30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İtaliyanın hökuməti ölkə Prezidentinin iştirakı ilə and içib

Cüzeppe Kontenin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti ölkə Prezidenti Serco Mattarellanın iştirakı ilə and içib.Azərtac xəbər verir ki, Kvirinal sarayında baş tutan təntənəli mərasim İtaliyanın bütün televiziya kanalları vasitəsilə yayımlanıb.“Beş ulduz hərəkatı” və Demokratik partiya heyətində yeni parlament çoxluğuna söykənən hazırkı koalisiya kabineti 21 nazirdən ibarətdir (səkkizi portfelsiz) və onlardan 11-i “Beş ulduz hərəkatı”nı, səkkizi isə demokratik partiyanı təmsil edir. Hökumətdə “Beş ulduz hərəkatı” və “Liqa” partiyasından ibarət köhnə koalisiyadan cəmi iki nəfər - Ətraf Mühitin, Qurunun və Dənizin Mühafizəsi naziri Serco Kosta və Ədliyyə naziri Alfonso Bonafede təmsil olunur. Onların hər ikisi “Beş ulduz hərəkatı”nın üzvləridir. Bu partiyanın lideri, əvvəlki kabinetdə İqtisadi İnkişaf, Əmək və Sosial Siyasət Nazirliyinin rəhbəri vəzifəsini tutan Luici Di Mayo Xarici İşlər naziri təyin edilib. Son 20 il ərzində ilk dəfə olaraq Daxili İşlər Nazirliyinə qadın – Milana Luçana rəhbərlik edəcək.Bundan sonra hökumət parlamentin etimadını qazanmalıdır. Deputatlar palatası və Senat çox güman ki, sentyabrın 9-10-da bu məsələ ilə bağlı səsvermə keçirəcək.xeber100.com

Sentyabr 5, 2019 2:08

“The Times” qəzeti seçkilərdən yazır…

Böyük Britaniya əhalisinin təxminən üçdəbiri Brexitdən əvvəl erkən seçkilərin keçirilməsini dəstəkləyir.“The Times” qəzeti  xəbər verir ki, YouGov sosioloji xidmətinin araşdırmasına görə, erkən seçkilərin tərəfdarları əsasən gənclərdir.Qəzetin yazdığına görə, Böyük Britaniya sakinlərinin 35 faizi ölkədə erkən seçkiləri dəstəkləyir, respondentlərin 46 faizi isə belə təşəbbüsün əleyhinədir. 19 faiz respondent bu məsələ ilə bağlı tərəddüd edib. Seçkilərin əleyhinə çıxanlar yaşı 65-dən yuxarı sakinlərdir.Sorğu zamanı sosioloqlar onu da müəyyənləşdiriblər ki, ehtimallara görə, İngiltərə sakinlərinin təxminən 35 faizi toriləri dəstəkləyəcək, 25 faizi isə leyboristlərə səs verəcək. Liberal demokratlara dəstək olaraq sorğuda iştirak edənlər isə 16 faizi təşkil edə bilər. “Brexit” və “Yaşıl” partiyaları müvafiq olaraq 13 və 8 faiz səs almaq imkanına malikdirlər.xeber100.com

Sentyabr 4, 2019 2:58

Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub

“Skaysrapercenter” şirkətinin dünyada ən çox göydələni olan ölkələrə həsr olunmuş araşdırmasının nəticələrinə əsasən Birləşmiş Ərəb Əmirlikləri göydələnlərin sayına görə ilk beşliyə daxil olub. BƏƏ-nin Dubay şəhəri 464 göydələni ilə 5-ci yeri tutub.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində ilk sırada ABŞ-ın Nyu-York şəhəri yer alıb və bu şəhərdə 1548 göydələn var. İkinci sırada Çinin xüsusi inzibati bölgəsi Honkonq şəhəridir. Orada göydələnlərin sayı 922-dir. ABŞ-ın daha bir şəhəri - Çikaqo 566 göydələni ilə 3-cü sırada yer alıb. Kanadanın Toronto şəhərində isə 529 göydələn qeydə alınıb və bu şəhər siyahıda 4-cü sıranı tutub.xeber100.com

Sentyabr 2, 2019 8:38

Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə…

Daşkənddəki "Özbəkistan" Forumlar Sarayında Özbəkistanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Hökumətin, Senatın və Ali Məclisin üzvləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də mərasimə qatılıb.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək mərasim iştirakçılarını və ölkədə yaşayan xalqların nümayəndələrini təbrik edib, müstəqilliyin qazanılmasında ölkənin birinci Prezidenti İslam Kərimovun müstəsna xidmətlərinin olduğunu deyib. Prezident əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü işlər barədə də danışıb. Ş.Mirziyoyev iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələrdə aparılan islahatlarla bağlı məlumat verib, iqtisadiyyatın inkişafı üçün müəyyənləşdirilən beş prioritet istiqamətdən bəhs edib.xeber100.com

