23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb

Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edən qaçqınların sayı 5,2 milyona yaxınlaşıb.Bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Aprelin 23-nə olan məlumata görə, Ukraynanı 5 milyon 186 min 744 nəfər tərk edib. Mart ayında ölkədən 3,4 milyon nəfər, apreldə isə bundan təxminən üç dəfə az – 1 milyon 151 min nəfər çıxıb.Ukraynalıların əksəriyyəti Polşaya gedib. Hazırda bu ölkədə 2,6 milyon nəfər qaçqın yerləşib. Rumıniyaya 774 min 94, Moldovaya 433 min 214, Slovakiyaya 354 min 329 qaçqın gəlib. Rusiyadakı ukraynalı qaçqınların sayı isə 578 min 255 nəfərə çatıb.

Aprel 24, 2022 3:32

Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb

Kiyev şəhərində komendant saatının vaxtı qısaldılıb.Bu barədə Kiyev şəhər meri Vitali Kliçko Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, aprelin 17-dən paytaxt Kiyevdə və Kiyev vilayətində komendant saatı 22:00-dan 05:00-dək tətbiq ediləcək.Qeyd edək ki, bundan öncə Kiyev şəhərində komendant saatı 21:00 dan 06:00-a qədər tətbiq olunurdu.xeber100.com  

Aprel 17, 2022 3:33

Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

Aprelin 17-də İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin ölkənin Nabire şəhərindən 273 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi qeyd edilib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami xəbərdarlığı elan olunmayıb.xeber100.com

Aprel 17, 2022 3:28

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumatı

İtaliyanın Ukraynadakı səfirliyi yenidən paytaxt Kiyevə köçüb.Bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.“Səfirliyin kollektivi Ukrayna institutlarına yaxın olmaq, İtaliya vətəndaşlarına kömək etmək, sülhü təşviq edən həll yolları dəstəkləmək və dialoqa dəstəyini artırmaq üçün yenidən paytaxt Kiyevə qayıdıb”, - deyə nazirliyin açıqlamasında bildirilib.Xatırladaq ki, İtaliya Ukraynadakı səfirliyini martın 1-də Kiyevdən Lvova köçürmüşdü.xeber100.com

Aprel 16, 2022 7:05

Avropa İttifaqı İtaliyaya 21 milyard avro vəsait ayırıb

Avropa İttifaqı (Aİ) İtaliyaya 21 milyard avro vəsait ayırıb.Bu vəsait İtaliya ilə bağlı milli bərpa və dayanıqlılıq planı üzrə ilk hissənin ödənişidir.Həmin məbləğin 10 milyard avrosu geri qaytarılmayan qrantlar və 11 milyard avrosu isə kreditlər şəklində verilib.Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen İtaliyanın Baş naziri Mario Draqiyə ünvanlandığı məktubda İtaliyanın bərpa və dayanıqlıq planının tam şəkildə həyata keçirilməsi üçün əməkdaşlığı növbəti illərdə də davam etdirməyə hazır olduğunu bildirib.Qeyd edək ki, İtaliya hökuməti pandemiya dövründə artan enerji xərclərinin ev təsərrüfatlarına və şirkətlərə təsirini azaltmaq üçün 16 milyard avrodan çox vəsait xərcləyib.xeber100.com

Aprel 16, 2022 7:02

Nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi ləğv edilir

Çexiyanın bütün ərazisində ictimai nəqliyyatda məcburi qaydada tibbi maska taxmaq tələbi aprelin 14-dən etibarən ləğv edilir.Antikovid tədbirlərinin yumşaldılması haqqında qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib. İndi yalnız tibbi və sosial müəssisələrdə maska taxmaq məcburi olacaq.Çexiya hökuməti bu addımı atmaqdan əvvəl xəstələnmə statistikasını diqqətlə tədqiq edib. Artıq bir neçə həftədir ki, əhali arasında yeni yoluxma halları azalır. Tibb müəssisələrinin yükü də azalmaqdadır. Bununla belə, Nazirlər Kabinetinin üzvləri insanların çoxlu sayda toplaşdığı yerlərdə könüllü qaydada maska taxmağı tövsiyə edirlər. Axı simptomsuz xəstələnənlərin sayını müəyyən etmək çətindir, onların vasitəsilə yoluxanlar üçün isə bu xəstəlik ölümcül ola bilər.xeber100.com

