30 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Təhsil sistemindəki dəyişikliklərə qarşı etiraz aksiyası keçirilir

Yunanıstanda müəllimlər 24 saatlıq tətil edirlər. Azərtac xəbər verir ki, Yunanıstan Orta Məktəblərin Müəllimlər Birliyi (OLME) tərəfindən təşkil olunan tətil ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərə qarşı etiraz aksiyasıdır. Tətil Afina, Saloniki və digər şəhərləri əhatə edib. Müəllimlər və şagirdlər bildirirlər ki, yeni dəyişikliklərə əsasən təhsil alanların üzərinə daha çox ağırlıq düşəcək və dövlət ali təhsil müəssisələrinə qəbul çətinləşəcək.xeber100.com

Aprel 12, 2019 1:59

Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub

Aprelin 11-də Yaponiyanın Sakit okean sahillərində 6 bal gücündə zəlzələ olub. Azərtac Yaponiya Baş Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Hönşü adasının şimal-şərqində və Hokkaydo adasının cənubunda hiss olunub.Zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.xeber100.com

Aprel 11, 2019 12:57

Parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İsrailin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.Milli.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.Məlumata görə, səslərin 96 faizinin hesablanmasından sonra İsrail baş naziri Benyamin Netanyahunun hakim "Likud" partiyası müxalifətin "Kaxol-Lavan" mərkəzçi blokunu cüzi fərqlə üstələyir.Netanyahunun partiyası beləcə Knessetdə 37 mandat qazanıb. Benni Qansın (Benny Gantz) başçılıq etdiyi müxalifət bloku isə 36 deputatla parlamentdə təmsil olunacaq.Bundan əvvəl yayılan ekzit-pol nəticələri isə Qansın qələbə çalacağı ehtimallarını artırmışdı. İlkin nəticələr açıqlanmazdan əvvəl hər iki partiya lideri tərəfdarları qarşısında öz qələbələrini elan etmişdi.xeber100.com

Aprel 10, 2019 11:48

BMT təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib

BMT İranda baş verən təbii fəlakət nəticəsində zərər çəkənlərə 1,42 milyon dollar yardım edib.Azərtac xəbər verir ki, bu sözləri BMT-nin İrandakı rezident əlaqələndiricisi Uqoçi Daniels deyib. O bildirib ki, BMT sel zamanı evlərini itirmiş insanlara humanitar yardım şəklində dava-dərman, isti paltar, içməli su, çadır və digər ləvazimatlardan əlavə, İrana 1,42 milyon dollar həcmində pul da verib.İran hökuməti bu vəsaiti fəlakət bölgəsində evlərin və infrastrukturun bərpasına yönəldəcək.xeber100.com

Aprel 9, 2019 1:41

Əlcəzair parlamenti dövlət başçısının adını açıqlayıb

Əlcəzair parlamentinin yuxarı palatası - Millət Şurası ölkənin müvəqqəti dövlət başçısının adını açıqlayıb. Sabiq Prezident Əbdüləziz Buteflikanın istefasından sonra keçid dövründə ölkəyə rəhbərlik Əbdülkader Bensalehə həvalə olunub.Reuters agentliyi xəbər verir ki, parlamentarilər bu qərarı ölkə Konstitusiyasının 102-ci maddəsi əsasında qəbul ediblər. Həmin maddəyə görə, dövlət başçısının istefası və ya ölümü baş verdikdə, parlamentin spikeri 90 gün müddətində - yeni seçkilər keçirilənə qədər keçici olaraq dövlət başçısının seçilməsi üçün qanunverici orqanın aşağı və yuxarı palatalarını toplaya bilər.Sessiyada parlamentin hər iki palatasından 470 deputat iştirak edib və onların hamısı Bensalehin namizədliyini dəstəkləyib.xeber100.com

Aprel 9, 2019 1:39

Avtobus marşrutları reyslərində irimiqyaslı əməliyyat keçirilib

Belçikanın iri şəhərlərinin polisi beynəlxalq avtobus marşrutları reyslərində reydlər aparır.Azərtac xəbər verir ki, şənbə günü Antverpendə beynəlxalq avtobus daşıyıcılarından istifadə edən sərnişinlərin baqajının və şəxsiyyətinin yoxlanılması ilə bağlı irimiqyaslı polis əməliyyatı həyata keçirilib. Axtarışlar narkotik maddə daşınmasının aşkarlanmasına istiqamətlənib. Yoxlanılmış 171 nəfər sərnişindən 41-də narkotik maddələr aşkarlanıb. Bu isə onların təxminən dörddəbiri deməkdir!Sərnişinlərin əksəriyyətində viza və ya ölkədə müvəqqəti yaşamağa icazə sənədi etibarlı olmayıb. Reydlər zamanı axtarışda olan 3 nəfər də tutulub.xeber100.com

Aprel 8, 2019 2:27

5,7 bal gücündə zəlzələ baş verib

Çili sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri San-Antonio şəhərindən 85 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.xeber100.com

Aprel 7, 2019 10:01

Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatı

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin birinci turunun rəsmi nəticələrini açıqlayıb.Milli.az xəbər verir ki, MSK rəhbəri Tatyana Slipaçukun açıqlamasına görə, Vladimir Zelenski seçicilərin 30,24% (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95% (3 014 523 nəfər) səsini toplayıb.Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.xeber100.com

Aprel 7, 2019 9:58

Avropa Kommunistləri Şurası sərt bəyanatla çıxış edib

Avropa Kommunistləri Şurası NATO-nun yaranmasının 70-ci ildönümü münasibəti ilə Nyu-Yorkda keçirilmmiş toplantı haqda bəyanat yayıb.Milli.az xəbər verir ki, bəyanatda NATO "imperialist ittifaq" adlandırılıb.Qeyd edilib ki, bəşəriyyət tezliklə bu dağıdıcı ittifaqdan xilas olmalıdır.Bəyanatda müttəfiqlər arasında silahlanma yarışı pislənilib və alyans "kommunizmə qarşı inqilab təşkilatı" adlandırılıb:"NATO 70 ildir fəaliyyət göstərən müharibə təşkilatıdır. Yalanlarla, zorakılıqlarla, cinayət və qətliamlarla dolu 70 illik bir cinayət dosyesi var. 70-ci ilində deyiləcək bir söz var: NATO yox edilməlidir!"xeber100.com

Aprel 6, 2019 6:12

“Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaradacaq

Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaratmaq məqsədilə bu kosmik cismə növbəti enişə hazırlaşır. Məqsəd yerdən 340 milyon kilometr məsafədə yerləşən asteroidin daxili quruluşunu öyrənməkdir.Azərtac Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, “Hayabuşa-2” zondu martın 4-də yapon vaxtı ilə saat 13:00-dan başlayaraq 20 min metr yüksəklikdən asteroidə enişə başlayıb. Plana əsasən, martın 5-də saat 11:00 radələrində zond asteroidin səthindən 500 metr yüksəklikdə olarkən onun asteroidə “impaktor” adlı qurğu göndərəcəyi gözlənilir. Bundan 40 dəqiqə sonra “impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədəcək.JAXA Ryuqu asteroidindən nümunələr götürmək məqsədilə “Hayabuşa-2” zondunu bir daha asteroidə endirməyi planlaşdırır. JAXA-nın nümayəndələri bildiriblər ki, “Hayabuşa-2” zondunun fevralda asteroidə enərkən oradan süxur nümunələri götürməyə artıq nail olduğu güman edilir.xeber100.com

Aprel 5, 2019 1:00
    Page 86 of 301« First«...102030...8485868788...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az