Koronavirusun ikinci dalğasının başlanması elan edilib

Təxminən bir aydan sonra İsrail COVID-19-a minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı ilə qarşılaşa bilər. Bunu pandemiya barədə məlumatı əlaqələndirən hərbi orqanda bəyan ediblər.Azərtac xəbər verir ki, İsraildə koronavirus epidemiyasının ikinci dalğasına başlanıb. İyunun 20-də “The Times of Israel” nəşrinin verdiyi məlumata əsasən, bu barədə COVID-19-la mübarizə üzrə milli məlumat mərkəzinin hesabatında bildirilir. Hərbi Kəşfiyyat İdarəsinin nəzdində yaradılmış bu mərkəz ölkənin Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir.Kəşfiyyat orqanının fikrincə, epidemiyanın artması ona gətirib çıxaracaq ki, iyul ayında minlərlə yeni yoluxma və yüzlərlə ölüm halı qeydə alınacaq. Hesabat müəllifləri qeyd edirlər ki, xəstəliyin indiki potensial artımı ümummilli karantinin yenidən tətbiqi təhlükəsini yaradır.Hərbi Kəşfiyyat İdarəsində və Səhiyyə Nazirliyində vətəndaşların maska taxmaq və digər koronavirus profilaktikası tədbirlərinə ciddi yanaşmamalarından narahatdırlar.Son günlər sutka ərzində yeni yoluxanların sayı 200-300 arası olur, halbuki may ayında bu göstərici 20-dək azalmışdı.“Ynet” nəşri bildirir ki, ölkənin Səhiyyə Nazirliyi iyunun 21-də bütün ixtisaslaşdırılmış şöbələrin yenidən COVID-19 xəstələrinin qəbulu üçün açılmasına hazır olduqlarını elan edib.“Jerusalem Post” qəzetinin yaydığı məlumatda isə deyilir ki, Baş Nazir Binyamin Netanyahu iyunun 21-də xəbərdar edib: maska taxılması və sosial məsafəyə riayət olunması tələbləri kütləvi şəkildə pozulacağı təqdirdə hökumət tamamilə lokdaun tətbiq etməyə hazırdır.Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası 2019-cu ilin sonunda Çində baş qaldırıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya elan edib.Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 8,97 milyon nəfəri keçib. Onlardan 468,8 mini vəfat edib.xeber100.com

İyun 23, 2020 1:47

Gürcüstan parlamenti təklif olunan dəyişiklikləri qəbul edib

Gürcüstan parlamenti iyunun 21-də ölkənin seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar konstitusiyaya təklif olunan dəyişiklikləri birinci oxunuşda qəbul edib.Azərtac xəbər verir ki, iclasda 136 deputat layihənin lehinə, 5 deputat isə əleyhinə səs verib.Qanun layihəsində bildirilib ki, 2020-ci ilin oktyabrın 31-də reallaşacaq parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək və qanunverici orqana 120 deputat proporsional, 30 deputat isə majoritar sistem üzrə seçiləcək.Proporsional seçkilər 1 faizlik seçki baryeri ilə keçiriləcək.Sənəddə qeyd olunub ki, seçkilərdə proporsional sistem üzrə 40,54 faizdən az səs toplayan partiya və ya siyasi blok hökumətin formalaşdırılmasında müstəqil olaraq iştirak edə bilməyəcək.Qanun layihəsinə əsasən, parlament seçkilərində iştirak etmək istəyən partiya 5000 seçicinin imzasını təqdim etməlidir.Son parlament və yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edən və proporsional olaraq ən azı 15 min səs qazanan partiya və ya bloklar, həmçinin 2018-ci ildə prezident seçkilərində namizəd irəli sürən və ən azı 15 min səs toplayan partiyalar həmin sayda imza verməkdən azaddır.Sənəddə vurğulanıb ki, 2024-cü ilə qədər növbədənkənar seçkilərin keçiriləcəyi halda, qanun layihəsində nəzərdə tutulan müvəqqəti seçki sistemi qüvvədə olacaq.xeber100.com

İyun 21, 2020 11:42