05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Gürcüstan “Avropa ailəsi” istiqamətində addımlayır…

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə Opera və Balet Teatrında Avropa Gününə həsr olunmuş tədbirdə Gürcüstanın “Avropa ailəsi” istiqamətində addımladığını bildirib. APA-nın məlumatına görə, G. Marqvelaşvilinin çıxışı rəsmi saytında yerləşdirilib. Marqvelaşvili deyib ki, Gürcüstan 25 il əvvəl azad olmaq üçün müstəqillik qazanıb, hələ də bu istiqamətdə addımlayır: “Bizim dəyərlərimiz və Avropa cəmiyyətinin dəyərləri eynidir. Cəmiyyət və ölkənin siyasi rəhbərliyi “Avropa ailəsi” istiqamətində dəqiq və qətiyyətli addımlar atır. “Gürcüstan Avropa İttifaqının üzvü olacaq, mən buna əminəm”.xeber100.com

May 9, 2016 12:03

“Novosti-Kazaxstan” agentliyinin xəbərinə görə,

Qazaxıstanın Almata şəhəri və Almata vilayətində 9-10 may tarixlərində sel və subasmaya səbəb ola biləcək fırtına ilə bağlı xəbərdarlıq edilib. “Novosti-Kazaxstan” agentliyinin verdiyi məlumata görə, bu barədə Almata şəhər Fövqəladə hallar departamenti məlumat yayıb. Xəbərdarlıqda qeyd edilib ki, 9-10 may tarixlərində leysan yağışların Almata vilayətindəki çaylarda sel təhlükəsi yaradacağı proqnozlaşdırılır. xeber100.com

May 8, 2016 9:38

“Sky News Arabia” telekanalının verdiyi məlumata görə…

Səudiyyə Ərəbistanı neft sahəsində hazırkı siyasətini davam etdirmək niyyətindədir. “Sky News Arabia” telekanalının verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri Haled Əl-Faleh bəyan edib. H. Əl-Faleh Səudiyyə Ərəbistanının müştərilərinin neftə ehtiyaclarını qarşılamaq sahəsində liderliyini qoruyacağını vurğulayıb. Qeyd edək ki, kral Salman Səudiyyə Ərəbistanı hökumətinin tərkibində böyük dəyişiklik edib və səhiyyə naziri olan H. Əl-Faleh energetika, sənaye və mineral resurslar naziri təyin edilib. Ancaq Əl-Faleh əvvəllər Səudiyyə Ərəbistanının “Aramco” neft şirkətinin rəhbəri də olub.xeber100.com

May 8, 2016 9:15

5,7 bal gücündə zəlzələ baş verib

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. TASS agentliyinin verdiyi məlumata görə, yeraltı təkanların episentri San-Patrisio şəhərindən 114 km cənub-qərbdə, ocağı isə 13 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

May 7, 2016 7:12

Qızıl meydanda hərbi paradın hazırlıq prosesi…

Moskvada Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibətilə təşkil olunacaq hərbi paradın baş məşqi keçirilib. RİA "Novosti”nin verdiyi məlumata görə, təntənəli mərasim üçün son məşq Qızıl meydanda yerli vaxtla saat 10:00-da başlayıb. Məşqdə 10 min hərbçi, 135 döyüş maşını, 100-dən çox uçuş aparatı iştirak edib. Yürüşə Quru Qoşunları komandanı, general-polkovnik Oleq Salyukov komandanlıq edib, müdafiə naziri Sergey Şoyqu isə məşqi qəbul edib.xeber100.com

May 7, 2016 7:00

“Airbus 330-200” təyyarəsi güclü hava burulğanına düşüb

“Hong Kong Airlines” aviaşirkətinə məxsus təyyarə güclü hava burulğanına düşüb. thestar.com saytı xəbər verir ki, İndoneziyanın Denpasar şəhərindən Honkonqa uçan “Airbus 330-200” təyyarəsi Malayziyanın Boneo adası üzərində olarkən güclü hava burulğanına düşüb. Hadisə nəticəsində 17 nəfər xəsarət alıb. Qeyd edək ki, təyyarənin göyərtəsində 204 sərnişin və 12 ekipaj üzvü olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib və onlardan 5-i artıq xəstəxanadan buraxılıb.xeber100.com

