30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı elan olunacaq

Oktyabrın 14-də Stokholmda baş tutacaq xüsusi tədbirdə 2019-cu il üzrə Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat sahəsində Nobel mükafatı laureatının adı ictimaiyyətə elan olunacaq.Azərtac xəbər verir ki, laureatı hər il İsveç Kral Elmləri Akademiyası tərəfindən seçilən mükafat iqtisadi elmlər sahəsində ən nüfuzlu mükafat hesab olunur.Qeyd etmək lazımdır ki, digər sahələrdən fərqli olaraq iqtisadiyyat üzrə Nobel mükafatı Alfred Nobelin vəsiyyətində yer almayıb. Belə ki, bu mükafat, İsveç bankının 300 illiyi münasibətilə həmin bank tərəfindən təsis olunub və ilk dəfə 1969-cu ildə verilib.xeber100.com

Oktyabr 14, 2019 9:49

Tunisdə keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda

Tunisdə keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səid inamlı qələbə qazanıb. Azərtac Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, “exit-poll”ların ilkin nəticələrinə görə, Səid 72 faizdən çox səs toplayıb.Prezident seçkilərində digər namizəd - Nabil Karui isə seçicilərin cəmi 27,47 faizinin səsini toplayıb. O, seçkilərdən əvvəl korrupsiya ittihamı ilə saxlanıldığı həbsxanadan azad edilib. İctimai rəyin öyrənilməsi üzrə “Emrhod Consulting” mərkəzinin məlumatına görə, hüquq professoru olan Səidin seçkilərdə inamlı qələbə qazanması artıq şübhə doğurmur. Qeyd olunub ki, əhalinin seçkilərdə fəallığı da yüksək səviyyədə olub: ölkə üzrə 4500 seçki məntəqəsində 7,2 milyon seçici səs verib. Bu, 2010-2011-ci illər “ərəb baharı” adlanan proseslərdən sonra keçirilən ən fəal seçki hesab olunur.Seçkilərin yekun nəticələri Ali Müstəqil Seçki Komissiyası tərəfindən oktyabrın 15-də elan ediləcək.Qeyd olunur ki, 61 yaşlı hüquq professoru Kais Səidin zəngin siyasi təcrübəsi var. O, ölkədə korrupsiya əleyhinə mübarizə sahəsində liderlərdən biridir.

Oktyabr 14, 2019 9:43

“American Airlines” aviaşirkəti uçuşları bərpa edəcək

ABŞ-ın “American Airlines” aviaşirkəti bəyan edib ki, 2020-ci il yanvarın 16-dan etibarən “Boeing 737 MAX” təyyarələri ilə aviareyslər bərpa ediləcək. Şirkətin təmsilçisi bildirib ki, bunun üçün proqram təminatının iki modifikasiyasının cari ilin sonunadək təsdiq olunması gözlənilir.Azərtac xəbər verir ki, “American Airlines” 2018-ci ilin oktyabrında və 2019-cu ilin martında iki “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasından sonra federal tənzimləyici orqanların bu təyyarələrlə uçmağı qadağan etdiyi üç Amerika şirkətindən (digər ikisi “United Airlines” və “Southwest” şirkətləridir) biridir. Həmin qəzalarda 346 sərnişin həlak olmuşdu.ABŞ-ın Federal Aviasiya İdarəsi “Boeing” şirkəti, habelə beynəlxalq təşkilatlar və aviasiya sahəsində texniki ekspertlər qrupu ilə “Boeing 737 MAX” təyyarələrinin istismara qaytarılması istiqamətində iş aparır. İyunda şirkətin rəhbərliyi həmin təyyarələrin proqram təminatının yenilənməsi və mühəndis-sınaq uçuşlarının həyata keçirilməsi barədə bəyanat yayıb.xeber100.com

