24 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Dənizlərin harmoniyası”…

Dünyanın ən böyük səyahət gəmisi Fransanın qərbindəki tərsanədən çıxaraq Sauthemptona, oradan isə Aralıq dənizinə yola düşəcək. Rusiyanın NTV telekanalı xəbər verir ki, “Dənizlərin harmoniyası” adlandırılan layner 20 mərtəbəli ev hündürlüyündədir və 6300 sərnişin, 2000 heyət üzvü üçün nəzərdə tutulub. Gəmi buz meydançası, kazino, konsert zalı, alpinistlər üçün divar və basketbol meydançasının olduğu 16 göyərtədən ibarətdir. Dənizdəki ən sürətli internetə malik laynerdə 7 günlük səyahət azı 1200 dollara başa gələcək.xeber100.com

May 17, 2016 12:17

Kürd Fəhlə Partiyasına məxsus böyük bir cəbbəxana aşkarlanıb

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkənin Bitlis bölgəsində Kürd Fəhlə Partiyasına (PKK) məxsus böyük bir cəbbəxana aşkarlanıb.Rəsmi məlumatda bildirilir ki, cəbbəxanada 600 kiloqram müxtəlif təyinatlı partlayıcı, 580 adda terror törətmək məqsədilə nəzərdə tutulan vasitə olub. Bildirilir ki, cəbbəxana torpaq altında aşkarlanıb.xeber100.com

May 17, 2016 12:09

Yaponiya Meteorologiya Agentliyi xəbərdarlıq edir…

Mayın 16-da axşam saatlarında İbaraki prefekturasında baş verən 5,5 bal gücündə zəlzələ paytaxt Tokioda və ətraf rayonlarda da hiss olunub. Bir nəfərin xəsarət aldığı bildirilir. Yeraltı təkan zamanı yataqdan sıçrayan səkkiz yaşlı oğlan yıxılaraq qolunu sındırıb.Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata əsasən, zəlzələ axşam saat 21:23 dəqiqədə baş verib. Yeraltı təkanların ocağı Tokionun şimalındakı İbaraki prefekturasının cənub hissəsində, 42 kilometr dərinlikdə yerləşib. Prefekturanın Omitama şəhərində zəlzələ yapon cədvəli üzrə 5 baldan bir az aşağı hiss olunub. Kanto regionunun bir çox rayonlarında, o cümlədən Mito, Totiqi, Saytama, Yokohama şəhərlərində zəlzələnin gücü 4 bal səviyyəsində olub. Sunami təhlükəsi elan edilməyib. Yaponiya Meteorologiya Agentliyi yaxın günlərdə 4 bal gücündə təkrar zəlzələnin baş verəcəyi barədə xəbərdarlıq edib.xeber100.com

May 17, 2016 12:04

“RİA Novosti”nin verdiyi məlumata görə…

Bu gün axşam saatlarında Vyanada Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək. “RİA Novosti”nin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey lavrov Minskdə jurnalistlərə açıqlamasında bildirib ki, öncə Con Kerri ilə ikitərəfli görüş olacaq, sonra isə Suriyaya dəstək beynəlxalq qrupun görüşü keçiriləcək. Qeyd edək ki, isə Suriyaya dəstək beynəlxalq qrupunun nazirlər səviyyəsindəki görüşü sabah Vyanada baş tutacaq.xeber100.com

May 16, 2016 1:57

“Böyük Yeddiliy”in təhsil nazirləri Yaponiyada bir araya gəliblər

“Böyük Yeddiliy”in təhsil nazirləri mayın 14-də Yaponiyanın qərbində yerləşən Okayama prefekturasının Kuraşiki şəhərində ikigünlük görüşə toplaşıblar. Görüşə Yaponiyanın təhsil, mədəniyyət, idman, elm və texnika naziri Hiroşi Hase sədrlik edir. Salamlama nitqi ilə çıxış edən yapon nazir bildirib ki, özündə gələcəyə investisiyanı əks etdirən təhsil uzun əsrlər ərzində cəmiyyətin həyatında mühüm rol oynayıb. İki gün davam edəcək görüş ərzində nazirlər beynəlxalq ictimaiyyətin yoxsulluq, gənclər arasında işsizlik, terrorizm və digər problemlər də daxil olmaqla qarşılaşdığı təhdidlərə qarşı mübarizədə təhsilin rolu ilə bağlı müzakirələr aparacaqlar.xeber100.com

May 15, 2016 1:11

Finlandiyada arxeoloji qazıntılar qiymətli tapıntı ilə nəticələnib

Finlandiyanın cənubunda yerləşən Hyameenkoski icmasında arxeoloji qazıntılar qiymətli tapıntı ilə nəticələnib. Yerin təkində vikinqlər dövrünə aid böyük dəfinə aşkar edilib. Burada Bizans İmperatorluğuna və germanlara məxsus üç yüzdən çox gümüş sikkə tapılıb. Mütəxəssislərin hesablamalarına görə, tapılan pul ehtiyatının təqribən min il yaşı var. Hazırda bu, vikinqlərin Finlandiya ərazisində tapılan ən böyük dəfinəsidir. Tədqiqatçılar qeyd edirlər ki, sikkələrin çəkisi artdıqca, onların dəyəri də çoxalır. Sikkələrin çox yaxşı qalması da bu tarixi tapıntının qiymətini artırır, çünki həm arxeoloqların öyrənməsi üçün yaxşı obyekt, həm də dəyərli eksponatdır.xeber100.com

