05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Parlament seçkiləri oktyabrın 8-ə təyin edilib

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bugünkü sərəncamı ilə ölkədə parlament seçkilərini oktyabrın 8-ə təyin edib. “Gürcüstan-onlayn”-ın verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Eka Mişveladze bildirib. Onun sözlərinə görə, Gürcüstan prezidentinin imzaladığı sərəncam artıq baş nazir Qeorqi Kvirikaşvili göndərilib. Ölkədə seçkiqabağı kampaniyaya iyunun 8-dən start veriləcək. Qeyd edək ki, 2010-cu ildə Konstitusiyaya edilən dəyişiklərə əsasən parlament seçkilərində qalib gələn partiya və yaxud siyasi birlik yeni baş nazirin namizədliyini irəli sürmək, eləcə də hökuməti formalaşdırmaq hüququna malik olacaq.xeber100.com

İyun 4, 2016 12:57

Reuters agentliyinin keçirdiyi rəy sorğusuna əsasən…

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır. Bu, Reuters agentliyi və “İpsos” araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub. Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır. Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lıq üstünlüklə qabaqlayırdı. Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.xeber100.com

İyun 4, 2016 12:52

“Frans Press”in verdiyi xəbərə görə…

Fransa Aİ-nin 23 üzv ölkəsi arasında qaçqınların yerləşdirilməsinə dair saziş çərçivəsində Yunanıstandan Avropa ərazisinə daxil olmuş miqrantlardan hər ay, əlavə olaraq, 400 nəfəri qəbul edəcək. “Frans Press”in verdiyi xəbərə görə, bunu Fransa XİN rəhbəri Bernar Kaznev deyib. O həmçinin  həftə ərzində Yunanıstan və İtaliyadan Fransaya artıq  97 qaçqının gəldiyini qeyd edərək, iyunun 9-dan etibarən ölkəyə daha 253 nəfərin gələcəyini bildirib.xeber100.com

İyun 3, 2016 12:55

Yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident sarayına yürüş edib

Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş ediblər. “Reuters”in verdiyi xəbərə görə, etirazçıları qarşılayan aşayiş qüvvələri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, ani etiraz dalğası bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra baş qaldırıb. Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.xeber100.com

İyun 3, 2016 12:25

RİA Novosti informasiya agentliyi xəbər verir…

Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması üzrə danışıqlarda əsas fikir ayrılıqlarını aradan qaldırıblar və artıq növbəti raundda sazişə nail oluna bilər. RİA Novosti informasiya agentliyi xəbər verir ki, İsrail Fələstinin HAMAS təşkilatının Türkiyə ərazisindəki fəaliyyətinin qarşısının tamamilə alınması tələbindən imtina edəcək, Türkiyə isə öz növbəsində Qəzzə sektorunda blokadanın aradan qaldırılması tələbi ilə çıxış etməyəcək. Xatırladaq ki, yaxın keçmişdə strateji tərəfdaşlar olan bu iki ölkə Ankaranın xarici siyasətinin Avropaya inteqrasiyası və müsəlman ərəb ölkələrində mövqelərinin güclənməsi fonunda bir-birindən uzaqlaşıb. Münasibətlərin pozulmasının pik nöqtəsi isə 2010-cu ildə İsrail hərbçilərinin “Azadlıq donanmasına” hücumu və 9 türkün ölümü ilə nəticələnən insident olub.xeber100.com

İyun 2, 2016 1:17

Siyasi partiyalar seçkilərə hazırlaşır

İyunun 1-də Yaponiya parlamentinin sessiyası başa çatdıqdan sonra siyasi partiyalar gələn ay qanunverici orqanın yuxarı palatasına keçiriləcək seçkilərə hazırlığı intensivləşdiriblər. Sessiyanın sonuncu günü Baş nazir Şinzo Abe bəyan edib ki, gələn il istehlak vergisinin artırılması ilə bağlı qərarı 2019-cu ilin oktyabrınadək təxirə salmaq niyyətindədir. Çünki həmin qərarın icrası ölkədə istehlakın azalmasına səbəb ola bilər. Ş.Abe bildirib ki, iyulun 10-na təyin olunmuş seçkilərdə hökumət seçicilərin ölkədə həyata keçirilən “abenomika” adlı iqtisadi siyasətə münasibətini aydınlaşdırmaq istəyir. Baş nazir deyib ki, bu seçkilər “abenomika”nı sürətləndirmək və ya bu yoldan dönmək lazım olduğunu dəqiqləşdirmək imkanı yaradacaq. Ş.Abe, həmçinin əlavə edib ki, hakim koalisiya qarşıdakı seçkilərdə parlamentdə daha çox yer qazanmağı planlaşdırır. Aparıcı müxalifət partiyası - Demokratik Partiya və onun üç tərəfdaşı birmandatlı dairələrdən vahid namizədlə çıxış etmək, ölkədə iqtisadi siyasət xəttini dəyişmək niyyətində olduqlarını bildirirlər. Seçki kampaniyasına rəsmi olaraq iyunun 22-də start veriləcək.xeber100.com