Oktyabr 10, 2019 2:23

Estoniya xalqı növbəti prezident seçkilərinə hazırlaşır

2021-ci ilin avqustunda Estoniya xalqı yeni prezidentini seçəcək.Azərtac xəbər verir ki, hazırkı Prezident Kersti Kalyulayd böyük ehtimalla namizədliyini irəli sürməyəcək. Belə ki, onun namizədliyini nə Mərkəzçilər, nə də qalib olan EKRE partiyaları dəstəkləməyəcəklərini bəyan ediblər. Parlamentdə təmsil olunan digər iki partiya - İslahatçılar və İSAMAA da məsələyə soyuq yanaşdıqlarını bildiriblər.Namizədliyi arzuolunan digər 3 nəfər isə sözügedən posta iddia etmədiklərini deyiblər. Ən çox şansı olan Siym Kallas (Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat üzrə komissarı) hazırkı durumundan razı olduğunu bildirib.Avropa Parlamentinin deputatı olan Marina Kalyurand da siyasətçi kimi fəaliyyətini hazırkı vəzifəsində davam etdirəcəyini deyib.Fəaliyyətinin 9 ilini Estoniyanın Baş Naziri kimi çalışmış Andrus Ansip Estoniya üçün lazımi qədər işlədiyini bildirərək prezident postunda gənc siyasətçilərdən birini görmək istədiyini ifadə edib.Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda parlament və yerli özünüidarəetmə orqanlarına da seçkilər keçiriləcək.xeber100.com

Oktyabr 7, 2019 2:39

Parlament seçkiləri üçün səsvermə başa çatıb

Tunisdə keçirilən parlament seçkiləri üçün səsvermə başa çatıb.Azərtac xəbər verir ki, səsvermə 33 seçki dairəsində aparılıb. Bunlardan da 27-si ölkə ərazisində yerləşir. Ümumilikdə 217 yer uğrunda 15 mindən çox namizəd mübarizə aparıb. “Ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə bilib.217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd qeydə alınıb.Qeyd edək ki, “Ərəb baharı” prosesi zamanı Zeynel Abidin Bin Əlinin devrilməsindən sonra ölkədə üçüncü dəfə səsvermə prosesi təşkil olunub.xeber100.com

Oktyabr 6, 2019 8:12

ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda

Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq.Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə dair danışıqlara başlamaq niyyətindədirlər.Bu günlərdə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunu və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndələrini İsveç Xarici İşlər Nazirliyinin binası yanında görüblər. Şimali Koreya nümayəndə heyətinə bu ölkənin Vyetnamdakı keçmiş səfiri Kim Men Gil rəhbərlik edir. O, nüvəsizləşdirmə məsələsi üzrə danışıq aparanların rəhbəri təyin edilib.Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri, habelə iki ölkənin səlahiyyətli nümayəndələri arasında əvvəlki görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilməyib. Bununla belə, müəyyən razılaşmalar əldə edilib və danışıqları davam etdirmək qərara alınıb.xeber100.com

Oktyabr 5, 2019 9:32

Növbəti raket sınaqları Yaponiya tərəfindən etirazla qarşılanıb

Şimali Koreya tərəfindən növbəti raket sınaqları Yaponiya tərəfindən kəskin etirazla qarşılanıb.Azərtac xəbər verir ki, oktyabrın 2-də səhər saatlarında Vonsan yaxınlığındakı sualtı qayıqdan buraxılan raketlərdən birinin Yaponiyanın xüsusi iqtisadi zonasına düşdüyü bildirilir. Bununla əlaqədar bəyanatla çıxış edən Baş Nazir Şinzo Abe Şimali Koreya tərəfinə rəsmi etirazını bildirib.“Bu gün Şimali Koreya iki ballistik raketin buraxılışını həyata keçirib və həmin raketlərdən biri bizim iqtisadi zonaya düşüb. Bu BMT Təhlükəsizlik Şuarsının qətnamələrinin pozulması deməkdir və biz bununla əlaqədar kəskin etirazımızı bildiririk. Şimali Koreya problemi ilə bağlı biz ABŞ və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəyik”.Ş.Abe əlavə edib ki, hökumət yapon xalqının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək.Baş Nazirin jurnalistlərlə görüşündən sonra Yaponiya Təhlükəsizlik Şurasının iclası keçirilib.Şinzo Abenin, Xarici İşlər naziri Toşimitsu Moteqinin və Müdafiə naziri Taro Kononun qatıldığı iclasda Yaponiyanın yeni şəraitdə atacağı addımların müzakirə edildiyi ehtimal olunur.xeber100.com

