21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Dövlətlərarası münasibətlər bərpa olunur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.Prezident Vladimir Putin qeyd edib ki, artıq iki ölkənin dövlətlərarası münasibətləri bərpa olunur. Son vaxtlar Rusiya bu münasibətlərin hər iki ölkəyə layiq səviyyəyə qalxması üçün fəal çalışır. Dövlət başçısı xüsusi vurğulayıb ki, Rusiya ilə Türkiyənin hərbi və xüsusi xidmət idarələri arasında etimad yüksəkdir və onlar çox səmərəli əməkdaşlıq edirlər. Rusiya-Türkiyə iqtisadi-ticarət əlaqələri də bərpa olunur, sərmayələr sahəsində əməkdaşlıq və iri layihələrin həyata keçirilməsinə hazırlıq davam edir. Rusiya Prezidenti energetika sahəsində, o cümlədən “Akkuyu” atom elektrik stansiyasının inşası ilə bağlı əməkdaşlığın da yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.xeber100.com

Mart 10, 2017 3:42

Konstitusiya Məhkəməsinin qərarına etiraz…

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Pak Kın Heyin impiçmentini təsdiqləyib.Konstitusiya Məhkəməsinin qərarına etiraz edən Pak Kın Heyin tərəfdarları paytaxt Seulda etiraz aksiyası keçiriblər. Yonhap agentliyi məlumat verir ki, polislə toqquşmalar zamanı 2 nəfər ölüb.Pak Kın Hey impiçment nəticəsində cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı immunitetini də itirib. Bu, prokurorluq orqanlarına imkan verir ki, sabiq prezidenti istintaqa cəlb etsin. Sabiq prezidentin korrupsiya qalmaqalında adı hallanan rəfiqəsinə himayədarlıq etdiyi iddia olunur. Belə ki, Pak Kın Heyin hazırda həbsdə olan rəfiqəsi Çoy Sun-silin bəzi şirkətlərdən iri məbləğdə rüşvət aldığı bildirilir.xeber100.com

Mart 10, 2017 3:38

AFR Daxili İşlər Nazirliyinin məlumatına görə…

Bu il fevral ayında Almaniyaya gələn qaçqınların sayı 14 mindən bir qədər artıq olub. Onların əksəriyyəti Suriya, İraq, Eritreya və Əfqanıstandandır.AFR Daxili İşlər Nazirliyinin bu gün dərc etdiyi məlumata görə, 2017-ci ilin əvvəlindən bəri AFR-ə 29 minə yaxın qaçqın gəlib. Müqayisə üçün xatırladaq ki, 2016-cı ildə təkcə fevral ayında sığınacaq tapmaq üçün bu ölkəyə üz tutanların sayı 60 mindən çox idi.Nazir Tomas de Mezyer daha əvvəl bildirib ki, miqrantların qeyri-leqal yolla Qərbi Avropaya keçmək üçün istifadə etdikləri “Balkan marşrutu”nun bağlanması, habelə Avropa İttifaqı ilə Türkiyə arasında 2016-cı ilin ikinci rübündə bağlanmış Qaçqınlar haqqında saziş AFR-ə qaçqın axınının azalmasına kömək edib.AFR-ə qaçqın axınının azalmasının bir səbəbi də AFR-də təhlükəsiz mənşə ölkələri sayıla biləcək Əlcəzair, Mərakeş və Tunisdən olan miqrantların sayının azalmasıdır.xeber100.com

Mart 10, 2017 3:32

Anadolu informasiya agentliyinin məlumatı

Martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri başlayıb.Anadolu informasiya agentliyi xəbər verir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Fikri İşık, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, energetika və təbii sərvətlər naziri Berat Albayraq, qida, əkinçilik və heyvandarlıq naziri Faruk Çelik, mədəniyyət və turizm naziri Nəbi Avcı, baş qərargah rəisi general Hulusi Akar daxildir.Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək, yüksək səviyyəli əməkdaşlıq şurasının iclasında iştirak edəcək. Dövlət başçılarının iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması, regional problemlər, xüsusən Suriya məsələsi və terrorla mübarizə mövzuları ətrafında müzakirələr aparması planlaşdırılır.Türkiyə Prezidenti sazişlərin imzalanması mərasimindən və Vladimir Putinlə birgə mətbuat konfransından sonra naməlum əsgərin abidəsi önünə əklil qoyacaq.xeber100.com

Mart 10, 2017 3:18

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə…

ABŞ-da xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftəyə görə gündəlik 8,2 milyon barrel (1,58 faiz) artaraq 528,4 milyon barrel olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.Bu göstəricinin xam neft ehtiyatlarındakı həftəlik artım hesabatı hazırlanmağa başladığı 1992-ci ildən indiyədək maksimal həcm olduğu bildirilib.xeber100.com

