Sensor displeyə barmaq izləri skanerini quraşdırmaq ideyası çoxdan mövcuddur. Bəzi nəhəng mobil qurğu istehsalçıları, məsələn, “Apple” şirkəti, hətta belə həllin yaradılması üçün müxtəlif variantları təsvir edən bir neçə patenti qeydiyyatdan keçirib. Ancaq “Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində “AMOLED” displeyə qurulmuş dünyada ilk barmaq izləri sensorunu təqdim edib. Yeni həll “In-Display Fingerprint Sensor” adlandırılıb. “4pda.ru” saytı xəbər verir ki, “Goodix” şirkətinin nümayəndələrinin sözlərinə görə, “In-Display Fingerprint Sensor” həlli “AMOLED” displeyin ayrıca sahəsini biometrik skanerə çevirir.Şirkət nümayəndələrinin məlumatına görə, yüksək işləmə sürəti, aşağı enerji sərfiyyatı və yığcam ölçü yeni texnologiyanın əsas üstünlüyüdür.xeber100.com