May 7, 2016 1:49

İrlandiyanın Stomatoloji Assosiasiyasının məlumatına görə…

İrlandiyanın nüfuzlu ictimai təşkilatı sayılan Stomatoloji Assosiasiyasının məlumatına görə, şəkərə vergi tətbiq olunması “uşaqların karies xəstəliyindən azad olmasına ağlagəlməz dərəcədə təsir göstərəcək”. Həmin məlumata görə, dişlərdə karies yaranmasının qarşısının alınması hərtərəfli yanaşma tələb edir. Vergilər.az saytı bildirir ki, təşkilat qazlı alkoqolsuz içkilərlə bağlı yeni qanun tətbiq olunmasından əlavə, bu içkilərin üzərində şəkərin miqdarı barədə xəbərdarlıq qeydlərinin olmasını dəstəkləyəcəyini də vurğulayıb. Assosiasiya bəyan edib ki, şirkətlər bu vergini tarazlaşdırmaq üçün digər ərzaq məhsullarının da qiymətini artıra bilərlər.xeber100.com

May 7, 2016 1:11

“Vedomosti” qəzeti yazır…

Bu ilin ilk rübündə 2015-ci ilin eyni dövrü ilə müqayisədə Rusiya təbii qazının qiymətlərinin 50 faiz azaldığı açıqlanıb. Rusiyanın “Vedomosti” qəzeti Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsaslanaraq cari ilin birinci rübündə Almaniyanın sərhəd bölgəsində Rusiya qazının 2015-ci ilin eyni dövrünə görə 50,2 faiz azalaraq 1000 kubmetr qaz üçün 167,6 dollara düşdüyünü xəbər verib. Bu ilin martında isə təbii qazın müqavilə orta qiymətlərinin fevral ayı ilə müqayisədə 14,6 faiz azalaraq 100 kubmetr qaz üçün 147,2 dollar olub. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Avropa bazarında Rusiya qazının qiymətlərinin ucuzlaşmasına əsas səbəb kimi 2015-ci ildən etibarən neft qiymətinin aşağı düşməsini göstərirlər.xeber100.com

May 7, 2016 12:52

RİA Novosti-nin məlumatına görə…

Şotland Milli Partiyası (SNP) regionun parlament seçkilərində üçüncü dəfə ardıcıl olaraq inamlı qələbə qazansa da, parlament çoxluğunu əldə saxlaya bilməyib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Şotlandiyanın birinci naziri Nikola Stercenin liderlik etdiyi SNP parlamentdə 129 yerdən 63-nə sahib çıxıb. Eyni zamanda, mühafizəkarlar 31, leyboristlər isə cəmi 24 mandat əldə edə bilib. Nəticədə SNP parlamentdə 6 yer, leyboristlər 13 yer itirib, mühafizəkarlar isə əksinə, əlavə 16 yer qazanmağa nail olub. Qeyd edək ki, mayın 5-də İngiltərə əhalisi yerli hakimiyyət orqanlarının 2747 nümayəndəsini seçib. Paralel olaraq 36 dairədə polisin fəaliyyətinə nəzarət edən idarə başçılarının seçkiləri keçirilib. Birləşmiş Krallığın digər hissələrində isə parlament seçkiləri baş tutub. Şotlandiyada parlamentin 129 deputatı, Uelsdə 60 regional parlament nümayəndəsi, Şimali İrlandiyada məclisin 108 üzvü, London, Bristol, Liverpul və Solford şəhərlərində isə merlər seçilib.xeber100.com

May 7, 2016 12:45

“İlin siyasətçisi” London şəhərinin meri seçildi

Britaniyanın Leyboristlər Partiyasından olan Sadiq Xan Mühafizəkarlar Partiyasından Tori Zac Qoldsmitə 10 faizdən artıq səs çoxluğu ilə qalib gələrək London şəhərinin meri seçilib. Beləliklə, S.Xan London şəhərinin ilk müsəlman meri olub. Əslən pakistanlı olan 46 yaşlı S.Xan ixtisasca hüquqşünasdır. 2009-2010-cu illərdə nəqliyyat naziri işləyən yeni mer 2013-cü və 2015-ci illərdə Britaniyada müsəlmanlar arasında “İlin siyasətçisi” adına layiq görülüb.xeber100.com

May 7, 2016 12:31
    Page 278 of 299« First«...102030...276277278279280...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az