10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

İranın İnsan Hüquqları üzrə Ali Şurası bəyanat verib

İranın İnsan Hüquqları üzrə Ali Şurası Fransada baş verən kütləvi ixtişaşlarla bağlı bəyanat verib.Azərtac xəbər verir ki, bəyanatda Parisdə və başqa böyük şəhərlərdə baş verən kütləvi aksiya iştirakçılarına qarşı polisin qəddarlıqla davranması tənqid edilib.Diqqətə çatdırılıb ki, sadə fransalılar ölkədəki iqtisadi çətinliklərə qarşı etiraz edərkən polisin zorakılığı ilə üzləşib. İnsanların kütləvi şəkildə həbs edilməsi demokratiya və insan hüquqları prinsiplərinə sığmır. Məhkəmə prosesi olmadan etirazçıların zindana atılması insan hüquqlarına dair bütün beynəlxalq konvensiyalara ziddir.Bəyanatda deyilir ki, BMT-nin İnsan Hüquqları Şurası xüsusi komissiya yaradaraq qanunsuz həbsləri araşdırmalı və insanların azad edilməsinə nail olmalıdır.Xatırladaq ki, noyabrın 17-də Parisdə yanacağın qiymətinin hökumət tərəfindən artırılmasına etiraz edən insanlar polisin zorakılığına məruz qalıblar. Bu səbəbdən də etirazlar bu günə kimi davam edir. Son məlumatlara görə həbs edilənlərin sayı 600 nəfəri ötüb.xeber100.com

Dekabr 11, 2018 3:00

Xəzər dənizində təhlükəsizlik məsələsi müzakirə ediləcək

İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan nümayəndələrinin iştirakı ilə dekabrın 20-də Tehranda Xəzər dənizində gəmiçiliyin təhlükəsizliyi məsələsi müzakirə ediləcək.İranın Dəniz və Limanlar Təşkilatının sədr müavini Hadi Haqşenas Azərtac–a bildirib ki, iclasda yükdaşımaların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, su sərhədinin nəzarətdə saxlanılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ekoloji problemlər də müzakirə ediləcək.xeber100.com

Dekabr 10, 2018 3:19

Yaponiya parlamenti yeni qanun layihəsini müzakirə edir

Parlamentin cari sessiyasının başa çatmaqda olduğu son günlərdə Yaponiyanın müxalif və iqtidar partiyaları arasında ölkəyə gələn əcnəbi işçilərin sayının artırılması haqqında qanun layihəsi geniş müzakirələrə səbəb olub.Azərtac xəbər verir ki, hakim koalisiya həmin qanun layihəsini yuxarı palatanın cümə günü keçiriləcək plenar sessiyasında səsverməyə çıxarılanadək müvafiq komitədən keçirməyə çalışır.Dekabrın 6-da qanun layihəsi yuxarı palatanın Baş nazir Şinzo Abenin də qatıldığı komitə iclasında müzakirə edilib. Deputatları bu qanun layihəsini dəstəkləməyə çağıran Ş.Abe parlamentə əcnəbi işçilərin sayının artırılmasını nəzərdə tutan proqram barədə daha ətraflı informasiya veriləcəyini vəd edib. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, onun gələn ilin aprelində qüvvəyə minəcəyi gözlənilir.xeber100.com

Dekabr 7, 2018 4:28

5,7 bal gücündə zəlzələ baş verib

Dekabrın 6-da İndoneziyanın Lombok adasında 5,7 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Yeraltı təkanların episentri Mataram şəhərindən 5 kilometr şimalda, ocağı 30 kilometr dərinlikdə yerləşib.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.xeber100.com

Dekabr 6, 2018 1:42

“Brexit”lə əlaqədar referendum keçirilməsi üçün imza toplanıb

Böyük Britaniyada “Brexit”lə əlaqədar ikinci referendumun keçirilməsi üçün 1,5 milyon imza toplanıb.Azərtac xəbər verir ki, bununla əlaqədar ölkənin Nazirlər Kabinetinə ərizələr göndərilib.“Independent” qəzetinin başlatdığı “Son söz” kampaniyasında 1 milyon 75 min, “Xalqın səsi” kampaniyasında isə 337 min imza toplanıb.Səsvermənin nəticələri eks təhsil naziri Castin Qrininq, Liberal Demokrat Partiyasının lideri Vins Keybl və İşçi Partiyasından deputat Çuk Umuna tərəfindən təqdim olunub.Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş dekabrın 11-də parlamentdə səsverməyə çıxarılacaq. Həmin sənəd dekabrın 5-dən etibarən beş iş günü ərzində müzakirə olunacaq.xeber100.com  