May 14, 2016 2:24

NATO rəsmilərinin azərbaycanlılarla görüşləri təşkil olunacaq

“Gürcüstanda yaşayan azərbaycanlılar, o cümlədən digər etnik xalqların nümayəndələri mütləq NATO, Avropa İttifaqı və avrointeqrasiya barədə informasiyaları əldə etməlidirlər. Təəssüf ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün NATO haqqında kifayət qədər ədəbiyyat yoxdur. Bu, indi bizim üçün problemdir”.Apa-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən NATO İnformasiya Mərkəzinin yeni rəhbəri Ketevan Çaçava bildirib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan əhali, xüsusilə azərbaycanlılar üçün Azərbaycan və rus dillərində ədəbiyyat nəşr olunmalıdır: “Gürcüstanda azərbaycanlılar və digər millətlərin nümayəndələri NATO, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların fəaliyyəti barədə geniş məlumata sahib olmalıdırlar. İndi bu bizim yeni siyasətimizdir. Biz azərbaycanlıların yaşadığı bölgələrə rusdilli beynəlxalq ekspertlər qrupunu və NATO rəsmilərini dəvət edəcəyik, onların əhali ilə görüşlərini təşkil edəcəyik. Rəsmilər sualları cavablandıracaq və digər vacib məsələlərdən danışacaq, NATO-ya aid ətraflı məlumat verəcəklər”.xeber100.com

May 13, 2016 3:37

Braziliya parlamenti Dilma Rusefin hakimiyyətdən kənarlaşdırılmasına səs verib

Braziliya parlamentinin yuxarı palatası - Senat ölkə prezidenti Dilma Rusefin hakimiyyətdən kənarlaşdırılmasına səs verib. Apa-nın RBK-ya istinadən yaydığı xəbərə görə,  55 senator qərarın lehinə, 22-si isə əleyhinə səs verib. Bununla da prezidentin impiçmenti proseduru yekunlaşıb. Braziliya prezidenti Senatın yekun qərarı barədə rəsmən məlumatlandırılacaq. Onun büdcə pozuntuları ilə əlaqədar mühakimə olunacağı gözlənilir. Məhkəmənin davam etdiyi müddətdə prezident səlahiyyətlərini vitse-prezident Mişel Temer icra edəcək.xeber100.com

May 13, 2016 3:31

Avropa parlamenti qətnamə qəbul edib

Avropa Parlamenti Krım tatarları ilə bağlı qətnamə qəbul edib.  “112.ua” saytının verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin saytında yer alan xəbərdə deyilir. Qətnamədə “Krım Ali Məhkəməsi”nin 26 aprel, 2016-cı il tarixli qərarı qəti şəkildə pislənilir və bu qərarın Krım tatarlarının sistemli, məqsədyönlü təqib edilməsi, onların tarixi torpaqları olan Krımdan qovulmasına istiqamətləndiyi üçün ləğvi tələb olunur. Bundan başqa, Avropa Parlamenti Rusiyanı yarımadada vətəndaşları məhkəmə özbaşınalığından, inzibati tədbirlərdən qorumağa və hakimiyyət orqanları tərəfindən insan haqlarının pozulması hallarını araşdırmağa çağırıb. Qətnamədə, həmçinin, Krımın Rusiya tərəfindən ilhaqı pislənilir, Ukraynanın suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə dəstək ifadə edilir. Bundan başqa, deputatlar Avropa İttifaqını hazırda sürgündə olan Məclisin fəaliyyəti üçün maliyyə yardımı ayırmağa, habelə Krımda fəaliyyət göstərən hüquq müdafiəçilərinə ayrılan maliyyəni artırmağa çağırıblar.xeber100.com

May 13, 2016 3:27

Parisdə keçirilmiş aksiyada 12 min nəfər iştirak edib

Parisdə polis etiraz aksiyasını dağıtmaq üçün Əmək Məcəlləsinə dəyişikliklərin edilməsinin əleyhinə çıxış edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Apa-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, aksiya zamanı iğtişaş baş verib. Analoji insident Marseldə təşkil olunmuş etiraz aksiyasında da baş verib.Qeyd edək ki, Parisdə keçirilmiş aksiyaya 12 min etirazçı qatılıb. Qarşıdurma zamanı etirazçılar polis əməkdaşlarına “Molotov kokteyləri” atıblar.xeber100.com

May 13, 2016 3:20
    Page 276 of 299« First«...102030...274275276277278...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az