Aprel 14, 2022 3:40

Tehrandakı İmam Xomeyni Kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək

May ayının 11-dən 21-nə kimi Tehrandakı İmam Xomeyni Kompleksində beynəlxalq kitab sərgisi keçiriləcək.Hər il keçirilən bu tədbir koronavirus pandemiyası səbəbindən son 2 ildə təxirə salınmışdı. Pandemiyanın səngiməsi ilə əlaqədar bu il sərgi öz işini bərpa edib.Beynəlxalq sərgini İranın Mədəniyyət və İslam İrşad Nazirliyi təşkil edir. Sərgidə iştirak etmək istəyən kitabxana və nəşriyyat evlərinin, eləcədə kitab satışı ilə məşğul olan mağazaların nümayəndələri nazirliklə əlaqə saxlayıb kompleksdə məhsullarını nümayiş etdirə bilərlər.Qeyd edək ki, sərgidə Avropada, Yaxın Şərqdə və Orta Asiyada fəaliyyət göstərən nəşriyyat evləri öz məhsullarını və yeni kitablarını nümayiş etdirirlər. Sərgidə, həmçinin görkəmli yazıçılar kitablarını təqdim edir və tərcümə olunan kitabların satışı həyata keçirilir.xeber100.com

Aprel 6, 2022 3:03

Afinada ictimai nəqliyyatın fəaliyyəti dayanıb

Yunanıstanın aparıcı həmkarlar ittifaqlarının elan etdiyi 24 saatlıq ümumi tətil səbəbindən Afinanın demək olar ki, bütün ictimai nəqliyyatının fəaliyyəti iflic olub.Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar qiymətlərin bahalaşmasından narazıdır və maaşların artırılmasını istəyirlər.Yunanıstanın paytaxtında bütün metro stansiyaları bir sutkalıq bağlanıb, tramvay və trolleybuslar xətlərə çıxmayıb. Hazırda bütün mərkəzi magistrallar şəxsi avtomobillərlə doludur və bu səbəbdən böyük tıxaclar yaranıb. İşə gedə bilməyən şəhər sakinlərinin bir hissəsi icazə almaq məcburiyyətində qalıb.Etiraz aksiyası dövlət sektoru həmkarlar ittifaqının Ali Şurası və özəl sektorun həmkarlar ittifaqı birliyi - Yunanıstanın Ümumi Əmək Konfederasiyası tərəfindən təşkil olunub. Dövlət xidmətlərinin və xəstəxanaların, sığorta fondlarının, vergi orqanlarının, bələdiyyələrin və şəhərsalma təşkilatlarının əməkdaşları da tətildə iştirak etmək niyyətindədir. Yunanıstan Dəniz Federasiyasının tətilə qoşulması səbəbindən bütün gəmilər bir gün limanlarda qalacaq. Həmçinin şəhərlərarası qatarlar və şəhərətrafı elektrik qatarları 24 saat ərzində xətlərə çıxmayacaq.xeber100.com    

Aprel 6, 2022 2:40

Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını genişləndirib

Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.“T129 Atak” döyüş və taktiki kəşfiyyat helekopterinə olan maraq artmaqdadır. Anadolu Agentliyinin məlumatına görə, “T129 Atak” helekopterini Türkiyədən idxal edən ilk ölkə Filippin olub. Bildirilir ki, Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd “T129 Atak” və bir “C-295” təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.Mütəxəssislər hesab edirlər ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.xeber100.com

Aprel 6, 2022 2:37

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) rəsmiləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırırlar.Rusiyanın ən böyük banklarından biri olan “VTB” daxil olmaqla 4 banka qarşı yeni sanksiyalar nəzərdə tutulur. Yeni sanksiyaların rusiyalı oliqarxların ailələrini əhatə edəcəyi, bundan başqa sanksiyaların kriptovalyutalardan istifadəni də məhdudlaşdıracağı gözlənilir.Avropa Komissiyasının yeni sanksiyaları gələn həftə açıqlaması nəzərdə tutulur.xeber100.com

Mart 31, 2022 2:26
    Page 21 of 299« First«...10...1920212223...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az