03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib

İyunun 10-da Bakıda Formula 2 yarışlarının sıralanma turuna start verilib.Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Qırx beş dəqiqə davam edən sərbəst yürüş “Hitech Grand Prix” komandasının estoniyalı pilotu Yuri Vipsin qələbəsi ilə başa çatıb. İlk üçlüyü “Carlin” komandasının üzvü Liam Louson və “Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar.İyunun 11-də saat 13:30-da sprint, ertəsi gün saat 11:05-də isə əsas yarış keçiriləcək. Sprint yarışında pilotlar 21, əsas yarışda isə 29 dövrə vuracaqlar.On dörd mərhələdən ibarət yarışa noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş beş yarışın nəticəsinə görə, pilotların sıralamasına “MP Motorsport” komandasının üzvü Felipe Druqoviç 113 xalla başçılıq edir. Komandaların sıralamasında isə “MP Motorsport” 135 xalla birincidir.xeber100.com

İyun 10, 2022 2:48

Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb

Yeniyetmələrdən ibarət cüdo millimiz təlim-məşq toplanışına başlayıb.Komandamız 32 nəfərlik heyətlə “Judo Club 2012”nin baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında hazırlıq keçir.Təlim-məşq toplanışının təşkilində məqsəd iyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa çempionatında yüksək nəticə əldə etməkdir.Qeyd edək ki, idmançıların hazırlığı iyunun 17-dək davam edəcək.xeber100.com

İyun 9, 2022 2:59

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb

2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.4 komandanın - “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad”ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib.Görüşlərdən 9 xal toplayan “Bakı” yığması qalib adını qazanıb. “Cəlilabad” 6 xalla ikinci, “Masallı” 3 xalla üçüncü yerləri tutublar.Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar verilib.xeber100.com

İyun 9, 2022 2:55

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2005-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında ağır atletika üzrə şəhər birinciliyi keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər ki, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (71 kq) qızlar arasında, İbrahim Rəsulzadə (40 kq), Turan Abbasov (45 kq), Fərman Məhərrəmov (49 kq), Azər Mənsimov (55 kq), Turan Əliyev (61 kq), Fərid Mərdanov (67 kq), Fuad Qədimov (73 kq), Cavidan Muxtarlı (81 kq) və Rəbbani Niftəliyev (89 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

İyun 8, 2022 3:18

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri yarışa hazırdır

Formula 1 Azərbaycan Qran-Prisinin ayrılmaz hissəsi olan könüllülər yarışa hazırdır. Bu il yarışa 1500 yerli könüllü cəlb olunacaq. Yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.Xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi üçün 8 minə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.xeber100.com  

İyun 8, 2022 3:16

Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda təlim-məşq toplanışına başlayıb.Bakı Boks Mərkəzində keçirilən hazırlığa Azərbaycan millisinin üzvləri də qatılıblar. Komandalar təlim-məşq çərçivəsində sınaq qarşılaşmalarında da güclərini yoxlayıblar.Qeyd edək ki, Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda təlim-məşq toplanışı və buradakı yoldaşlıq görüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.xeber100.com

İyun 8, 2022 3:12

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə…

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Dreamland” Qolf Klubunda qolf turniri keçirilib.Bakı Şəhər Halqasından Azərtac-a bildiriblər ki, formula 1 Azərbaycan Qran-Prisinə dəstək məqsədilə keçirilən turnirə 17 komanda olmaqla, yerli və xarici 68 qolfçu qatılıb.Dörd saat davam edən yarışda komandalar meydançada 18 dəlik üzrə mübarizə aparıblar.Turnirin qalibləri Elman Rzayev, Eldar Kərimov və Xəlil Hüseynov 62 zərbənin yekununda 55,3 balla ən yüksək pilləyə layiq görülüb. 65 zərbənin yekununda 56,6 bal qazanan Kris Viliams, Qrant Vatson, Alasteir Duqlas və Skot Paterson isə ikinci yerdə qərarlaşıb.Üçüncü yerin mükafatçıları isə 59 balla Robert Stivinson, Edvard Edqar, Con Salins və Andru İkstrums olub.“Bakı Şəhər Halqası kimi artıq beş ildir ki, bu turnirə dəstəyimizi göstəririk. Düşünürəm ki, bu dəfə də iştirakçılar maraqlı oyun nümayiş etdirdilər. “Dreamland” Qolf Klubuna bu xoş qonaqpərvərliyi üçün təşəkkür edirəm. Hər kəsi iyunun 10-12-də keçiriləcək yarışımıza dəvət edir, əyləncə dolu həftəsonu arzulayıram”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim yarışla bağlı bildirib.xeber100.com

İyun 7, 2022 3:32

Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.AFFA xəbər verir ki, səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:3 hesabı ilə məğlub olub.U-21 qrup mərhələsində sonuncu oyununu iyunun 14-də səfərdə Norveç komandasına qarşı keçirəcək.xeber100.com

İyun 7, 2022 3:30

Cüdo üzrə Avropa kuboku yarışları başa çatıb

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.Yarışın son günündə cüdoçumuz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Yarımfinal görüşündə zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyən idmançımız gümüş medalla kifayətlənib.Beləliklə, komandamız qitə kuboku yarışını iki medalla başa vurub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Vüsal Qələndərzadə (73 kq) də ikinci yeri tutub.xeber100.com

İyun 6, 2022 12:11

“Norway Chess” beynəlxalq şahmat turnirində…

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.xeber100.com

İyun 6, 2022 12:09
    Page 100 of 830« First«...102030...9899100101102...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az