21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Anadolu agentliyinin məlumatına görə…

“Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş İstanbulda imzalana bilər. Anadolu agentliyi xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İstanbulda işinə başlayan XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin görüşəcək. “Türk axını” layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş həmin görüşdə imzalana bilər. “Bu böyük bir layihədir və çox ətraflı iş tələb edir. Hazırda hökumətlərarası sazişin tamamlanması üçün işlər aparılır. Ərdoğan və Putin görüşündə bu sazişin hazır olmasını istəyirik”, - deyə nazir əlavə edib. Qeyd edək ki, “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Oktyabr 10, 2016 11:40

ABŞ prezidentliyinə namizədlər arasında ikinci teledebat keçirilib

ABŞ prezidentliyinə namizədlər – Demokratlar Partiyasının nümayəndəsi Hillari Klinton və Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp arasında ikinci teledebat keçirilib. Tədbir Missuri ştatının Sent-Luis şəhərindəki Vaşinqton Universitetində “town-holl” (“şəhər malikanəsi”) formatında təşkil edilib. Namizədlərə sualların yarısını onların qarşısında əyləşən auditoriyadakı adamlar, digər yarısını sosial şəbəkələr vasitəsilə moderatorlar və vətəndaşlar verirdi. Trampın 11 il bundan əvvəl audioplyonkaya yazılmış çıxışında qadınlar barəsində söylədiyi nalayiq sözlər, ölkənin sosial problemləri, ABŞ-da islamofobiya məsələsi, Suriyada və bütövlükdə Yaxın Şərqdə vəziyyət, Amerika-Rusiya münasibətləri, habelə ölkənin səhiyyə sistemi və iqtisadi sabitliklə bağlı məsələlər müzakirə edilib. Xatırladaq ki, bu debatlar ərəfəsində Amerika KİV-lərində 2005-ci ilə aid bir videoyazı yayılıb. Həmin materialda Donald Tramp qadınların ünvanına təhqiramiz ifadələr işlədib. Çoxsaylı vətəndaşlar, habelə Respublikaçılar partiyasının özünü təmsil edən siyasətçilər bu hadisəyə mənfi münasibət bildiriblər. Şərhçilərin çoxu Trampın bu davranışını seksual həyasızlıq adlandırıb.xeber100.com

Oktyabr 10, 2016 11:37

Parlament seçkiləri başa çatıb

Xəbər verildiyi kimi, oktyabrın 8-də Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər keçirilib. Səsvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. İlkin məlumatlara görə, seçkilərdə seçicilərin 50 faizdən çoxu iştirak edib. Bununla da səsvermə baş tutmuş hesab olunur. Lakin bəzi majoritar dairələrdə ikinci turun keçiriləcəyi istisna edilmir. Səsvermənin ilkin nəticələri oktyabrın 9-da, tam nəticələr isə oktyabrın 19-da açıqlanacaq. Keçirilən “exit-pol”ların nəticələrinə görə, seçkilərdə ən çox səsi hakim “Gürcü arzusu” partiyası qazanıb.xeber100.com

Oktyabr 9, 2016 9:06

Yunanıstanda 4 günlük tətil…

Yunanıstanın hava dispetçerlərinin 9-10 və 12-13 oktyabrda planlaşdırdığı 4 günlük tətil ölkənin hava məkanını iflic edəcək. 24 saat keçiriləcək tətillər parlament tərəfindən qəbul edilmiş mülki aviasiya islahatına qarşı yönəlib. Ölkə ərazisində bütün aeroportlar bağlı olacaq. Heç bir daxili və xarici uçuş həyata keçirilməyəcək.xeber100.com

Oktyabr 9, 2016 8:59

Parlament seçkilərinin nəticələri açıqlanıb

Mərakeşdə keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb. BBC xəbər verir ki, ölkə Baş nazirinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlib. Partiya parlamentdə 99 yer qazanıb. Orijinallıq və Müasirlik Partiyası 80, İstiqlal Partiyası isə 31 yer əldə edib.xeber100.com

