Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) növbəti qurultayında Nizamnamədə dəyişiklik edərək partiya liderinin səlahiyyət müddətini 9 ilədək uzadıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.LDP-nin növbəti qurultayı martın 5-də Tokioda öz işinə başlayıb. Qurultayın qərarına əsasən, partiya sədrinin səlahiyyət müddəti hər biri 3 il olmaqla iki müddətdən üç müddətə uzadılıb.Yaponiya qanunlarına əsasən, parlamentin aşağı palatasının seçkilərində qalib gələn partiya ölkənin Baş naziri vəzifəsinə öz namizədini irəli sürür. Beləliklə, hakim partiyanın lideri Nazirlər Kabinetinə rəhbərlik edir. Bu, o deməkdir ki, əgər qarşıdakı seçkilərdə LDP parlamentdəki mövqelərini saxlamağa nail olarsa, Şinzo Abe 2021-ci ilədək Baş nazir vəzifəsində qalacaq. Əvvəlki sistemə görə, partiya sədrinin səlahiyyət müddəti 2018-ci ildə başa çatmalı idi.xeber100.com