Mart 9, 2017 4:40

Reuters agentliyinin məlumatı

Suriyanın şimalındakı Rəqqa şəhərində ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcıların açdığı atəş nəticəsində altı uşaq daxil olmaqla on dörd mülki vətəndaş öldürülüb.Reuters agentliyi xəbər ki, ölənlərin çoxu eyni ailədəndir. ABŞ hökuməti İŞİD-ə qarşı mübarizədə mülki vətəndaşların ölümünü maksimum dərəcədə azaltmaq üçün lazım olan bütün tədbirləri gördüyünü bildirib.xeber100.com

Mart 9, 2017 4:27

Çexiya hökumətinin qərarı ilə…

Çexiya hökumətinin qərarı ilə Praqanın Dyablitse rayonundakı qəbiristanlığa milli abidə statusu verilib. Burada nasist və kommunist rejimlərinin qurbanlarının - edam edilən və işgəncə verilən siyasi məhbusların məzarları yerləşir.Keçmiş Siyasi Məhbuslar Birliyinin (SBPV) sədri İrji Linek deyib: “Biz məzarlığa status verilməsini təkcə Dyablitse qəbiristanının bədii-arxitektonik dəyərinin etiraf edilməsinin deyil, ilk növbədə, nasist və ya kommunistlərin hakimiyyətdə olduqları dövrdə qətlə yetirilən və kütləvi məzarlıqlarda dəfn edilən insanların xatirəsinə ehtiramın əlaməti kimi qəbul edirik”.xeber100.com

Mart 9, 2017 4:23

Müstəqillik barədə ikinci referendum gələn il keçirilə bilər

Şotlandiyanın birinci naziri Nikola Stercen 2018-ci ilin payızında Böyük Britaniyadan ayrılmaq barədə ikinci referendumun keçirilməsini istisna etməyib. Bu barədə o, BBC telekanalına müsahibəsində bildirib.Interfax informasiya agentliyi xəbər verir ki, birinci nazir referendum barədə yekun qərarın hələlik qəbul edilmədiyini də diqqətə çatdırıb. “Mən heç bir variantı istisna etmirəm, lakin ölkə üçün düzgün saydığım templə hərəkət edəcəyəm”, - deyə xanım siyasətçi əlavə edib.Xatırladaq ki, Şotlandiyada artıq 2014-cü ilin sentyabr ayında müstəqillik barədə referendum keçirilib. Səsvermənin nəticəsinə əsasən, o vaxt əhalinin 55,3 faizi ölkənin Birləşmiş Krallığın tərkibindən çıxmasının əleyhinə səs verib.xeber100.com

Mart 9, 2017 4:06

NATO 71 milyon avro yatırmağı planlaşdırır

NATO 2021-ci ilə qədər Latviyanın müdafiəsinə təxminən 71 milyon avro yatırmağı planlaşdırır. Bu barədə məlumatı “nra.lv” saytı Latviya Müdafiə Nazirliyinə istinadla yayıb.Həmin vəsaiti Latviya Milli Silahlı Qüvvələrinin (HBC) infrastrukturunun inkişafına, müttəfiqlərin qəbul edilməsinin və yerləşdirilməsinin təmin olunmasına yatırmaq planlaşdırılır.Latviya Nazirlər Kabinetinin fevral tarixli əmrinə görə, Latviya Müdafiə Nazirliyi 2017-2021-ci illərdə üzərinə uzunmüddətli öhdəliklər götürə, NATO-nun təhlükəsizliyə investisiyalar üzrə proqramının maliyyələşdirilməsi üçün təqribən 71 milyon avro xarici maliyyə yardımı, layihələrin Latviya hökuməti hesabına və xarici ölkələrlə müştərək maliyyələşdirilməsi üçün vergilərin ödənilməsinə 27 milyon avroya qədər vəsait cəlb edərək müqavilələr imzalaya bilər.xeber100.com

Mart 8, 2017 7:30

Hökumətlərarası Şuranın iclası keçirilib

Bişkekdə Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə (AİB) sədrliyi çərçivəsində qurumun Hökumətlərarası Şurasının iclası keçirilib.İclasda Rusiya, Qazaxıstan, Qırğızıstan, Belorus və Ermənistanın baş nazirləri iştirak edib.Tədbirdə bu ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi, 2019-cu ilə qədər vahid energetika bazarının yaradılması, bu ölkələrin iqtisadiyyatına sərmayə qoyuluşu, 2025-ci ilə qədər AİB-nin üzvü olan ölkələr arasında iqtisadi inkişafın əsas istiqamətləri, kənd təsərrüfatı üçün maşın və mexanizmlərin buraxılmasının qaydaya salınması və digər məsələlər müzakirə edilib.İclasda bu və digər məsələlərlə bağlı 10 sənəd imzalanıb.Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının növbəti iclası Tatarıstanın mərkəzi Kazan şəhərində keçiriləcək.xeber100.com

Mart 8, 2017 7:25
    Page 195 of 301« First«...102030...193194195196197...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az