinin rəhbərliyi yaşlı əhalinin sayının azalması, doğum səviyyəsinin aşağı olması və gənclərin böyük şəhərlərə üz tutması səbəbindən əhali sayındakı itki ilə mübarizə aparmaq üçün müxtəlif kampaniyalarla insanları həmin ərazilərdə məskunlaşmağa cəlb etməyə çalışır.xeber100.com

Noyabr 20, 2022 12:17

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatı əsasında…

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə xüsusi antiterror əməliyyatı keçirib.Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə “Pəncə kılıç” adlandırılan əməliyyat PKK/KCK/YPG və digər terrorist qüvvələrini zərərsizləşdirmək, dövlət sərhədində təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunub.Əməliyyata dair yayılan videolardan hədəflərə dəqiq zərbələrin endirildiyi adın görünür.xeber100.com

Noyabr 20, 2022 12:13

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.Kazinform agentliyini xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.Prezident seçkilərində səsvermə saat 07:00-da başlayıb və 20:00-dək davam edəcək. Bəzi hallarda yerli seçki komissiyaları məntəqələrin iş vaxtını uzada bilər.Qazaxıstan MSK-nın məlumatına görə, seçkilərin ilk beş saatı ərzində ən çox seçici fəallığı Türkistan vilayətində qeydə alınıb – 64,21 faiz. Paytaxtda səsvermədə iştirak edənlərin sayı 19,33 faiz, Almatı şəhərində 16,88 təşkil edir. İndiyədək səsvermədə seçici siyahılarına daxil olunmuş 11 milyon 950 min 485 seçicidən 4 milyon 607 minə qədəri iştirak edib.Dövlət başçısı postu uğrunda hazırkı Prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.xeber100.com

Noyabr 20, 2022 12:08

İtaliyanın paytaxtı Romada yürüş və mitinq keçirilib

İtaliyanın paytaxtı Romada yüz minlərlə insanın iştirakı ilə yürüş və mitinq keçirilib.Ölkənin qabaqcıl həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və katolik təşkilatları tərəfindən təşkil olunan və “Avropa sülh üçün” şüarı altında baş tutan yürüşdə “Sülh” və “Müharibəyə yox” plakatları açılıb. Yürüşdə Roma meri Roberto Qualtieri, Demokratik Partiyanın lideri Enriko Letta, “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte, parlamentarilər və siyasətçilər iştirak ediblər.Yüz mindən çox insanın qatıldığı yürüşdən sonra keçirilən mitinqdə də sülh çağırışları edilib.xeber100.com

Noyabr 7, 2022 11:34

Yaponiya hökuməti Rusiyaya PUA-lar göndərilməsini kəskin tənqid edib

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) göndərməsini pisləyir və bu ölkəni regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırır.Bu sözləri Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno noyabrın 7-də Tokioda keçirilən mətbuat konfransında səsləndirib.“Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin pisləyirik”, - deyən baş katib Tokionun Tehranla Ukraynadakı vəziyyətlə əlaqədar yüksək səviyyədə fikir mübadiləsi apardığını qeyd edib.“Biz İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdircəyimizi bildiririk”, - deyə baş katib əlavə edib.Xatırladaq ki, noyabrın 5-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Fars” xəbər agentliyinə müsahibəsində Ukraynada əməliyyatlar başlayandan bəri İranın hər ay Moskvaya az sayda PUA-lar göndərdiyini bildirib. “Al Mayadden” telekanalının məlumatına qeyd olunur ki, nazir, həmçinin Ukraynanın ABŞ-ın təzyiqi səbəbindən Polşada İran nümayəndə heyəti ilə görüşdən imtina etdiyini deyib. Bildirib ki, bu hərbi sursat təchizatı ilə bağlı təşkil edilən görüş olub.xeber100.com  

