05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Rusiya Dövlət Dumasının müzakirəsinə yeni qanun layihəsi təqdim olunub

Rusiya Dövlət Dumasının müzakirəsinə “Nəqliyyat vergisinin ləğvi ilə bağlı Rusiya Federasiyasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi təqdim olunub.Rusiya KİV-ləri xəbər verir ki, layihə ilə bağlı Maliyyə Nazirliyinin açıqlamasında nəqliyyat vergisinin regional vergi olduğu bildirilib. Həmçinin əlavə edilib ki, bu vergi neft məhsullarından tutulan aksiz vergiləri ilə birlikdə yol fondlarının əsas mənbələrindəndir.Hər bir region bu verginin dərəcəsini, eləcə də yığım qaydalarını və müddətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bununla yanaşı, nəqliyyat vergisinin müəyyənləşdirilməsi zamanı federasiya subyektləri vergi güzəştləri tətbiq edə bilirlər.Açıqlamada qeyd edilib ki, nəqliyyat vergisinin ləğvi yol fondlarının yaradılmasına yönəldilən regional büdcələrə daxilolmaların azalmasına gətirib çıxaracaq ki, bu da federal büdcədən müvafiq kompensasiyaların ayrılmasını tələb edəcək.xeber100.com

Avqust 28, 2020 1:13

Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasında

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 760 yoluxma qeydə alınıb. Bu rəqəm COVID-19 infeksiyası Hindistanda yayılmağa başlayandan bəri gündəlik ən yüksək göstəricidir.Azərtac Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 310 min 234 nəfərə çatıb. Ötən sutka ərzində ölkədə COVID-19 səbəbindən 1023 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 60 mini ötüb.Nazirlik hazırda 725 min xəstənin müalicə aldığını açıqlayıb.Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.xeber100.com

Avqust 27, 2020 11:39

İsrail hökuməti əmlak alışına verginin artırılmasını ləğv edib

Bir müddət əvvəl İsraildə daşınmaz əmlakın satın alınması üçün verginin dərəcəsi artırılaraq 8 faizə qaldırılmışdı.Xarici KİV-lər xəbər verir ki, Knesset – ölkə parlamenti maliyyə naziri İsrail Katsın mənzillərin satın alınmasına tətbiq olunan verginin dərəcəsinin artırılmasının ləğvi barədə təklif etdiyi qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.Parlamentdə bu təkliflə yanaşı, koronavirusun nəticələrinə qarşı mübarizə məqsədi daşıyan iqtisadi proqram da qəbul edilib.Maliyyə Nazirliyi investisiya məqsədli əmlakın satın alınması ilə bağlı vergilərin dərəcəsini aşağı salmaqla investorları ölkəyə qaytarmaq niyyətindədir. Bununla belə, bu addımın atılması mənzillərin bahalaşmasına və aztəminatlı ailələr üçün əlavə çətinlik yaranmasına yol açdığına görə kəskin tənqid olunur.Hazırda İsraildə mənzillərin qiyməti böhrandan əvvəlki səviyyədədir.xeber100.com

Avqust 26, 2020 12:51

Ukraynada karantin rejiminin tələbləri dəyişdirilib

Ukraynanın Səhiyyə Nazirliyi COVID-19 pandemiyası dövründə məktəblərdə təlim-tədris qaydalarını yeniləyib. Nazirlik dəyişiklikləri beynəlxalq tərəfdaşlar və müəllimlərlə müzakirə edib.Azərtac xəbər verir ki, bunu Səhiyyə naziri Maksim Stepanov brifinqdə bildirib.Qaydalara əsasən, I-IV sinif şagirdləri üçün məktəblərdə hərəkət maskasız və ya respiratorsuz olacaq. Narıncı zonalarda müəllimlərə “üz sipəri”ndən istifadə etmək, sarı və yaşıl zonalarda isə yalnız sosial məsafəyə riayət etmək tövsiyə olunur. Bir şagirdin koronavirusa yoluxacağı təqdirdə, bütün sinif özünü təcrid etməlidir.Dispenserlər və antiseptiklər yalnız girişdə olmalı, gələcəkdə şagirdlər və müəllimlər hər dərsdən sonra əllərini yumalıdırlar.xeber100.com

