10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Tehran görüşünün tarixi yaxın vaxtlarda açıqlanacaq

Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşünün tarixi yaxın vaxtlarda açıqlanacaq.Milli.Az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunu üzrə mətbuat konfransında qeyd edib: "Liderlərin görüşünün tarixi müəyyən edilib, yaxın vaxtlarda açıqlanacaq".Sammitin gündəliyinə gəlincə, Rusiya XİN rəhbəri bildirib ki, "çox güman ki, bu, bütün kompleks məsələlər olacaq".Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın demişdi ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya üzrə sammiti sentyabrın əvvəlinə planlaşdırılıb.xeber100.com

Avqust 24, 2018 10:12

“ConocoPhillips” şirkəti “PDVSA”neft şirkəti ilə saziş imzalayıb

ABŞ-ın enerji nəhəngi “ConocoPhillips” şirkəti Venesuelanın “PDVSA” (“Petroleos de Venesuela”) neft şirkəti ilə 2 milyard dollarlıq razılıq sazişi imzalayıb.Azərtac “ConocoPhillips”ə istinadla xəbər verir ki, “PDVSA” 90 gün ərzində 500 milyon dollaradək ilkin ödəmə həyata keçirəcək.Beynəlxalq Ticarət Palatasının (ICC) qərarına əsasən, “ConocoPhillips” şirkəti 2 milyard dollarıq məbləği hər üç aydan bir olmaqla alacaq.“Bu məbləğ 2007-ci ildə “ConocoPhillips”in Venesueladakı “Hamaca” və “Petrozuata” xam neft layihələrinin qanunsuz özəlləşdirilməsi və digər özəlləşdirmə tədbirlərinə görə veriləcək”, - deyə şirkət bildirib.Xatırladaq ki, Beynəlxalq Ticarət Palatası aprel ayında “ConocoPhillips” lehinə qərar verib, lakin şirkət “PDVSA”dan ödəniş ala bilməyib. Sonrakı ay “ConocoPhillips” “PDVSA”nın Karib adalarındakı neft emalı zavodlarının məhsullarını mənimsəyib.2007-ci ildə Venesuelanın sabiq Prezidenti Huqo Çavez “ConocoPhillips”in bu ölkədəki iki birgə müəssisəsini müsadirə etmişdi.xeber100.com

Avqust 21, 2018 11:34

“Samsung Galaxy S10” smartfonu Mobil Dünya Konqresində təqdim olunacaq

“Samsung Galaxy S10” smartfonu 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim olunacaq.Azərtac xəbər verir ki, bu barədə “Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin məlumat verib. Onun sözlərinə görə, smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini - 5G-ni dəstəkləməyəcək.“5G şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, - deyə o bildirib.Bildirilir ki, şirkət müstəsna olaraq 5G şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona 5G şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. Bildirib ki, “Note” müstəqil qurğu olaraq qalacaq.Şirkət təmsilçisi “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində olmadığını da qeyd edib.xeber100.com

Avqust 20, 2018 4:24

“New York Times” qəzetinə sərt reaksiya…

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın "New York Times" qəzetində dərc olunan xəbərə sərt reaksiya göstərdi."New York Times"ın separatçı terror təşkilatı PKK ilə əlaqədar bir xəbərində Türkiyəni hədəf alan zərhi barəsində: "bu, jurnalistika deyil" deyərək sosial media hesabından reaksiya göstərən Kalın: "Bu, "New York Times" tərəfindən PKK terrorizmini qanuniləşdirmək və ört-basdır etmək üçün açıq bir təşəbbüsdür. Eyni məntiqlə Bin Laden bəzilərinə görə qəhrəman idimi? " dedi.xeber100.com

