10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İspaniyanı yenə də köhnə hökumət idarə edəcək

Ötən ilin sonunda keçirilən seçkilər nəticəsində formalaşmiş İspaniya parlamenti mayın 3-də buraxılacaq. Bu parlament ötən müddət ərzində yeni hökuməti qura bilmədi və konstitusiya ilə ayrılmış vaxt artıq başa çatdı. Parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin yekdil fikri bundan ibarətdir ki, təkrar parlament seçkiləri üçün ən uğurlu tarix iyun ayının son bazar günü - 26-dır. Seçkilərin daha sonraya saxlanılması yay mövsümünə görə seçicilərin əksəriyyətinin seçki məntəqələrinə gəlməməsi riskini artıra bilər. Bu, o deməkdir ki, yeni parlament formalaşana və onun yeni hökumət quracağı vaxtadək İspaniyanı yenə də Mariano Raxoyun rəhbərlik etdiyi köhnə hökumət idarə edəcək. Baş nazir funksiyalarını müvəqqəti icra edən M.Raxoy və kabinetin digər üzvləri isə ölkədə ciddi islahatlar apara, yeni qanunlar çıxara bilməzlər. Onlar yalnız cari idarəetməni həyata keçirə bilərlər. Parlamentin kiçik hissəsi seçkilərə qədər saxlanılacaq. Onların da əsas funksiyası məhz yeni seçkiləri hazırlamaq və keçirilməsinə nəzarət etmək olacaq.xeber100.com  

May 3, 2016 12:06

19 sənəd imzalanıb…

İran və Cənubi Koreya arasında 19 sənəd imzalanıb.apa-nın Tehran bürosunun məlumatına görə, sənədlər bu gün iki ölkə prezidentlərinin iştirakı ilə müvafiq qurum rəhbərləri tərəfindən imzalanıb. İmzalanan sazişlər neft, qaz, neft-kimya, yük daşımaları, nəqliyyat, limanların inkişaf etdirilməsi, iqtisadiyyat, ticarət, səhiyyə və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Qeyd edək ki, Pak Kın He iki ölkə arasında diplomatik əlaqələr qurulduqdan (1962-ci il) sonra Tehrana səfər edən ilk Cənubi Koreya prezidentdir.xeber100.com  

May 2, 2016 3:16

NATO-nun “Spring storm” təlimləri başlayır

Bu gün Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun “Spring storm” təlimləri başlayır. TASS agentliyinin verdiyi məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcək. Manevrlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək.  Təlimlərə həmçinin Polşadan Su-22 qırıcı-bombardmançı təyyarələri, ABŞ-dan isə F-15 qırıcıları, CH-47 Chinook hərbi-nəqliyyat helikopterləri və özündə həm təyyarənin, həm də vertolyotun xüsusiyyətlərini birləşdirən Bell V-22 Osprey konvertoplanları cəlb ediləcək. Təlimlər mayın 19-dək davam edəcək.xeber100.com  

May 2, 2016 3:11

“The Sunday Times” yazır…

Şimali Koreyanın lideri Kim Çen In Əmək Partiyasının qurultayınadək ölkədə toy və yas mərasimlərinə qadağa qoyub.apa-nın  məlumatına görə, bu barədə “The Sunday Times” yazıb. “Bu addım təhlükəsizliyin möhkəmləndirilməsi və qurultayın nümunəvi şəkildə keçirilməsinə yönəlib”, rəsmi mənbələr bildirib. Qeyd olunur ki, paytaxt Pxenyan şəhərinə bütün giriş və çıxışlar bağlanacaq. Şimali Koreyada  son 36 ildə ilk dəfə Əmək Partiyasının qurultayı keçiriləcək. Hakim partiyanın sayca VII qurultayı mayın 6-a planlaşdırılıb.xeber100.com  

May 2, 2016 2:56

Nigeriya vergidən yayınanlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini bəyan edib

Nigeriyada federal hökumətin apardığı son yoxlama zamanı aşkar edilib ki, 363 min şirkət təsis olunduğu vaxtdan bu günədək heç bir vergi ödəməyib. Vergilər.az saytı bildirir ki, həmin şirkətlərin büdcədən yayındırdıqları vergilərin məbləği milyardlarla ölçülür. Hazırda Nigeriyada hökumətin prioritet vəzifələrindən biri büdcə kəsirinin doldurulması üçün şirkətləri vergiyə cəlb etməkdir. Vergidən yayındırılan məbləğlər büdcəyə ödənilərsə, neftin qiymətinin ucuzlaşması xammaldan asılı vəziyyətdə olan ölkənin iqtisadiyyatında ciddi şəkildə hiss olunmaz. Nigeriya hökuməti vergidən yayınanlara qarşı ciddi cəza tədbirlərinin görüləcəyini bəyan edib.xeber100.com

