“Boeing” kompaniyası MCAS sertifikasiya çərçivəsində

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi və “Boeing” kompaniyası 737 MAX modelinin MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sertifikasiya çərçivəsində uçuş sınaqlarını başa çatdırıb.Azərtac ABŞ-ın aviasiya tənzimləyicisinin saytına istinadla xəbər verir ki, bu həftə baş tutan üç günlük test zamanı qurumun pilotları və mühəndisləri “Boeing” kompaniyasının təyyarənin uçuşunun avtomatlaşdırılmış idarə sistemi ilə bağlı dəyişikliklərini sınaqdan keçirib.“Sınaq uçuşlarının həyata keçirilməsi əsas mərhələdir, lakin əldə edilən məlumatların qiymətləndirilməsi də daxil olmaqla, bir sıra mühüm məsələyə aydınlıq gətirilməlidir”, - deyə saytda yerləşdirilən bəyanatda bildirilir.Federal Mülki Aviasiya İdarəsinin sınaqların nəticələrini nə vaxt elan edəcəyi məlum deyil. “Boeing 737 MAX” təyyarələrinin istifadəsinə yalnız ekspertlərin laynerin sertifikasiya standartlarına cavab verdiyi barədə rəyindən sonra icazə veriləcək.Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX” təyyarəsi 2019-cu il martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bundan bir müddət əvvəl - 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus eyni modelli təyyarənin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.“Boeing” kompaniyası qəzaya uğramış hər iki təyyarənin MCAS sisteminin işində nasazlıq olduğunu etiraf edib. Bundan sonra ABŞ və Avropa İttifaqı dövlətləri də daxil olmaqla, bir çox ölkə bu modelli təyyarələrdən istifadəni dayandırıb.xeber100.com

İyul 2, 2020 1:25

Koronavirusun ikinci dalğasının başlanması elan edilib

Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.Azərtac xəbər verir ki, İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.xeber100.com

İyun 23, 2020 1:47