30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Beynəlxalq elmi tədqiqat çərçivəsində kliniki sınaqlar aparılacaq

Koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqat çərçivəsində Avstriyanın Zaltsburq əyalətində də kliniki sınaqlar aparılacaq.Azərtac xəbər verir ki, bu barədə Zaltsburq əyalət klinikalarının sözçüsü Volfqanq Fürveqer məlumat verib. Qeyd edilib ki, sentyabrın 27-dək 18-55 yaş arasında sağlam şəxslər kliniki sınaqda könüllü iştirak üçün müraciət edə bilərlər.13 aylıq dövrü əhatə edən tədqiqatlar zamanı peyvənd maddəsinin təsir gücü və mümkün yan təsirləri araşdırılacaq. Peyvənd dozası vurulan könüllülər iki həftə nəzarət altında olacaqlar və bu müddətdə peyvəndin təhlükəsizliyi öyrəniləcək. Müddətin sonunda könüllülərin orqanizmində immunitetin səviyyəsi də diqqət mərkəzində olacaq.Bildirilib ki, ABŞ əczaçılıq konsernlərindən birinin təqdim etdiyi peyvənd maddəsi Avstriya ilə yanaşı, ABŞ, Belçika və Fransada da könüllülər üzərində sınaqdan keçiriləcək.xeber100.com

Sentyabr 20, 2020 1:56

ABŞ məhsullarının əlavə idxal rüsumlarından azad olunması vaxtı uzadılıb

Çin hökuməti bəzi ABŞ məhsullarının əlavə idxal rüsumlarının azad olunması vaxtını daha bir il uzadıb.Azərtac xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb. Əslində ABŞ-ın 16 adda məhsulunun əlavə idxal rüsumlarından azad olunması sentyabrın 16-da başa çatmalı idi. Avqustun sonunda iki ölkənin ticarət danışıqları üzrə nümayəndələrinin telefon danışığı zamanı tərəflər yanvarda imzalanmış ticarət sazişinin birinci fazasına sadiq olduqlarını bəyan ediblər. Sentyabrın əvvəlində isə ABŞ Çindən idxal olunan bəzi məhsulların əlavə rüsumlardan azad olunması müddətini daha bir il müddətinə uzadıb.Qeyd edək ki, COVID-19 pandemiyası beynəlxalq ticarətə ciddi ziyan vurub. Pandemiya Çin ilə ABŞ arasında yanvarda Vaşinqtonda imzalanmış ticarət sazişinin birinci mərhələsinin icrasına da mənfi təsir göstərib. Çin hökumətinin cari il üçün iş planında çətinliklərə baxmayaraq, ABŞ-la ticarət razılaşmasının həyata keçiriləcəyi vurğulanıb.Çin Baş Gömrük Administrasiyasının statistik məlumatına əsasən, ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin ümumi dəyəri 344 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.xeber100.com

Sentyabr 15, 2020 10:23

“Baker Hughes” şirkətinin məlumatı əsasında…

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.Azərtac xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 254 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 632 ədəd geriləyib.Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı bir ədəd azalaraq 180 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 553 ədəd azalma qeydə alınıb.Aktiv qaz qazma qurğularının sayı da bir ədəd geriləyərək 71 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 82 ədəd azalıb. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.xeber100.com

Sentyabr 12, 2020 7:54

Misirdə Nümayəndələr Palatasına seçkilər oktyabrda keçiriləcək

Misirdə Nümayəndələr Palatasına seçkilər oktyabrın 24-25-də keçiriləcək. Xarici ölkələrdə yaşayan Misir vətəndaşları isə həmin ayın 21-23-də səs verəcəklər.Azərtac xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyasının (MSK) sədri Ləşin İbrahim keçirdiyi mətbuat konfransında bildirib.Komissiyanın sədri qeyd edib ki, seçkilərin ilkin nəticələri noyabrın 1-də elan ediləcək. Boş qalan yerlərə təkrar seçkilər isə noyabrın 23-24-də keçiriləcək. L.İbrahim ölkə vətəndaşlarını səsvermədə fəal iştirak etməyə çağırıb.MSK-nin sədri bildirib ki, avqustun 19-da parlamentin yuxarı palatasına – Senata keçirilmiş seçkilərin nəticələri elan edilib. Onun sözlərinə görə, səsvermədə 8 milyon 959 seçici iştirak edib və seçici fəallığı 14,23 faiz olub.Misir parlamentinə seçkilərdə 11 siyasi partiya iştirak edəcək. COVID-19 pandemiyası şəraitində keçiriləcək səsvermə zamanı məntəqələrin dezinfeksiyası, seçicilərin sosial məsafəyə riayət etməsi və qoruyucu maskalardan istifadəyə xüsusi diqqət yetiriləcək.xeber100.com

