05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Strateji planlaşdırma qrupunun 7-ci iclası keçirilib

Antalya şəhərində Türkiyə və Rusiya arasındakı birgə strateji planlaşdırma qrupunun 7-ci iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda iştirak edən nümayəndə heyətlərinə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov rəhbərlik ediblər.İclasdan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. İkitərəfli münasibətlərin inkişaf dinamikası, o cümlədən ticarət və viza sahələrində əldə olunan razılaşmalar yüksək dəyərləndirilib.Qeyd edək ki, Antalya görüşü Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə aprelin 8-də Moskvada keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasına hazırlıq məqsədi daşıyır.xeber100.com

Mart 29, 2019 1:51

“Brexit” üçün keçirilən səsvermə nəticəsiz başa çatıb

İngiltərə Parlamentində deputatlar Avropa Birliyindən ayrılmaq üçün səkkiz fərqli variantları olan səsverməyə qatılıblar.Azərtac xəbər verir ki, “Brexit” üçün keçirilən səkkiz fərqli ssenarinin heç biri səsvermədə kifayət qədər səs çoxluğu qazanmayıb.Variantlar arasında Avropa İttifaqından müqaviləsiz ayrılmaq, Gömrük İttifaqında qalmaq, “Brexit”in ləğv edilməsi ya da əldə olunacaq razılıq üçün referendum keçirilməsi kimi təkliflər olub.xeber100.com

Mart 28, 2019 1:47

ABŞ İran İslam respublikasına qarşı sanksiyalarını genişləndirib

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.Trend-in məlumatına görə, İran üzrə sanksiya siyahısına 9 fiziki və 16 hüquqi şəxs daxil edilib.Sanksiyalar siyahısına "Asan Bank Brokerage", "Currency Exchange", "Colden Commodities LLC" və digər şirkətlər daxil edilib.xeber100.com

Mart 26, 2019 9:32

Ərəb Dövlətləri Liqasının beynəlxalq sammiti Tunisdə keçiriləcək

Ərəb Dövlətləri Liqasının (ƏDL) yüksək səviyyəli 30-cu yubiley beynəlxalq sammiti martın 31-də Tunisdə keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə ƏDL-ın rəsmi nümayəndəsi Mahmud Əfifi məlumat verib. Onun sözlərinə görə, dövlət və hökumət başçılarının toplantısından öncə, martın 29-da ƏDL-ə üzv dövlətlərin xarici işlər nazirləri bu görüşün hazırlanması məqsədilə iclas keçirəcəklər.Mahmud Əfifi bildirib ki, iclasın gündəliyində regionun əsas problemlərinə dair 20-yə yaxın məsələ, o cümlədən Fələstin məsələsi, Suriya, Liviya və Yəməndəki böhranlar, Sudanda sülhə və inkişafa dəstək, ərəb ölkələrinin təhlükəsizliyi və digər aktual məsələlər var.Tunisdə keçiriləcək yüksək səviyyəli görüşdə BMT-nin Baş katibi Antonio Quterreş, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Yusif Əl-Usaymin, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki də iştirak edəcəklər.xeber100.com

Mart 25, 2019 11:53

“The New Zealand Herald” qəzeti yazır…

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçörç məscidlərində törədilən terror aktlarını xüsusi kral komissiyasının araşdıracağını bildirib.Azərtac xəbər verir ki, bu barədə “The New Zealand Herald” qəzeti məlumat yayıb. Baş nazirin Vellinqtonda keçirilən həftəlik mətbuat konfransındakı çıxışından sitat gətirən qəzet yazır: “Nazirlər Kabineti tərəfindən yaradılan xüsusi kral komissiyası hücumun qarşısının alınması üçün görülən tədbirlərin kifayətedici olmasını, eyni zamanda, xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıracaq”.Baş nazirin sözlərinə görə, komissiyanın diqqət mərkəzində, ilk növbədə, hücuma aparan hadisələr olacaq, həmçinin yaraqlının silahı necə əldə etməsi, baş verənlərdə sosial şəbəkələrin rolu, xüsusi xidmət orqanlarının həyata keçirməli olduğu və keçirdiyi tədbirlər təhlil ediləcək.Komissiyanın tam tərkibinin onun əhatə edəcəyi suallar dairəsi hökumət tərəfindən bütünlüklə dəqiqləşdirildikdən sonra elan ediləcəyi gözlənilir.xeber100.com

Mart 25, 2019 11:49

Latviya hökuməti yay vaxtına keçilməsi barədə qərar qəbul edilib

Latviyada martın 31-də yay vaxtına keçilməsi barədə qərar qəbul edilib.Azərtac xəbər verir ki, Latviyanın İqtisadiyyat Nazirliyi yay və qış vaxtına keçilməsi məsələsində qəti qərar qəbul edə bilmir. Çünki Avropa İttifaqı da bu barədə dəqiq nəticəyə gəlməyib. Tikinti sahəsində çalışan insanlar, habelə ölkəyə gələn turistlər Latviyanın birdəfəlik yay vaxtında qalmasını tələb edirlər. Çünki xüsusən payız və qış aylarında hava sürətlə qaralır. Həmçinin aparılan sorğular deməyə əsas verir ki, saatların ildə iki dəfə çəkilməsi insanların iş qabiliyyətinə və sağlamlığına mənfi təsir edir.Latviya hökuməti ölkədə birdəfəlik yay vaxtının tətbiq olunmasının tərəfdarıdır. Litva və Estoniya da yay vaxtının tətbiq edilməsində maraqlıdır.xeber100.com

Mart 25, 2019 11:45

Prezident seçkilərində namizədlərin reytinq siyahısı açıqlanıb

Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.xeber100.com

Mart 25, 2019 11:38

Sulavesi yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib

Molukka dənizində Sulavesi adasının (İndoneziya) yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, zəlzələnin episentri Manado şəhərindən (452 min sakin) 166 kilometr şərqdə yerləşib. Yeraltı təkanlar 60 kilometr dərinlikdə baş verib.Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.xeber100.com

Mart 24, 2019 2:45

Avropa İttifaqı Şurası Brexiti təxirə salmağa razılıq verib

Avropa İttifaqı Brexiti şərti olaraq təxirə salmağa razılıq verib. Avropa İttifaqı Şurası Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxma tarixini başqa vaxta keçirmək tələbini şərti olaraq təsdiqləyib.Aİ liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti gələn həftə Brexit müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, Brexit aprelin 12-dək təxirə salınacaq.Qeyd edək ki, Britaniya hökuməti Aİ-ni tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilər keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub.xeber100.com

Mart 22, 2019 3:35

İslam Əməkdaşlıq Təşkilatı terror aktları ilə əlaqədar iclas keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı Yeni Zelandiyada baş verən terror aktları ilə əlaqədar iclas keçirəcək.Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinn məlumatında deyilir.Məlumatda bildirilir: "Türkiyə İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq martın 15-i Yeni Zelandiyada baş verən terror hücumları ilə əlaqədar fövqəladə toplantı kaçirəcək. Martın 22-si Trükiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirləl səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub".Xatırladaq ki, martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.xeber100.com

Mart 21, 2019 3:19
    Page 86 of 299« First«...102030...8485868788...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az