23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Süddeutsche Zeitung” qəzeti yazır…

Avropa Komissiyasının rəhbərliyində ABŞ və Avropa İttifaqı (Aİ) arasında Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİP) haqqında müqavilənin yaxın gələcəkdə ümumiyyətlə imzalanacağına ciddi şübhələr var. “Süddeutsche Zeitung” qəzeti yazır ki, Aİ-nin yüksək rütbəli nümayəndəsində istinadla bildirilib ki, sazişin artıq 2016-ci ildə imzalanmasını təmin etmək üçün ABŞ çox az səy göstərir.Aİ nümayəndəsinin sözlərinə görə, ABŞ, Almaniya və Fransada seçkilər ilə əlaqədar yaranan fasilə 2017-ci ilin sonuna qədər uzana bilər, o zaman azad ticarət zonasına dair danışıqlara qayıtmaq çətin olacaq. Qəzetin qeyd etdiyi kimi, avropalılar müqavilənin mətni haqqında məlumatın sızmasına ABŞ-ın reaksiyasından da ehtiyatlanırlar. Belə ki, amerikalılar həmişə danışıqların ciddi məxfiliyinin tərəfdarı olublar.“Greenpeace” ekoloji təşkilatı dünən TTIP üzrə aparılan danışıqlar barədə əlinə keçən sənədləri yayıb. ABŞ hökuməti bu sızmaya nümayişkaranə surətdə laqeyd qalıb. ABŞ Prezidentinin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, Amerika rəsmiləri bu faktdan bir o qədər xüsusi narahatlıq keçirmirlər.xeber100.com

May 4, 2016 1:57

Fransız mədəniyyətinə həsr olunmuş sərgi açılıb

Kubanın paytaxtı Havanada dünya şöhrətli modelyer və fotoqraf Karl Laqerfeldin “Work in Progress” və ya Kuba dilində “Obra en Proceso” adlı fotosərgisi açılıb. buro247.az  xəbər verir ki, mayın 12-dək davam edəcək sərgi Kubada fransız mədəniyyəti ayına həsr olunub. Sərginin ekspozisiyasında moda, memarlıq, peyzaj kimi müxtəlif mövzularda 200-dək sənət əsəri yer alıb. İyun ayında isə Florensiyada keçiriləcək “Pitti Uomo” layihəsi çərçivəsində Karl Laqerfeldin “Visions of Fashion” adlı retrospektiv sərgisi açılacaq.xeber100.com  

May 4, 2016 1:52

“Gazeta.ru”nun verdiyi xəbərə görə…

Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror qruplaşmasını  dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib.  "Gazeta.ru”nun verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında  həyata keçirilib. Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin bir neçə rayondan hücumlardan əvvəl təxliyə olunması və s.  Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.xeber100.com  

May 4, 2016 1:36

“Vilayət-95” irimiqyaslı təlimlərin 2017-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub

İran Hərbi-Dəniz Qüvvələri cari ildə  (İranda yeni təqvim ili martın 21-dən başlayır) 20 təlim keçirəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Hərbi-Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibulla Səyyari bildirib.  “İran Hərbi-Dəniz Qüvvələri raket buraxılışı, sualtı qüvvələrin təlimləri, hərbi-dəniz kəşfiyyatı daxil olmaqla cari ildə 20 xüsusi təlim keçirəcək. İlk təlimlərə artıq gələn ay start veriləcək. Təlim çərçivəsində hərbi gəmilərin şəxsi heyətləri elektron müharibə sahəsində biliklərini təkmilləşdirəcəklər”, - deyə kontr-admiral qeyd edib.  Səyyari qeyd edib ki, “Vilayət-95” irimiqyaslı təlimlərin 2017-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub. "Baxmayaraq ki, ABŞ Fars körfəzində İranın hərbi qüvvəsinin artırılmasında maraqlı deyil, onlar bilməlidirlər ki, bu bölgədə qüvvələrimiz kifayət qədərdir və biz orada təlimlərimizi keçiririk. Bu məsələnin onlara heç bir aidiyyəti yoxdur”, - deyə Həbibulla Səyyari bildirib. xeber100.com  

May 4, 2016 1:32

Rusiya 3 yeni diviziya yaradır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bu ilin sonuna qədər 3 yeni diviziyanın yaradılacağını bəyan edib.Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni diviziyalardan 2-si Qərb, 1-i Cənub hərbi dairəsində yaradılacaq. “Müdafiə Nazirliyi tərəfindən NATO-nun Rusiya sərhədlərində möhkəmlənməsinə qarşı bir sıra tədbirlər görülür. Bu ilin sonuna kimi Qərb və Cənub hərbi dairələrində 3 yeni diviziya formalaşdırılacaq. Hazırda dislokasiya yerlərinin yaradılması prosesi gedir”, - deyə nazir qeyd edib.  