Sentyabr 11, 2020 1:51

“Apple” şirkəti məhsullarının növbəti təqdimat gününü elan edib

“Apple” şirkəti məhsullarının növbəti təqdimatının sentyabrın 15-də baş tutacağını elan edib.Azərtac xəbər verir ki, mərasimdə 4 ədəd yeni “iPhone 12” modelinin, “Apple Watch”un və “iPad” modelinin təqdim olunacağı təxmin edilir. Bildirilir ki, şirkət 5.4 düym, 6.1 düym (iki model) və 6.7 düym ekranlara sahib “iPhone 12” modellərini təqdim etməlidir. Məlumata əsasən, istifadəçiləri tamamilə yeni dizayn gözləyir.Bununla yanaşı, ehtimal olunur ki, “Pro” və “Pro Max” modellərinin arxa panellərindəki kameraların yanında “LiDAR” skaneri də olacaq.xeber100.com

Sentyabr 10, 2020 3:38

Böyük Britaniyada qaydalar yenidən sərtləşdirilir

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir.Hökumət tərəfindən qəbul edilən yeni qərara görə bazar ertəsindən etibarən 6 nəfərdən artıq insanın bir yerə toplaşması qadağan olunub.Nazirlər Kabinetindən edilən açıqlamada toplaşma qadağasının həm qapalı, həm də açıq məkanları əhatə etdiyi bildirilib.Qaydaya tabe olmayanlar 100 funt sterlinq məbləğində cəzalandırılacaq. Qanun pozuntusu təkrarlanarsa, cərimə əvvəlki ilə müqayisədə iki dəfə artırılacaq.Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir.xeber100.com

Sentyabr 9, 2020 11:59

Koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti azaldılıb

Gürcüstanda koronavirusla əlaqədar müəyyən edilmiş karantin müddəti 14 gündən 8 günədək azaldılıb.Azərtac xəbər verir ki, bu barədə qərar Gürcüstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul edilib. Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası qərarı dəstəkləyib.Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxarsa, o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.Qeyd edək ki, Gürcüstanda karantin müddəti 14 gün olub və hökumətin qərarı ilə avqustun 13-də 12 günədək azaldılıb.xeber100.com

Sentyabr 8, 2020 9:19

Daşınmaz əmlakın qiymətlərində stabillik müşahidə olunur

Macarıstan daşınmaz əmlaka qoyulan qiymətlərin dəyişməsi üzrə Avropa İttifaqına üzv 27 ölkə arasında sonuncu yeri tutur.Azərtac xəbər verir ki, bu barədə Macarıstanın “Budapest Business Journal” (BBJ) işgüzar qəzeti bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə Macarıstanda daşınmaz əmlak qiymətləri 5,4 faiz aşağı düşüb. Bununla yanaşı, bütün Avropa İttifaqı məkanında kifayət qədər fərqli mənzərə müşahidə olunur. İş orasındadır ki, bu il ölkələrin əksəriyyətində qiymətlərin dəyişən artımı nəzərə çarpır.İllik hesablamada 12,3 faiz göstərici ilə Lüksemburq birincidir. Estoniyada isə ötən ilin analoji dövrü ilə müqayisədə evlərin qiyməti orta hesabla 10 faiz artıb. Macarıstandan başqa qiymətlərin aşağı düşdüyü yeganə ölkə İrlandiyadır.xeber100.com

Sentyabr 7, 2020 3:39

Pakistan mətbuatının məlumatına görə…

Son sutka ərzində Pakistanda COVID-19 infeksiyasına 513 nəfər yoluxub və xəstələrin sayı 298 min 25 nəfərə çatıb.Pakistan mətbuatı xəbər verir ki, son 24 saatda bu xəstəlikdən daha 5 nəfər ölüb. Ümumilikdə, pandemiya yayılandan bəri 6 min 349 nəfər infeksiya səbəbindən dünyasını dəyişib. Xəstəxanalarda 9 min 132 nəfər müalicə olunur, onlardan 535-nin vəziyyəti ağırdır.İndiyədək virusdan 282 min 553 nəfər sağalıb.xeber100.com

Sentyabr 6, 2020 3:01

Sentyabrın 6-da İndoneziya sahillərində güclü zəlzələ olub

Sentyabrın 6-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Ternate şəhərindən 132 kilometr şimal-şərqdə, ocağının isə 26,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.xeber100.com  

Sentyabr 6, 2020 2:57
    Page 43 of 301« First«...102030...4142434445...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az