Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı əsasında…

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Misir hökumətinin səyləri nəticəsində bu ölkənin ərazisindən Avropaya qeyri-leqal miqrasiya tamamilə dayanıb.Azərtac “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın Qahirədəki missiyasının rəhbəri Loren de Bok Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Həyat xilas edən qayıqlar” (“Life Saving Boats”) təşəbbüsü və misirli gənclər üçün yaradılan yeni iş yerləri sayəsində bu ölkənin vətəndaşlarının Avropaya qeyri-leqal missiyasının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, IOM bu sahədə Misir hökuməti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. “Misir hökumətinin səyləri nəticəsində bu 2016-cı ilədək minlərlə qanunsuz miqrantı əhatə edən bu göstərici artıq sıfıra enib”, -deyə təşkilatın nümayəndəsi əlavə edib.Qeyd olunub ki, Misir Prezidentinin göstərişinə əsasən Miqrasiya naziri Nabila Makram ölkənin Beheyra əyalətində qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı layihənin növbəti mərhələsini həyata keçirir. Prezident əs-Sisi ötən ilin dekabrında Şarm əl-Şeyxdə keçirilən Dünya Gənclər Forumunun bağlanış mərasimində Beynəlxalq İnsan Haqları Şurasının da bu sahədə Misirin səylərinə verdiyi yüksək qiyməti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Qahirə bu məsələdə Avropa İttifaqından heç bir yardım almayıb və bütün işləri öz vəsaiti hesabına görüb.xeber100.com

Yanvar 24, 2020 6:25

Dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunması təklif edilib

Yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə növbəti müraciətində ölkədə köklü dəyişikliklərin anonsu verilib.Rusiya lideri dövlət hakimiyyəti sisteminə əsaslı dəyişikliklər olunmasını təklif edib. Belə görünür ki, ölkədə prezident səlahiyyətləri azaldılacaq, əvəzində isə Federal Məclisin və Dövlət Şurasının səlahiyyətləri genişləndiriləcək.Vladimir Putin çıxışında bildirib ki, ölkədə yeni Konstitusiya qəbul edilməsinə ehtiyac yoxdur və ali qanunun bir neçə bəndinə dəyişikliklər olunması kifayətdir. Ekspertlərin fikrincə, Prezidentin təklifləri 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya ən əsaslı dəyişikliklər olacaq. Bəs bunlar hansı dəyişikliklərdir?Konstitusiya ölkənin hüquq məkanında prioritet təşkil etməlidir. Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.xeber100.com  

Yanvar 16, 2020 2:51