Oktyabr 8, 2016 8:39

“Deutsche Bank”ın problemləri müzakirə edilib

Almaniyanın bir neçə nüfuzlu şirkətinin rəhbərləri ölkənin ən iri bankı "Deutsche Bank"ın problemlərini müzakirə edib və bankı dəstəkləmək üçün kapital verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə "Hendelsblatt" nəşri məlumat yayıb. “banks.eu” saytı xəbər verir ki, şirkət fövqəladə planı çərçivəsində "Deutsche Bank"ın rezervlərini artırmaq üçün bankın səhmlərini alacaq. "Berlin, öz növbəsində, özəl sektorun müdaxiləsini alqışlayır. "Deutsche Bank" üçün bazarın dəstəklənməsi istənilən halda dövlət pullarının istifadəsindən yaxşıdır", - deyə mənbə bildirir. Nəşr banka kapital axını imkanını müzakirə edən şirkətin adını açıqlamır. "Deutsche Bank" isə şərh verməkdən imtina edib.xeber100.com

Oktyabr 8, 2016 8:27

Finlandiyadan Rusiyaya nota…

Finlandiya Rusiya qırıcılarının ölkənin hava sərhədini pozması ilə bağlı Moskvaya nota göndərib. Bunu jurnalistlərə açıqlamasında Finlandiya Müdafiə naziri Yussi Niinistyo söyləyib. Rusiyanın Su-27 təyyarələri dünən iki dəfə Finlandiyanın hava məkanına daxil olub. Moskva rəsmi Helsinkinin ona qarşı səsləndirdiyi iddiaların heç birini qəbul etmir.xeber100.com  

Oktyabr 7, 2016 2:11

Almaniyada İnpol sistemi xətti üzrə axtarış elan edilib

Cümə günü, oktyabrın 7-də HR-info radiostansiyası (Hesse) cinayət işləri üzrə federal idarənin 1 sentyabr tarixinə olan məlumatlarına istinadla xəbər verib ki, Almaniyada 284.158 qaçqın barəsində deportasiya haqqında qərarla əlaqədar həbs edilməli şəxslər kimi, İnpol sistemi xətti üzrə axtarış elan edilib. Məlumatda bildirilir ki, 2015-ci ilin müvafiq göstəriciləri ilə müqayisədə belə qaçqınların sayı təxminən 140 faiz artıb. Bu miqrantlar barəsində axtarış elan edilməsi AFR ərazisində olmaq haqqında qanun əsasında həyata keçirilir. Həmin qanuna görə, əgər Almaniyanın hakimiyyət orqanları əcnəbi vətəndaşın olduğu yeri müəyyən edə bilmirsə həmin şəxs barəsində axtarış elan edilə bilər və o, Almaniya hüdudlarını tərk etməlidir.xeber100.com

Oktyabr 7, 2016 2:04

Beynəlxalq Valyuta Fondunun hesablamasına görə…

Dünya iqtisadiyyatı borc çuxurundadır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamasına görə, ötən il dünya ölkələrinin ümumi borcu 152 trilyon dolları keçib. Bu, qlobal ümumi daxili məhsulun 225 faizi deməkdir. Euronews telekanalı xəbər verir ki, fondun “Fiscal Monitor” məruzəsinə əsasən, hazırda dövlət borclarının dünya iqtisadiyyatına yüklənməsi Böyük Depressiya zamanında olduğundan daha artıqdır. Borcun ümumi məbləğinin 2/3 hissəsi, təxminən 100 trilyon dolları özəl sektorun payına düşür. BVF bu göstəricinin sürətlə artmasının çox zaman maliyyə böhranı astanasında müşahidə olunduğunu qeyd edir. Məruzədə vurğulanır ki, 2008-2009-cu illər böhranından əvvəl bir çox dövlətlər xeyli vəsait xərcləyərək borca girirdilər. Lakin iqtisadiyyatdakı artım inflyasiya ilə birgə zəiflədi və inkişaf etmiş ölkələrin mərkəzi bankları kredit üzrə faiz dərəcələrini tarixi minimuma qədər aşağı salmağa məcbur oldu. Bir tərəfdən kreditin əlçatan olması, digər tərəfdən isə onun iqtisadi artıma çevrilməməsi vəziyyəti bir qədər də ağırlaşdırdı.xeber100.com

Oktyabr 7, 2016 1:42

2 min 500 aviareys təxirə salınıb

ABŞ-da “Metyu” qasırğası ilə əlaqədar 2 min 500 aviareys təxirə salınıb. “news.usa.bplaced.net” saytı xəbər verir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən, Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək. Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq. Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.xeber100.com

Oktyabr 7, 2016 1:34
    Page 236 of 301« First«...102030...234235236237238...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az