Avqust 18, 2018 10:53

Yeni Zelandiya parlamenti yeni qanun qəbul edib

Yeni Zelandiya parlamenti evlərin xarici ölkə vətəndaşlarına satılmasını məhdudlaşdıran qanun qəbul edib.Azərtac xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbilər burada ev almazdan öncə sövdələşmənin ölkəyə xeyir gətirəcəyini sübut edərək xarici investisiyalar üzrə yerli idarənin razılığını almalıdır. Məhdudiyyətlər Avstraliya və Sinqapur vətəndaşlarına şamil olmayacaq.“The Financial Times” nəşrinin məlumatına görə, əhalisi 4,7 milyon nəfərə çatan Yeni Zelandiyada evlərin qiyməti son on ildə 60 faiz bahalaşıb. Bununla yanaşı, əhali arasında evə malik olanların payı isə 70 ildə ən minimum həddə enib.Ticarət naziri Devid Parker ötən kvartalda Oklend şəhərindəki evlərin 20 faizinin və ölkədə ən bahalı daşınmaz əmlakın olduğu Kuinstaun gölləri rayonundakı evlərin 10 faizinin xarici ölkə vətəndaşları tərəfindən satın alındığını bildirib. Qanunun əleyhdarları isə evlərin satışına qoyulan məhdudiyyətlərin ölkənin tikinti sahəsinə investisiyaların azalmasına gətirib çıxaracağını deyirlər. Buna baxmayaraq, 2017-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, Yeni Zelandiya əhalisinin 72 faizi torpaqlara xarici ölkə vətəndaşlarının nəzarətinin sərtləşdirilməsini dəstəkləyir.xeber100.com  

Avqust 15, 2018 3:37

“The Jakarta Post” qəzeti yazır…

İndoneziyada avqustun əvvəllərində baş verən güclü silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 436 nəfərə çatıb.Azərtac xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinə (BNPB) istinadla məlumat yayıb.BNPB-dən bildirilib ki, zəlzələ nəticəsində 1353 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 67 mindən artıq ev dağılıb. Ümumilikdə 387 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.xeber100.com  

Avqust 13, 2018 11:51

5 bal gücündə zəlzələ qeydə alınıb

Çinin cənub-qərbində 5 bal gücündə zəlzələ olub.Anadolu informasiya agentliyi xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi ölkənin cənub-qərbindəki Yünnan ştatında yerləşən Yüşi şəhərinə bağlı Tonghay rayonunda 5 bal gücündə zəlzələ qeydə alıb.Ocağı 7 kilometr dərinliyində yerləşən zəlzələ bir nəfərin yaralanması, iki evin qismən dağılması ilə nəticələnib.Təcili olaraq zəlzələnin baş verdiyi əraziyə mütəxəssislər göndərilib.xeber100.com

Avqust 13, 2018 11:37

Rusiya Xarici İşlər Nazirliyinin məlumatı

Bəzi kateqoriyadan olan Türkiyə vətəndaşlarına viza güzəşti tətbiq ediləcək.Milli.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib."İki ölkə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi perspektivlərini müzakirə etməyi planlaşdırırıq", - nazirlikdən bildirilib.Qeyd edək ki, Rusiya 2015-ci ilin noyabrından Türkiyə ilə viza rejimi tətbiq etmişdi.xeber100.com

Avqust 12, 2018 9:41

Almaniya Federal Statistika İdarəsinin məlumatı

Almaniyada 2006-2016-cı illər ərzində 14-17 yaş qrupundakı gənclərin sayında təxminən 470 min nəfər azalma müşahidə olunub.Azərtac bildirir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına əsasən, 2006-cı ildə ölkə əhalisinin 4,4 faizini təşkil edən 14-17 yaş qrupundakı gənclərin sayı 2016-cı ilin sonunda 3,8 faizə qədər azalıb.Əhali sayına görə (82 milyon 850 min nəfər) Avropa İttifaqının ən böyük üzvü olan Almaniya vətəndaşları getdikcə yaşlanır. Destatis-in hələ 2015-ci ildə apardığı analizdə ölkədə yaşı 65-dən yuxarı olan insanların sayının artacağı vurğulanırdı. Belə ki, 2013-cü ildə Almaniyanın 80,7 milyonluq əhalisi arasında sayı 20 milyona çatan bu qrupun 2060-cı ildə 67,6 milyonluq əhalinin 33 milyon nəfərini təşkil edəcəyi proqnozlaşdırılır.2020-ci ildən sonra yaşlanan əhalinin təsirlərinin iqtisadi və digər sahələrdə güclü şəkildə hiss olunacağı təxmin edilir.xeber100.com

Avqust 10, 2018 8:03

ABŞ administrasiyası etibarsız tərəfdaş kimi qəbul olunur

"ABŞ ona etibar ediləcək tərəfdaş deyil".Milli.az bildirir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho ilə görüşü zamanı İran Prezidenti Həsən Ruhani deyib.O bildirib ki, Vaşinqton öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:"Vaşinqtonun son illərdəki fəaliyyəti ona gətirib çıxarıb ki, ABŞ administrasiyası bütün dünyada öz öhdəliklərini icra etməyən etibarsız tərəfdaş kimi qəbul olunur".xeber100.com

Avqust 9, 2018 9:25
    Page 110 of 301« First«...102030...108109110111112...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az