Oktyabr 2, 2019 11:26

Böyük Britaniya hökuməti Brexit sazişinin mətnini hazırlayıb

Böyük Britaniya hökuməti yenilənmiş Brexit sazişinin mətnini hazırlayıb. Yaxın günlərdə hazırlanan yeni sazişin daha çox hissəsinin açıqlanacağı gözlənilir.Hökumət tərəfindən Avropa İttifaqına verilən təkliflərin əsas hissəsi olaraq Şimali İrlandiya və İrlandiyada gömrük rəsmiləşdirmə zonaları yaratmaq nəzərdə tutulur.Yeni müqavilənin Avropa İttifaqının oktyabrın 17-də keçirilməli olan sammiti öncəsi müzakirə ediləcəyi gözlənilir.Qeyd edək ki, İngiltərə oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək. Baş Nazir Boris Conson Avropa İttifaqından razılaşma yolu ilə ayrılmağı üstün tutduğunu söyləyib.xeber100.com

Oktyabr 1, 2019 11:32

Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək

Oktyabrın 6-da Portuqaliyada növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları , Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” ictimai birliyi iştirak edəcəklər.Azərtac xəbər verir ki, təkpalatalı olan Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.Hazırkı hökumət planauyğun sosial-iqtisadi siyasət aparır və ictimaiyyətin yüksək səviyyədə dəstəyinə malikdir. Beləliklə, Baş Nazi Antoniu Koştanın başçılıq etdiyi Sosialist Partiyasının qarşıdakı seçkilərdə qələbə qazanmaq üçün bütün imkanları mövcuddur.A.Koşta ölkənin həyatında “sərt iqtisadiyyat səhifəsini geridə buraxmaq” vədini verir və Portuqaliya infrastrukturunun inkişafı, qeyr-bərabərlik və korrupsiya ilə mübarizə üzrə təsirli tədbirlər görür ki, bu da əhalinin rəğbətinə səbəb olur.Sosial-Demokratların yeni lideri Rui Fernando da Silvo Rio əhali arasında bu cür yüksək dəstəyə malik deyil.xeber100.com

Oktyabr 1, 2019 11:25

Ukraynada xırda pulların dövriyyəsi dayandırılacaq

Ukraynada 2019-cu il oktyabrın 1-dən etibarən 1, 2 və 5 qəpiklik pulların dövriyyəsi dayandırılacaq.Azərtac Ukrinform agentliyinə istinadla xəbər verir ki, 1, 2 və 5 qəpikliklər Ukrayna Milli Bankı tərəfindən yığılacaq. Eyni zamanda, vətəndaşlar növbəti üç ildə məhdudiyyətsiz və ödənişsiz olaraq xırda pulları digər nominallı banknotlara dəyişə biləcək.Ukrayna Milli Bankının sədr müavini Sergey Xolodun sözlərinə görə, nağdsız ödənişlərin artması və istehlakçıların davranışlarının dəyişməsi səbəbindən 1, 2 və 5 qəpiklik pulların məhsul və xidmətlərin haqqının ödənilməsindəki rolu xeyli azalıb. Bu addım həm də ölkədə pulların qənaəti ilə bağlı atılıb.“Qəpik istehsalına çəkilən xərclər onların nominal dəyərini üstələyir. Dövlət həmin pulların istehsalını dayandırmaqla hər il 90 milyon qrivenə qənaət edə bilər”, - deyə Xolod brifinqdə bildirib.xeber100.com

Sentyabr 30, 2019 2:42
    Page 67 of 301« First«...102030...6566676869...8090100...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az