Noyabr 7, 2022 11:32

Avropa Şurasının təşkilatçılığı ilə “Ümumdünya demokratiya Forumu” keçiriləcək

Strasburqda noyabrın 7-dən 9-dək “Demokratiya: yeni ümid?” adlı Ümumdünya Demokratiya Forumu (ÜDF) keçiriləcək.Avropa Şurasının təşkilatçılığı ilə keçirilən Forum dünyanın müxtəlif ölkələrindən ziyalıları, siyasətçiləri, ekspertləri və gəncləri dünyada demokratiyanın tənəzzülünün səbəblərini müzakirə etmək üçün bir araya gətirəcək.Forumun açılışında İslandiyanın Baş naziri Katrin Jakobsdóttirin, İrlandiyanın xarici İşlər və müdafiə naziri Simon Koveneyin, Gürcüstan Prezidenti Salome Zurabişvilinin, Belarus demokratik hərəkatının lideri Svetlana Tixanovskayanın, Ukrayna parlamentinin vitse-prezidenti Aleksandr Kornienkonun, Fransa hökumətinin sözçüsü və demokratik yenilənmə naziri Olivye Veranın, Rumıniyanın mədəniyyət naziri Lucian Romaulturenin, eləcə də, Madrid Klubunun üzvlərinin, Monqolustanın keçmiş Prezidenti Tsaxia Elbeqdorjun və Çilinin sabiq Prezidenti Rikardo Laqosun iştirak edəcəyi bildirilir.Demokratik İnnovasiyalar üzrə Avropa Şurasının mükafatı bu sahədə beyin mərkəzlərinin ən populyar təşəbbüsünün müəllifinə təqdim ediləcək.Forumda müxtəlif mövzulara dair fikir mübadilələri aparılacaq.xeber100.com

Oktyabr 28, 2022 3:09

Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunub

Rusiya Prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzalayıb.V.Putin Təhlükəsizlik Şurasının iclasında Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzaladığını bildirib. Rusiya Federasiya Şurasının fərmanı qısa müddətdə müzakirə edəcəyi bildirilir.Bundan əlavə, V.Putin regionlarda təhlükəsizliyin qorunması üçün qubernatorlara xüsusi səlahiyyətlər verilməsi və əlaqələndirmə komitəsinin yaradılması barədə tapşırıq verib. O, həmçinin Rusiya hökumətinin sədri Mixail Mişustinin rəhbərliyi ilə Ukraynada xüsusi əməliyyatla bağlı məsələlərin həlli üçün əlaqələndirmə şurası yaradılacağını bildirib.xeber100.com

Oktyabr 19, 2022 2:54

“Fitch Ratings” Böyük Britaniyanın iqtisadi proqnozu ilə bağlı hesabat yayıb

Beynəlxalq kredit reytinqi agentliyi “Fitch” Böyük Britaniya iqtisadiyyatının gələn il 1 faiz kiçiləcəyini proqnozlaşdırıb.“Fitch Ratings” Böyük Britaniyanın iqtisadi proqnozu ilə bağlı hesabat yayıb.Agentlik İngiltərə Bankının faiz dərəcələrini gözləniləndən daha sürətli artırması və maliyyə bazarlarındakı qeyri-sabitlik səbəbindən Böyük Britaniyanın daha dərin resessiyaya girə biləcəyi barədə xəbərdarlıq edib. Hesabatda faiz dərəcələrindəki sürətli artım, enerji böhranının təsiri və Avrozonadakı daralma ilə ölkənin 2022-ci ilin 4-cü rübündən etibarən tənəzzülə girəcəyi proqnozlaşdırılıb.Digər tərəfdən “Fitch” keçən həftə Böyük Britaniyanın kredit reytinqini “AA-“ olaraq təsdiqləmiş və kredit reytinqinin proqnozunu stabildən neqativə dəyişdirmişdi.xeber100.com

Oktyabr 12, 2022 10:48
    Page 17 of 301« First«...10...1516171819...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az