May 1, 2016 2:44

Kyodo informasiya agentliyinin məlumatına əsasən…

Yaponiya hökuməti yaxın vaxtlarda Filippinə beş ədəd “Beechcraft TC-90” hərbi-təlim təyyarəsi vermək niyyətindədir. Həmin təyyarələr hava müşahidəsi üçün radiolokasiya sistemi ilə təchiz olunublar. Bu barədə Kyodo informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, tərəflər arasında yekun razılaşma mayın 2-də Yaponiyanın müdafiə naziri Qen Nakatani ilə onun filippinli həmkarı Volter Qasmina arasında telefon danışığı zamanı əldə oluna bilər. “Beechcraft TC-90” təyyarələri Filippinin əvvəlcə əldə etmək istəyi “Р-3С Orion” gəmilər əleyhinə patrul təyyarəsinin əvəzinə veriləcək. Yaponiya hərbi texnikanı əvəzi ödənilmədən vermək hüququna malik olmadığına görə, təyyarələrin cüzi məbləğdə icarə haqqı ödənilməklə qarşı tərəfə veriləcəyi bildirilir. Beləliklə Yaponiya ilk dəfə olaraq hərbi texnikanı başqa dövlətə verəcək. Kyodo agentliyinin bildirdiyinə görə, bu addım Yaponiya hökumətinin Çinə təzyiqi artırmaq məqsədilə atılır. Həmin təyyarələr ərazi mübahisələrinin son vaxtlar xeyli kəskinləşdiyi Cənubi Çin dənizində patrul xidmətinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

May 1, 2016 2:35

Parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb

İranda keçirilən parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb. İranın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, 290 yerlik parlamentdə boş qalan 68 yer üçün aprelin 28-də təkrar seçki keçirilib. Seçkilərin nəticəsində boş qalan 68 yerin 38-ni prezident Həsən Ruhaninin tərəfdarları, 18 yeri mühafizəkarlar, 12 yeri isə müstəqil namizədlər qazandıblar.

May 1, 2016 2:22

TASS agentliyinin məlumatına görə…

Rusiya prezidenti Vladimir Putin bir sıra güc strukturlarında kadr dəyişiklikləri edib. TASS agentliyinin məlumatına görə, Rusiya İstintaq Komitəsi sədrinin birinci müavini  Vasiliy Piskaryev və İstintaq Komitəsi sədrinin müavini Yuriy Nırkov vəzifələrindən azad ediliblər. Cənub Dairəsinin nəqliyyat prokuroru Sergey Dmitriyev,  Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsində Nəqliyyat üzrə İdarəsinin rəisi Arkadi İvanov, Krım üzrə daxili işlər nazirinin müavini Dmitriy Neklyudov,  Fövqəladə Hallar Nazirliyinin Xakasiya Respublikası üzrə İdarəsinin  rəisi Aleksandr Nekrasov da vəzifələrindən azad ediliblər. Eyni zamanda Aleksandr Klaus 5 il müddətində İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin, Petr Krupen İstintaq Komitəsinin Kurqan vilayəti üzrə İstintaq İdarəsinin, Valeri Samodaykin İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsinin  Aleksandra Starikov İstintaq Komitəsinin Altay Respublikası üzrə İstintaq İdarəsinin rəhbərləri təyin ediliblər. V. Putin İqor Krasnovu isə Rusiya İstintaq Komitəsinin sədr müavini təyin edib.xeber100.com

May 1, 2016 2:16

1 May Əmək bayramı ilə əlaqədar aksiya keçirilib

Bu gün həmkarlar ittifaqlarının təşkilatçılığı ilə Moskvada Qızıl meydanda 1 May Əmək bayramı ilə əlaqədar aksiya keçirilib. “RİA Novosti” agentliyinin məlumatına görə, aksiyada 100 nəfərdən son insan qatılıb. Aksiyada Moskva meri Sergey Sobyanin, tələbələr, veteranlar, o cümlədən “Vahid Rusiya” və “Əmək İttifaqı” partiyalarının nümayəndələri iştirak ediblər. xeber100.com

May 1, 2016 1:51

Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin görüşü

Yaponiyanın qərbində yerləşən Kitakyuşu şəhərində G7 ölkələrinin energetika nazirlərinin iki günlük görüşü başlayıb. AzərTAC-ın verdiyi məlumata görə, nazirlər təbii sıxılmış qaz hasilatçılarını və ixracatçı ölkələri məhsulun qiymətinin artımına səbəb olan ticarət praktikasını dəyişmək çağırışı ilə bağlı müzakirələr də  aparacaqlar. Hazırda mövcud olan müqavilələrin əksəriyyəti təbii sıxılmış qazı üçüncü ölkələrə təkrar satmağa icazə vermir. Eyni zamanda G7 ölkələri nazirlərinin ehtiyatların inkişafına investisiyaların yönəldilməsi məsələsini müzakirə edəcəyi də bildirilir. İlk günündə birgə naharın və mədəni proqramın nəzərdə tutulduğu toplantıda əsas müzakirələrin mayın 2-də aparılması nəzərdə tutulur.xeber100.com

May 1, 2016 1:45
    Page 282 of 301« First«...102030...280281282283284...290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az