Rusiya nüvə silahsızlaşdırılmasında maraqlı olduğunu kifayət qədər nümayiş etdirmir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Yaponiyaya səfəri ərəfəsində NHK telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Qeyd edək ki, 26-27 may tarixlərində Tokioda “Böyük Yeddilik” sammiti keçiriləcək. ABŞ prezidenti xatırladıb ki, hakimiyyətdə olduğu dövrdə Moskva ilə hücum silahlarının azaldılması haqqında (HSA-3) yeni sazişin imzalanmasına müvəffəq olub. Onun sözlərinə görə, bu saziş hər iki dövlətin nüvə potensialının azaldılmasına imkan yaradıb. “Düşünürəm ki, biz daha irəli gedə bilərik. Lakin Rusiya bu məsələdə daha böyük iş görməkdə maraqlı olduğunu nümayiş etdirməyib”, - deyə Obama qeyd edib. ABŞ prezidenti 1945-ci ildə Xirosimaya endirilən nüvə zərbəsinə görə üzr istəmək fikrində olmadığını bildirib. “Hər bir rəhbər, xüsusilə, müharibə dövründə, çox çətin qərarlar verir”, - deyə Obama qeyd edib.xeber100.com