İyun 2, 2016 1:05

Belarusda dövriyyəyə yeni pullar buraxılacaq

Bir aydan sonra Belarusda dövriyyəyə yeni pullar buraxılacaq. Belarus KİV-lərinə istinadla xəbər verir ki, denominasiya nəticəsində banknotlardan dörd sıfır silinəcək. Hazırda Belarus bankları test üçün yeni əsginaslar və sikkələr götürüblər. Testin əsas məqsədi hesablama və çeşidləmə texnikasının yeni pullara uyğunlaşdırılmasını müəyyən etməkdən ibarətdir. Həmçinin yaxın günlərdə banklar bankomat, mübadiləçilər, kassa yüklənməsi üçün nə qədər vəsait lazım olduğunu hesablayaraq sorğu göndərəcək. Məhz bundan sonra yeni partiya pullar Milli Bankın ehtiyat anbarından banklara paylanacaq. Köhnə əsginaslar bu il dekabrın 31-dək dövriyyədə olacaq, banklar və mağazalar onları qəbul etməlidirlər. Oktyabrın 1-dən isə bütün bankomatlar yeni pula keçəcək. Bankirlər bildirirlər ki, köhnə pulları yeniləri ilə dəyişmək ödənişsizdir. Denominasiya edilmiş pullarla “doldurulmuş” bankomatlarda ən populyar əsginas 5 rubl olacaq. Bu isə hazırda 50 000 rubl təşkil edir.xeber100.com

İyun 2, 2016 11:40

Ümumxalq referendumunun son nəticələri elan edilib

Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı keçirilən ümumxalq referendumunun son nəticələri elan edilib. Tacikistan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının yaydığı məlumata görə, referendumda səs hüququ olan vətəndaşların 92 faizi iştirak edib ki, bu da 4 milyon 95 min 422 səs deməkdir. Yekun nəticələrə əsasən hazırki Prezident Emoməli Rəhmon bundan sonra istənilən qədər prezident seçilə bilər. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endirilib. Əsas Qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunur, milli və dini xarakterli partiya və hərəkatların yaradılması, siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi qadağan edilir. Xatırladaq ki, Tacikistan Prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.xeber100.com

İyun 2, 2016 11:32

6,5 bal gücündə zəlzələ baş verib

İyunun 2-də İndoneziyanın Sumatra adası yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib. "Figaro.fr” saytı xəbər verir ki, yeraltı təkanlar nəticəsində dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.xeber100.com

İyun 2, 2016 11:26

“Müharibə, kapitalizm və azadlıq” adlı sərgi açılıb

Roma şəhərinin “Palatso Çipolla” adlanan qəsəbəsində yerləşən “Arte-Musei” muzeyində dünya şöhrətli britaniyalı küçə rəssamı Benksinin “Müharibə, kapitalizm və azadlıq” adlı sərgisi açılıb. buro247.az saytı xəbər verir ki, sərgidə rəssamın şəxsi kolleksiyalardan olan 150-dək sənət əsərini görmək olar. Onlardan bəziləri ictimaiyyətə ilk dəfə olaraq təqdim edilir və ekspozisiyanın adında göstərilən 3 tematik bölmədə paylaşdırılıb. Onun əsərlərində müharibə, konsyumerizm və siyasət mövzuları analiz edilib. Rəssamın ən böyük sərgisi sayılan ekspozisiyanı təşkil etmək üçün 1 milyon avro civarında maliyyə sərf olunub. Sərgi sentyabrın 4-dək davam edəcək.xeber100.com

İyun 2, 2016 11:23
    Page 270 of 299« First«...102030...268269270271272...280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az