30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

2022-ci il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək

Cari il Balkan ölkələrində bir sıra seçkilər keçiriləcək.Bu il yanvarın 16-da Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendumla başlayan seçki prosesi həm prezident, həm də parlament seçkiləri ilə davam edəcək. Seçkilər aprelin 3-də keçiriləcək. Həmin gün paytaxt Belqradda bələdiyyə şurasına seçkilər də olacaq.Bosniya və Herseqovinada isə oktyabrın 2-də Rəyasət Heyətinə üzvlüklə yanaşı, parlament seçkiləri keçiriləcək.Monteneqroda cari il üçün seçki planlaşdırılmasa da, mövcud siyasi böhrandan asılı olaraq bu ölkədə də seçkilərin keçirilməsi ehtimalı var.2022-ci il region ölkələrindən Albaniya və Sloveniyada da seçki ili olacaq. Albaniyada prezident seçkilərinin mayda, Sloveniyada isə parlament seçkilərinin apreldə keçirilməsi gözlənilir.xeber100.com

Fevral 6, 2022 12:15

Ukrayna və Türkiyə arasında dövlətlərarası sənəd imzalanıb

Ukrayna və Türkiyə arasında səkkiz dövlətlərarası sənəd imzalanıb.İmzalanma mərasimi prezidentlər Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kiyevdəki Mariinski sarayında baş tutub.İmzalanan sənədlər arasında azad ticarətlə bağlı sazişi də var.Bundan əlavə, tərəflər gənclər siyasəti, vergitutma, standartlaşdırma və keyfiyyət sahələrində anlaşma memorandumları, gömrük sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.Həmçinin yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair Çərçivə Sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında sazişdə dəyişikliklər edilməsi haqqında hökumətlərarası protokol imzalanıb.xeber100.com

Fevral 4, 2022 10:27

İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı artıb

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 138 min 860 nəfər artaraq ümumilikdə 9 milyon 923 min 678-ə çatıb.Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 227 nəfər artaraq 143 min 296-ya yüksəlib. Hazırda reanimasiya şöbəsində olanların sayı 1685 nəfərdir.Ötən gün 933 min 384 test icra edilib, virusdan sağalanların sayı isə 7 milyon nəfəri ötüb.xeber100.com

Yanvar 24, 2022 9:31

İtaliyanın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib

İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda 4,3 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, zəlzələ xüsusilə Vibonese bölgəsində hiss edilib, episentri Vibo Valentia bölgəsi olub. Zəlzələ regionun geniş ərazisində hiss olunub. Bir çox məktəb və ofislər boşaldılıb. Dəmir yolunda hərəkət dayandırılıb.Milli Geofizika İnstitutunun məlumatına görə, zəlzələnin dərinliyi 10 kilometr olub.Hazırda dağıntılar barədə məlumat yoxdur.xeber100.com

Yanvar 20, 2022 3:04

Serbiya 2021-ci ildə 3,9 milyard avro birbaşa xarici investisiya cəlb edib

Serbiya 2021-ci ildə 3,9 milyard avro (4,4 milyard dollar) birbaşa xarici investisiya cəlb edib.Bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç deyib.O bildirib ki, keçən il ölkənin Zrenyanın, İndyiya, Baçka Topola, Belqrad, Aleksinaç və Subotika şəhərlərində zavodlar açan xarici sərmayəçilərin ümumilikdə 12 min 490 nəfəri işlə təmin ediblər.Qeyd edək ki, Serbiya 2020-ci ildə 2,9 milyard avro xarici investisiya cəlb edib və Qərbi Balkan ölkələrində xarici investisiyaların 63 faizi bu ölkəyə yatırılmışdı.xeber100.com

Yanvar 17, 2022 11:11

ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə danışıqlar davam etdiriləcək

Belçikanın paytaxtı Brüsseldə Şimali Atlantika Alyansının mənzil-qərargahında NATO-Rusiya Şurasının iclası başlayıb.TASS agentliyi xəbər verir ki, görüşdə ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanəti üzrə yanvarın 9-10-da Cenevrə şəhərində keçirilən danışıqlar davam etdiriləcək. Tədbirin təxminən üç saat davam edəcəyi gözlənilir. Yanvarın 13-də isə ATƏT-in Vyana platformasında məsləhətləşmələr baş tutacaq.Xatırladaq ki, dekabr ayında Rusiya ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı iki “müqavilə” layihəsini dərc edib. Moskva alyansın şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyir.xeber100.com

Yanvar 12, 2022 2:18

“Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb

Rusiyanın “Qazprom” şirkətinin törəmə qurumu olan “Qazprom eksport” Türkiyənin “Botas” şirkəti ilə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, dörd il müddətinə imzalanan sənədə əsasən, Rusiya “Türk axını” kəməri vasitəsilə ildə 5,75 milyard kubmetr qaz ixrac edəcək.“Qazprom eksport” şirkətinin məlumatına görə, bu il yanvarın 1-dən “Botas” 4 il ərzində ildə 5,75 milyard kubmetr qaz idxal edəcək.

Yanvar 6, 2022 1:56

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.Prezident Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.Bundan əvvəl dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalamışdı. Yanvarın 5-dən 19-dək davam edəcək fövqəladə vəziyyət rejimi zamanı saat 23:00-dan 07:00-dək komendant saat tətbiq olunacaq, hərəkət azadlığı məhdudlaşdırılacaq.xeber100.com

Yanvar 5, 2022 2:01

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə…

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk görüşlərini yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirəcəklər.Türkiyə Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.Qeyd edək ki, Türkiyə tərəfi təcrübəli diplomat səfir Sərdar Kılıçı Ermənistan üzrə xüsusi nümayəndə təyin edib. Qarşı tərəfin Türkiyə üzrə təyin etdiyi xüsusi nümayəndə isə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyandır.Hələlik xüsusi nümayəndələrin ilk görüşünün gündəliyi barədə heç bir açıqlama yoxdur.xeber100.com

Yanvar 5, 2022 1:57

İtaliyada COVID-19 infeksiyasına daha 98 min 30 nəfər yoluxub

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına daha 98 min 30 nəfər yoluxub.2020-ci ilin fevral ayından bu vaxtadək koronavirusa ümumi yoluxma sayı isə 5 milyon 854 min 428-ə çatıb.Səhiyyə Nazirliyindən bildirilib ki, ötən gün virusun qurbanlarının sayı 148 nəfər artaraq ümumilikdə 137 min 91-ə yüksəlib. Hazırda ölkədə 674 min 865 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı 1185 nəfərdir.Keçən il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində isə bu günədək ölkədə 109 milyon 646 min 86 doza peyvənd tətbiq edilib.xeber100.com

Dekabr 30, 2021 12:11
    Page 25 of 301« First«...1020...2324252627...304050...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az