30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Avropa İttifaqı daxili nəzarəti gücləndirməlidir”…

Çexiyanın maliyyə naziri Andrey Babiş “Právo” qəzetinə müsahibəsində bildirib ki, Avropa İttifaqı terrorçuların hücum təhlükəsini azaltmaq məqsədi ilə öz xarici sərhədlərini ciddi qorumalı, insanların yerdəyişməsi, mallar, xidmətlər, habelə kapital üçün vahid azad məkan olan Şengen ərazisində daxili nəzarəti gücləndirməlidir. Maliyyə naziri hesab edir ki, yenidən cinayət törətməyə meyilli olan və “asanlıqla radikal müsəlman qruplarının təsiri altına düşən köçkünlər” də müşahidə altında olmalıdır. Onun fikrincə, NATO-nun müdafiə paktı dəyişikliyə uğrayaraq, terrorçulara qarşı fəal mübarizə aparan qüvvəyə çevrilməlidir.xeber100.com

İyul 18, 2016 11:09

Mərakeşin dövlət xəbər agentliyinin məlumatına görə…

Mərakeşin Kralı VI Mohammed 32 il əvvəl ayrıldıqları Afrika Birliyi Təşkilatına yenidən üzv olmaq barədə qərar qəbul etdiklərini açıqlayıb.  Mərakeşin dövlət xəbər agentliyinin (MAP) məlumatına görə, VI Mohammedin 27-ci Afrika Birliyi sammiti üçün Ruandanın paytaxtı Kiqaliyə göndərdiyi məktubda deyilir: “Afrika Birliyinə qayıtmaq bizim üçün çətin bir qərar olsa da, Mərakeş bu tarixi qərar ilə bütün bölünmələrin öhdəsindən gəlmək üçün birliyin daxilində birgə işə davam edəcək. 1984-cü ildə birlikdən ayrılma qərarımız özəl səbəblərdən ötəri idi. Bundan sonrakı müddətdə birlik daxilində üzərimizə düşən məsuliyyətləri yerinə yetirmə üçün daha inamla hərəkət edəcəyik”. Qeyd edək ki, Mərakeş 1984-cü ildə Poisario Təşkilatının "Qərbi Səhra Respublikası" adı ilə Afrika Birliyinə üzv olmasından sonra bu təşkilatdan ayrılmağa qərar vermişdi.xeber100.com

İyul 18, 2016 10:55

179 daxili və xarici uçuş ləğv edilib

“Türk Hava Yolları” iyulun 15-də ölkədə hərbi çevriliş cəhdi səbəbindən 179 daxili və xarici uçuşunu ləğv edib. “Türk Hava Yolları” sərnişinlərini özünün rəsmi saytı vasitəsi ilə və “qaynar xətt”lə məlumatlandırır. Qeyd edək ki, hərbi qiyamçıların qanunsuz müdaxiləsi səbəbindən İstanbul Atatürk Hava Limanı da daxil olmaqla, ölkənin aeroportlarında pozulmuş normal fəaliyyət bərpa olunmaqdadır.xeber100.com

İyul 18, 2016 10:47

Nazirlər Kabinetinin iclası keçirilir

İyulun 18-də Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə Türkiyənin Nazirlər Kabinetinin iclası keçirilir. Türkiyə mətbuatının verdiyi məlumata görə, Çankaya köşkündə keçirilən iclasda bu ölkədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı məsələ müzakirə edilir.xeber100.com

İyul 18, 2016 10:42

Almaniya Türkiyədə demokratik və hüquqi dövləti dəstəklədiyini bildirib

Almaniya Kansleri Angela Merkel Türkiyədə dövlət çevrilişinə göstərilən cəhdi hökuməti adından ən sərt şəkildə pislədiyini bildirib. Almaniyanın Türkiyədə demokratik və hüquqi dövləti dəstəklədiyini bildirən Kansler xalqın iradəsinin ifadəsinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin xalq tərəfindən seçilmiş hökumətini və prezidentini zor tətbiq edərək devirmə cəhdini sərt şəkildə qınadığını, hakimiyyət dəyişikliyinin yalnız və yalnız demokratik qaydalara əsasən mümkün ola biləcəyini diqqətə çatdırıb.xeber100.com

İyul 17, 2016 12:00

Yunanıstan Türkiyəyə dəstək nümayiş etdirib

"Yunanıstan hökumətindən sığınacaq istəyən 8 qiyamçının Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa ediləcək". Bu fikri Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirib. Yunanıstanın Baş naziri Türkiyə hökumətinə dəstək nümayiş etdirib, demokratik cəmiyyətlərdə hərbi çevrilişə yer olmadığını vurğulayıb. Yunanıstan ilə sərhəd xəttində yerləşən Dədəağac şəhərindəki aerodromda eniş edən, içərisində 8 qiyamçının olduğu hərbi helikopterin Türkiyəyə qaytarılması üçün Yunanıstana xüsusi komanda göndərilib.xeber100.com

İyul 17, 2016 11:54

Məhkəmə-hüquq sistemində kütləvi ixtisarlar

Türkiyənin məhkəmə-hüquq sistemində işləyən və qiyamçılarla, habelə terror təşkilatı ilə əlaqəsi olduğu bildirilən hakim və prokurorların kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb. Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası barələrində Ankara Respublika Baş Prokurorluğu tərəfindən həbs qərarı çıxarılan 5 üzvün səlahiyyətlərini ləğv edib. Bundan başqa, ümumilikdə 2745 hakim işdən azad olunub.xeber100.com

İyul 16, 2016 4:39

Georgi Kvirikaşvili: “Türkiyənin demokratik inkişafı bizim üçün çox önəmlidir”

Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox önəmlidir. Bu bəyanatla Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirilən iclasında çıxış edib. Baş nazir deyib ki, Türkiyədə sabitliyin qorunması Gürcüstan üçün çox vacibdir. Hər hansı demokratik ölkə üçün hərbi çevrilişin yolverilməz olduğunu vurğulayan Georgi Kvirikaşvili Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib. Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd-keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur, hava uçuşları həyata keçirilmir.xeber100.com

İyul 16, 2016 4:11

Neft layihələrinin 70 faizi ləğv edilə bilər?!

Neftin qiymətinin ucuzlaşması və bu sahədə investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var. Aяэкефс xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkəti tərəfindən hazırlanan hesabat deyilir. Hesabata görə, ABŞ-da yekun investisiya qərarı alınmamış neft istehsalı layihələrinin ticarəti baxımdan həyata keçirilməsi üçün qlobal bazarlarda xam neftin qiyməti 60 dollar/barrel və ya daha çox olmalıdır. Qiymətlər hazırkı 50 dollardan aşağı olacağı təqdirdə isə qarşıdakı 10 ildə qlobal neft bazarında təklif azalmaları yarana bilər. Neftin qiymətinin ucuzlaşması və investisiyaların azalması ilə əlaqədar ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilmə riski var. Həmin layihələrin çoxu istehsal xərci yüksək olan şist nefti layihələridir.xeber100.com

İyul 16, 2016 3:58

TASS informasiya agentliyinin məlumatına əsasən…

İŞİD qruplaşması iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Qeyd edək ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini milli bayram şənliyi ilə əlaqədar atəşfəşanlıqdan qayıdan minlərlə insanın üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb. Hadisə nəticəsində 84 nəfər həlak olub, 200 nəfərə qədər insan yaralanıb. Həyatını itirənlər arasında xarici ölkə vətəndaşlarının da olduğu bildirilir.

İyul 16, 2016 3:50
    Page 260 of 301« First«...102030...258259260261262...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az