Avqust 25, 2020 2:07

Gömrük vergisinin azaldılması barədə saziş imzalanıb

Avropa İttifaqı (Aİ) Komissiyasının ticarət məsələlərinə məsul üzvü Fil Hoqan və ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer gömrük vergisinin azaldılması ilə bağlı tərəflər arasında razılaşma əldə edilməsi barədə birgə açıqlama veriblər.Xarici KİV-lər xəbər verir ki, açıqlamada Aİ ilə ABŞ arasında qarşılıqlı ticarətdə gömrük vergiləri dərəcələrinin azaldılmasına təminat verən razılaşma paketini hər iki tərəfin qəbul etdiyi bildirilib.Bu sənədin 20 ildən artıq müddətdə Aİ ilə ABŞ arasında gömrük vergisinin dərəcəsinin aşağı salınması ilə bağlı ilk razılaşma olduğu vurğulanan açıqlamada Aİ-nin ABŞ-dan idxal edilən canlı və dondurulmuş xərçəngdən gömrük vergilərini geriyə tətbiq olunmaqla avqustun 1-dən 5 il müddətinə ləğv edəcəyi, ABŞ-ın da Aİ-dən idxal etdiyi hazır yeməklər, büllur əşyalar və alışqan kimi məhsullardan gömrük vergilərini 50 faiz azaldacağı bildirilib.Tərəflərdən hər biri üçün ildə təqribən 100 milyon dollarlıq məhsulu əhatə edəcək bu razılaşma son zamanlar gərginləşmiş münasibətlər fonunda simvolik əhəmiyyət daşıyan ilk addım kimi qiymətləndirilir.xeber100.com

Avqust 24, 2020 3:06

Latviya hökuməti peyvəndə cəlb olunacaq şəxsləri müəyyənləşdirib

Latviya hökuməti COVID-19 əleyhinə ilk olaraq peyvəndə cəlb olunacaq şəxsləri müəyyənləşdirib.“LETA” agentliyi xəbər verir ki, həmin şəxslərin sayı təxminən 800 min nəfər təşkil edir.İlk növbədə risk qrupuna aid vətəndaşlar − təqaüdçülər, xroniki xəstəliyi olanlar, sosial yardım mərkəzlərinin işçiləri və müştəriləri, habelə tibb işçiləri, operativ xidmət əməkdaşları və yüksək risk şəraitində çalışan digər insanlar peyvəndə cəlb olunacaq.Ümumdünya Səhiyyə Təşkilatı kollektiv immunitetin yaranması üçün əhalinin 20 faizini peyvəndə cəlb etməyi tövsiyə edir.xeber100.com

Avqust 23, 2020 1:57

Yaponiya parlamenti müzakirələrin onlayn aparılması imkanlarını araşdırır

Yaponiya parlamentinin yuxarı palatası müzakirələrin onlayn formatda aparılması imkanlarını araşdırır.Azərtac xəbər verir ki, yuxarı palatanın son iclasları zamanı koronavirus pandemiyasına görə, deputatlar müzakirələri əsas zalda, sosial məsafəni saxlamaq üçün bir-birindən aralı oturaraq aparıblar. Buna baxmayaraq, pandemiyanın yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərə ehtiyac olduğu da bildirilir. Belə ki, plenar iclasların onlayn formatda keçirilməsi təklif edilir.Bu məqsədlə artıq həmin formatın tətbiq olunduğu Böyük Britaniya və İspaniya parlamentlərinin təcrübəsinin öyrənilməsi qərara alınıb. Həmin ölkələrin parlamentlərində müzakirələr və səsvermə artıq onlayn formatda keçirilir.Bununla yanaşı, onlayn müzakirələrin təşkilinin qanunauyğunluğu da araşdırılır. Belə ki, Yaponiya Konstitusiyasına əsasən parlamentin həm yuxarı, həm də aşağı palatalarında plenar iclaslar yalnız deputatların üçdə ikisi qatıldığı halda keçirilə bilər.xeber100.com

