05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Türkiyə XİN vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı açıqlama yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi son hadisələr nəzərə alınaraq vətəndaşlarını Ukraynanın şərq vilayətlərini tərk etməyə çağırıb.Nazirlik Ukraynanın şərq bölgələrinə səfər edən vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı yazılı açıqlama yayıb.Açıqlamada Ukraynanın şərq bölgələrində baş verən son hadisələr nəzərə alınaraq Türkiyə vətəndaşlarının bu bölgələri tərk etmələri, zəruri hallarda Kiyevdəki Türkiyə səfirliyi ilə əlaqə saxlamaları şiddətlə tövsiyə olunur.xeber100.com

Fevral 22, 2022 11:31

Türkmənistan Mərkəzi Seçki Komissiyasının iclası keçirib

Fevralın 15-də Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirib.İclasda MSK üzvləri ilə yanaşı, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini də iştirak edib.İclasda Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Sərdar Berdiməhəmmədovun prezidentliyə namizədliyi qeydə alınıb. Digər namizədlərin qeydiyyatı davam edir.Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri 2022-ci il martın 12-də keçiriləcək.xeber100.com

Fevral 15, 2022 1:23

2022-ci il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək

Cari il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək.Bu il yanvarın 16-da Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendumla başlayan seçki prosesi həm prezident, həm də parlament seçkiləri ilə davam edəcək. Seçkilər aprelin 3-də keçiriləcək. Həmin gün paytaxt Belqradda bələdiyyə şurasına seçkilər də olacaq.Bosniya və Herseqovinada isə oktyabrın 2-də Rəyasət Heyətinə üzvlüklə yanaşı, parlament seçkiləri keçiriləcək.Monteneqroda cari il üçün seçki planlaşdırılmasa da, mövcud siyasi böhrandan asılı olaraq bu ölkədə də seçkilərin keçirilməsi ehtimalı var.2022-ci il region ölkələrindən Albaniya və Sloveniyada da seçki ili olacaq. Albaniyada prezident seçkilərinin mayda, Sloveniyada isə parlament seçkilərinin apreldə keçirilməsi gözlənilir.xeber100.com

Fevral 6, 2022 12:15

Ukrayna və Türkiyə arasında dövlətlərarası sənəd imzalanıb

Ukrayna və Türkiyə arasında səkkiz dövlətlərarası sənəd imzalanıb.İmzalanma mərasimi prezidentlər Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kiyevdəki Mariinski sarayında baş tutub.İmzalanan sənədlər arasında azad ticarətlə bağlı sazişi də var.Bundan əlavə, tərəflər gənclər siyasəti, vergitutma, standartlaşdırma və keyfiyyət sahələrində anlaşma memorandumları, gömrük sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.Həmçinin yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında sazişdə dəyişikliklər edilməsi haqqında hökumətlərarası protokol imzalanıb.xeber100.com

Fevral 4, 2022 10:27

İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı artıb

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 138 min 860 nəfər artaraq ümumilikdə 9 milyon 923 min 678-ə çatıb.Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 227 nəfər artaraq 143 min 296-ya yüksəlib. Hazırda reanimasiya şöbəsində olanların sayı 1685 nəfərdir.Ötən gün 933 min 384 test icra edilib, virusdan sağalanların sayı isə 7 milyon nəfəri ötüb.xeber100.com

Yanvar 24, 2022 9:31

İtaliyanın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib

İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda 4,3 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, zəlzələ xüsusilə Vibonese bölgəsində hiss edilib, episentri Vibo Valentia bölgəsi olub. Zəlzələ regionun geniş ərazisində hiss olunub. Bir çox məktəb və ofislər boşaldılıb. Dəmir yolunda hərəkət dayandırılıb.Milli Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin dərinliyi 10 kilometr olub.Hazırda dağıntılar barədə məlumat yoxdur.xeber100.com

Yanvar 20, 2022 3:04

Serbiya 2021-ci ildə 3,9 milyard avro birbaşa xarici investisiya cəlb edib

Serbiya 2021-ci ildə 3,9 milyard avro (4,4 milyard dollar) birbaşa xarici investisiya cəlb edib.Bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç deyib.O bildirib ki, keçən il ölkənin Zrenyanın, İndyiya, Baçka Topola, Belqrad, Aleksinaç və Subotika şəhərlərində zavodlar açan xarici sərmayəçilərin ümumilikdə 12 min 490 nəfəri işlə təmin ediblər.Qeyd edək ki, Serbiya 2020-ci ildə 2,9 milyard avro xarici investisiya cəlb edib və Qərbi Balkan ölkələrində xarici investisiyaların 63 faizi bu ölkəyə yatırılmışdı.xeber100.com

Yanvar 17, 2022 11:11

ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə danışıqlar davam etdiriləcək

Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərargahında NATO-Rusiya Şurasının iclası başlayıb.TASS agentliyi xəbər verir ki, görüşdə ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə yanvarın 9-10-da Cenevrə şəhərində keçirilən danışıqlar davam etdiriləcək. Tədbirin təxminən üç saat davam edəcəyi gözlənilir. Yanvarın 13-də isə ATƏT-in Vyana platformasında məsləhətləşmələr baş tutacaq.Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edib. Moskva alyansın şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyir.xeber100.com

Yanvar 12, 2022 2:18

“Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb

Rusiyanın “Qazprom” şirkətinin törəmə qurumu olan “Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, dörd il müddətinə imzalanan sənədə əsasən, Rusiya “Türk axını” kəməri vasitəsilə ildə 5,75 milyard kubmetr qaz ixrac edəcək.“Qazprom eksport” şirkətinin məlumatına görə, bu il yanvarın 1-dən “Botas” 4 il ərzində ildə 5,75 milyard kubmetr qaz idxal edəcək.

Yanvar 6, 2022 1:56

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.Prezident Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.Bundan əvvəl dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalamışdı. Yanvarın 5-dən 19-dək davam edəcək fövqəladə vəziyyət rejimi zamanı saat 23:00-dan 07:00-dək komendant saat tətbiq olunacaq, hərəkət azadlığı məhdudlaşdırılacaq.xeber100.com

Yanvar 5, 2022 2:01
    Page 23 of 299« First«...10...2122232425...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az