Avqust 31, 2019 10:03

Ukraynanın Ali Radasının yeni tərkibdə olan ilk iclasında

Ukraynanın Ali Radasının yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədri seçilib.Azərtac xəbər verir ki, Dmitri Razumkov böyük səs çoxluğu ilə Ukrayna parlamentinin sədri seçilib.D.Razumkov səsvermədən öncə çıxış edərək bildirib ki, Ukraynada korrupsiyaya, inhisarçılığa qarşı mübarizə, sosial vəziyyətin yaxşılaşdırılması, vətəndaşların hüquqlarının qorunması istiqamətində fəaliyyət gücləndiriləcək. Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizə davam etdiriləcək. Sonra D.Razumkov deputatların suallarını cavablandırıb.Qeyd edək ki, 35 yaşlı D.Razumkov hakim “Xalqın xidmətçisi” partiyasından deputat seçilib. O, Prezident Vladimir Zelenskinin seçki kampaniyasının rəhbərlərindən biri olub. İxtisasca iqtisadçıdır. Taras Şevçenko adına Kiyev Milli Universitetini bitirib.xeber100.com

Avqust 29, 2019 8:17

Almaniyada 5G texnologiyasını dəstəkləyən antena quraşdırılacaq

Cari ilin sonunadək Almaniyanın 100-dən artıq yerində 5G texnologiyasını dəstəkləyən 300-dək antena quraşdırılacaq.Azərtac xəbər verir ki, bu barədə “Deutsche Telekom”un Direktorlar Şurası bəyan edib. Şəbəkə ilin sonunadək Almaniyanın 20 iri şəhərini əhatə etməlidir.Cari ilin iyun ayının ortalarında yeni mobil standartının tezliyi üzrə satış hərraclarında “Deutsche Telekom”, “Vodafone”, “Telefonica” və “United Internet” şirkətləri iştirak ediblər.Bununla yanaşı, 5G şəbəkəsində Çinin “Huawei” telekommunikasiya konserninin avadanlığından istifadə olunması barədə qərar informasiya təhlükəsizliyi səbəbindən indiyədək qəbul edilməyib.xeber100.com

Avqust 28, 2019 2:42

Böyük Britaniya parlamenti fəaliyyətini dayandırıb

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib.Sky News telekanalına istinadla xəbər verir ki, Birləşmiş Krallığın hökumət başçısı parlament iclasının təxirə salınmasının İcmalar Palatası deputatlarının ölkənin Avropa İttifaqından sazişsiz çıxmasını blok etmələrinə mane olmaq üçün təşkil olunduğu barədə yayılan məlumatları təkzib edib.“Biz daxili gündəliyimizi reallaşdırmalıyıq və məhz bu səbəbdən kraliçanın taxt nitqinin oktyabrın 14-də baş tutacağını elan edirik”, - Boris Conson telekanalın efirində belə deyib.xeber100.com

Avqust 28, 2019 2:37

Əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Belarus ilə Türkiyə arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.Azərtac Belarus Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, avqustun 27-28-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Belarusa rəsmi səfəri başlayır. Səfər çərçivəsində Çavuşoğlu ilə belaruslu həmkarı Vladimir Makeemin geniş tərkibli görüşü olacaq.Türkiyə XİN rəhbərinin digər rəsmi şəxslərlə də görüşü nəzərdə tutulur.xeber100.com

Avqust 27, 2019 2:20

Ukrayna parlamenti yeni qanun layihəsi hazırlayır

Ukraynada Ali Radanın deputatlarının sayının azaldılmasına dair qanun layihəsi hazırlanır.Azərtac xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ali Radadakı nümayəndəsi Ruslan Stefançuk məlumat verib.“Bir müddətdir ki, qanun layihəsi üzərində işlənilir. Biz partiyamızın proqramına uyğun olaraq elan etdiyimiz məsələləri həyata keçirəcəyik. Artıq Konstitusiyada bir çox dəyişikliklərin ediləcəyini söyləyə bilərəm. Buraya həm deputatların sayının azaldılması, həm də deputat toxunulmazlığının ləğvi məsələləri də daxildir”, - deyə R.Stefançuk əlavə edib.xeber100.com

Avqust 26, 2019 2:11

Ukrayna dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə…

Ukrayna dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə ilk dəfə olaraq orta sinfə aid “Tsiklon-4” raketdaşıyıcısını sınaqdan keçirib.Azərtac yerli mətbuata istinadla xəbər verir ki, “Tsiklon-4” vasitəsilə peykləri hədəf nöqtəsinə buraxmaq mümkün olacaq. Sınaq uğurla həyata keçirilib, raketdaşıyıcısının bütün sistemləri normal işləyib.Ukraynalı mütəxəssislər bundan sonra “Tsiklon-4M” yeni raketdaşıyıcısının modelinin hazırlıqlarına başlayacaq.xeber100.com

Avqust 25, 2019 11:09
    Page 70 of 301« First«...102030...6869707172...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az