Avqust 23, 2020 1:55

İraq, Misir, İordaniya liderlərinin üçtərəfli sammiti keçiriləcək

Gələn həftə Əmmanda Misir Prezidenti Əbdülfəttah əl-Sisi, İraqın Baş Naziri Mustafa Kazımi və İordaniya Kralı II Abdullanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı sarayının mətbuat xidməti məlumat yayıb.Məlumatda qeyd olunub ki, artıq üçüncü dəfə keçiriləcək sammitdə üç ölkə arasında iqtisadiyyat, ticarət və sərmayələr üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.Sarayın məlumatında bildirilib ki, əvvəlki sammitlərdə olduğu kimi, bu tədbirdə də Fələstin problemi diqqət mərkəzində olacaq. Bundan başqa, Liviya və Yəməndə münaqişələrin nizamlanması məsələləri də müzakirə ediləcək.Qeyd edək ki, liderlərin bundan əvvəlki sammitləri 2019-cu ildə Qahirədə və Nyu-Yorkda keçirilib.xeber100.com

Avqust 22, 2020 7:34

Virusa qarşı peyvəndin tədarükü barədə müqavilə imzalanıb

İndoneziya və Çin arasında virusa qarşı 40 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə peyvənd həmin Cənubi Asiya ölkəsinə noyabrdan başlayaraq göndəriləcək.Azərtac xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər naziri Retno Marsudi çinli həmkarı Van İ ilə görüşdən sonra keçirdiyi virtual mətbuat konfransı zamanı məlumat verib.Çinin “Sinovac Biotech Ltd.” şirkəti ilə İndoneziyanın “PT Bio Farma” şirkəti arasında imzalanan müqavilə barədə məlumat verən R.Marsudi deyib ki, sənədə əsasən 40 milyon doza peyvəndin 2020-ci ilin noyabrından 2021-ci ilin martınadək tədarükü barədə razılıq əldə edilib.Nazirin bildirdiyinə görə, peyvəndin əldə edilməsi ilə əlaqədar digər şirkətlərlə də müzakirələr aparılır. Bu, ümumi əhalisinin sayı 270 milyon nəfər olan İndoneziyaya kifayət qədər peyvənd əldə etmək imkanı qazandıracaq.Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, İndoneziyada koronavirusa yoluxanların sayı 147 min 211 nəfərə çatıb. Onlardan 6418-nin həyatını itirdiyi bildirilir.xeber100.com

Avqust 21, 2020 12:08

Avropa İttifaqı ticarət sanksiyaları tətbiq etməyə başlayıb

Avropa İttifaqı (Aİ) Kamboca dövlətinə qarşı ticarət sanksiyaları tətbiq etməyə başlayıb.Xarici KİV-lər xəbər verir ki, Aİ Komissiyasından Kambocada istehsal olunan geyim, ayaqqabı və çanta kimi mallardan əlavə gömrük vergisi tutulduğu bildirilib.Komissiyanın açıqlamasında bu sanksiyanın tətbiqi barədə qərarın Kambocada işçi və insan hüquqlarının pozulması ilə bağlı qəbul olunduğu səbəbindən verildiyi qeyd edilib.Kamboca indiyədək gömrük vergisindən azad olunmaq güzəştindən faydalanaraq Aİ ölkələrinə əhəmiyyətli həcmdə mal ixrac edirdi. Qərar qəbul ediləndən sonra isə Kambocanın Aİ ölkələrinə ixrac etdiyi malların əksəriyyətinə görə gömrük vergisinin tutulması həmin malların bazardakı qiymətinə ciddi təsir göstərəcək.xeber100.com

Avqust 20, 2020 1:46
    Page 43 of 299« First«...102030...4142434445...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az