Dekabr 5, 2018 1:31

France-Presse agentliyinin məlumatına görə…

Fransanın Baş naziri Eduar Filipp “sarı jiletlər”in etiraz aksiyaları fonunda benzinin vergisinin artırılmasına moratorium qoymağa hazırlaşır.France-Presse agentliyi xəbər verir ki, Baş nazir dekabrın 4-də “İrəli, Respublika” partiyasının deputatlarına ölkənin icra hakimiyyətinin qərarını elan edəcək. Moratorium bir neçə ay qüvvədə qalacaq və “digər barışıq tədbirləri ilə müşayiət olunacaq”.Bununla yanaşı, BFMTV telekanalı “sarı jiletlər”in problemin həlli yollarını müzakirə etmək üçün Eduar Filipplə görüşdən imtina etdikləri barədə məlumat yayıb.Xatırladaq ki, Fransada benzinin qiymətinin bahalaşmasına etiraz edən “sarı jiletlər” hərəkatının kütləvi aksiyaları noyabrın 17-də başlayıb. Ötən şənbə günü Parisin mərkəzi küçələrində keçirilən etiraz aksiyaları nümayiş iştirakçıları ilə polis arasında şiddətli toqquşmalarla müşayiət olunub. Fransa paytaxtını bürüyən iğtişaşlar nəticəsində 412 nəfər saxlanılıb, 133 nəfər, o cümlədən 23 polis əməkdaşı yaralanıb.xeber100.com

Dekabr 4, 2018 3:01

Birləşmiş Millətlər Təşkilatının hesabatında

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturuna daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında bildirilir ki, hazırda dünyada müasir quldarlığın müxtəlif təzahürlərinin qurbanına çevrilən 40 milyona yaxın insan var.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu qurbanları zorakılıq, aldatma və hakimiyyət səlahiyyətlərindən sui-istifadə yolu ilə qula çevirirlər. Vurğulanır ki, onların 42 faizini “seks sənayesində” köləliyə cəlb olunmuş qızlar və qadınlar, 58 faizini isə “kölgə iqtisadiyyatının” müxtəlif sahələrində işləyənlər təşkil edir.BƏT bu hallarla mübarizə aparmaq üçün Məcburi Əmək haqqında Protokol hazırlayıb və bu sənəd 2016-cı ilin noyabrında qüvvəyə minib. Protokolda nəzərdə tutulan tədbirlər quldarlıqla effektiv mübarizədə mühüm rol oynayır. Bundan başqa, BƏT “Azadlıq uğrunda 50” kampaniyası çərçivəsində sənədə imza atmayan əlli dövləti də Protokola qoşulmağa çağırır.Beynəlxalq Qul Əməyi ilə Mübarizə Günü dekabrın 2-də qeyd olunur. 1949-cu ilin həmin günü BMT-nin Baş Assambleyası tərəfindən insan ticarəti ilə mübarizə haqqında Konvensiya qəbul olunub.xeber100.com

Dekabr 3, 2018 1:05

Avropa İttifaqı Statistika Bürosunun məlumatı

Fransa vergilərin artırılmasının səviyyəsinə görə Avropa İttifaqında birinci yerdədir.Avropa İttifaqı Statistika Bürosunun (Eurostat) məlumatına görə, ötən il Fransa vergi yükü üzrə (ümumi daxili məhsulun 48,4 faizi) birinci, Belçika (47,3 faizi) ikinci, Danimarka (46,5 faizi) isə üçüncü yerdə olub. İrlandiya məcburi vergi ödəmə yükünə görə (23,5 faiz) ən gəlirli ölkədir.Sosial ödəmələr Fransada 18,8 faiz təşkil edir. Bu göstərici Avropa İttifaqında orta hesabla 13,3 faizdir. Avropa İttifaqının 28 üzv ölkəsindən 15-də vergi yükü artıb, digər 13-də isə azalıb. Hazırda ölkədə yanacaq vergisinin əhəmiyyətli dərəcədə artmasına qarşı etiraz aksiyaları davam edir.

Noyabr 30, 2018 3:38

Turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir

Rusiya və İran arasında turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir.RİA Novosti agentliyi xəbər verir ki, bu barədə İranın energetika naziri və Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Reza Ardakaian məlumat verib.R. Ardakaian deyib: “Biz turist vizalarının ləğv edilməsi barədə razılığa gəlmişik. İndi yalnız bu məsələ ilə əlaqədar imzalanmış sənədlərin icrasını reqlamentləşdirmək lazımdır”.Həmin reqlamentin hazırlanması bir-iki ay davam edə bilər.xeber100.com

Noyabr 29, 2018 3:45

Prezident seçkilərinin ikinci turu davam edir

Gürcüstanda prezident seçkilərinin ikinci turu davam edir. Seçici fəallığı saat 12:00 üçün 19,6 faiz təşkil edib.Azərtac xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze məlumat verib.O deyib ki, seçkilərin birinci turunun eyni göstəricisi ilə müqayisədə seçici fəallığı daha yüksəkdir. Seçkilərin oktyabrın 28-də keçirilmiş birinci turunda saat 12:00 üçün seçici fəallığı 15,95 faiz olub.xeber100.com

Noyabr 28, 2018 3:02
    Page 100 of 301« First«...102030...9899100101102...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az