May 4, 2016 12:45

Türkiyə Aİ ölkələr üçün viza rejiminin aradan qaldırılması barədə qərar qəbul edib

Türkiyə hökuməti Avropa İttifaqına üzv ölkələr üçün viza rejiminin aradan qaldırılması barədə qərar qəbul edib. apa-nın  məlumatına görə, qərar hökumətin rəsmi orqanı olan “Resmi Gazete”də çap olunub. Qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək. Avropa Komissiyası Türkiyənin bu addımını alqışlayıb. Komissiyanın nümayəndəsi Marqaritis Sxinasın sözlərinə görə, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.xeber100.com

May 3, 2016 3:54

“Dəniz ovçusu” adlı tam avtomatlaşdırılmış gəminin sınaqları başlayıb

ABŞ-da “Dəniz ovçusu” adlı tam avtomatlaşdırılmış gəminin sınaqları başlayıb.Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, robot-gəmi sınaqdan uğurla keçərsə, 5 ildən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil ediləcək. Üç aya qədər müstəqil şəkildə fəaliyyət göstərə bilən gəmi dənizdə növbə çəkmək üçün nəzərdə tutulub. Özü idarə olunan robot-gəminin uzunluğu 40 metrdir. Gözlənilməz vəziyyətlərin yarana biləcəyi nəzərə alınaraq, sınaqların ilkin mərhələsındə gəminin göyərtəsində ekipaj yerləşdiriləcək.xeber100.com  

May 3, 2016 12:19

Qırğızıstan mətbuatının məlumatına görə…

Qırğızıstanın Cəlalabad vilayətinin Almaluu Bulak kəndində güclü torpaq sürüşməsi baş verib. Nəticədə bir nəfər həlak olub. Torpaq altında qalan bir neçə nəfəri isə xilas etmək mümkün olub. Qırğızıstan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, son bir neçə gündə bu ərazidə iki torpaq sürüşməsi qeydə alınıb. Yeni torpaq sürüşməsi təhlükəsi qaldığından kəndin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edilib. Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov bildirib ki, kənddə yaşayan təxminən 80 ailənin köçürülməsinə başlanılıb. O deyib ki, dövlət yeni evlərin tikintisi üçün vəsait ayıracaq.xeber100.com  

May 3, 2016 12:11

İspaniyanı yenə də köhnə hökumət idarə edəcək

Ötən ilin sonunda keçirilən seçkilər nəticəsində formalaşmiş İspaniya parlamenti mayın 3-də buraxılacaq. Bu parlament ötən müddət ərzində yeni hökuməti qura bilmədi və konstitusiya ilə ayrılmış vaxt artıq başa çatdı. Parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin yekdil fikri bundan ibarətdir ki, təkrar parlament seçkiləri üçün ən uğurlu tarix iyun ayının son bazar günü - 26-dır. Seçkilərin daha sonraya saxlanılması yay mövsümünə görə seçicilərin əksəriyyətinin seçki məntəqələrinə gəlməməsi riskini artıra bilər. Bu, o deməkdir ki, yeni parlament formalaşana və onun yeni hökumət quracağı vaxtadək İspaniyanı yenə də Mariano Raxoyun rəhbərlik etdiyi köhnə hökumət idarə edəcək. Baş nazir funksiyalarını müvəqqəti icra edən M.Raxoy və kabinetin digər üzvləri isə ölkədə ciddi islahatlar apara, yeni qanunlar çıxara bilməzlər. Onlar yalnız cari idarəetməni həyata keçirə bilərlər. Parlamentin kiçik hissəsi seçkilərə qədər saxlanılacaq. Onların da əsas funksiyası məhz yeni seçkiləri hazırlamaq və keçirilməsinə nəzarət etmək olacaq.xeber100.com  

May 3, 2016 12:06

19 sənəd imzalanıb…

İran və Cənubi Koreya arasında 19 sənəd imzalanıb.apa-nın Tehran bürosunun məlumatına görə, sənədlər bu gün iki ölkə prezidentlərinin iştirakı ilə müvafiq qurum rəhbərləri tərəfindən imzalanıb. İmzalanan sazişlər neft, qaz, neft-kimya, yük daşımaları, nəqliyyat, limanların inkişaf etdirilməsi, iqtisadiyyat, ticarət, səhiyyə və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Qeyd edək ki, Pak Kın He iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan (1962-ci il) sonra Tehrana səfər edən ilk Cənubi Koreya prezidentdir.xeber100.com  

May 2, 2016 3:16
    Page 280 of 299« First«...102030...278279280281282...290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az