İyulun 31-də Miçiqan ştatının Detroyt şəhərində ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasının namizədləri arasında seçkiqabağı debatların ikinci turunun ikinci mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə Donald Tramp ilə mübarizə aparacaq namizədi seçməlidirlər. Debatlar iki gün keçirilir. Debatların ikinci turunun ikinci mərhələsində 10 namizəd - Co Bayden, Kamala Harris, Kori Buker, Xulian Kastro, Kirsten Cillibrend, Tulsi Qabbard, Cey Aynsli, Maykl Bennet, Endrü Yanq və Bill de Blazio iştirak ediblər.Debatların moderatorları CNN kanalının nümayəndələri olub. Aparıcılar debatlar üçün ayrılmış vaxtın çox hissəsini qarşıdakı illərdə ölkə iqtisadiyyatının inkişafı, minimum əməkhaqqının artırılması, tibbi sığorta və immiqrasiya sahələrində islahatlar mövzusunda diskussiyalara həsr ediblər. İqlim dəyişmələri problemi, pulsuz təhsil, əməyin ödənilməsində gender fərqləri və ABŞ-ın xarici siyasəti məsələləri də müzakirə edilib.xeber100.com