Həndbol üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan və Bakı birinciliyinə yekun vurulub.Şağan Olimpiya İdman Kompleksində təşkil edilən yarışda 2006-2008-ci il təvəllüdlü oğlanlar Azərbaycan birinciliyində qüvvələrini sınayblar.Yarışın son günündə keçirilən oyunlarda “Bakı-1”kollektivi “Bakı-2” komandasını 26:8, “Gəncə” isə “Bakı-3” komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə “Bakı-2” komandası “Bakı-3”ə 19:9, “Bakı-1” “Mingəçevir”ə 24:16 hesabı ilə qalib gəlib.Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2 komandası üzərində qələbə qazanıb – 14:9.Nəticələrə əsasən, “Bakı-1” komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi adını qazanıb. İlk üçlüyü “Bakı-2” və “Gəncə” komandaları qapayıblar.2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı qızlar arasında 28 May –Müstəqillik Gününü həsr olunmuş Bakı birinciliyinin də qalibləri bəlli olub. Şağan Olimpiya Kompleksində keçirilən yarışın qalibi adını 2 saylı İOEUGİM kollektivi qazanıb. II və III yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov onlara qarşıdakı yarışlarda da uğurlar arzulayıb. Federasiyanın baş katibi Yusif Atakişiyev, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin də qatıldığı mükafatlandırma mərasimində idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.xeber100.com

İyun 5, 2022 12:11

Beynəlxalq Velosiped Gününə həsr olunmuş yarış keçirilib

Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Şuşa İli” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş trek velosipedi üzrə yarış keçirilib.“Şuşa sən azadsan” devizi ilə keçirilən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin 2005-2010-cu il təvəllüdlü oğlan və qız idmançıları iştirak ediblər.Şəxsi xarakter daşıyan yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilib.İdmançılar 200 metr və 2 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar.Startdan öncə AVF və “Təhsil” Respublika İdman Mərkəzinin rəhbərliyi çıxış edərək, idmançılara “Şuşa ili” və Beynəlxalq Velosiped Günü haqqında ətraflı məlumat veriblər.İki yüz metr məsafəyə fərdi ötüşmədə oğlanlar arasında Cavid Qəfərli, qızların yarışında isə Ayan Məmmədzadə hamını qabaqlayaraq birinci yerə layiq görülüblər.İki kilometr məsafəyə fərdi ötüşmədə oğlanlar arasında Artyom Proskuryakov, qızlarda isə Xədicə Nabatzadə ən sürətli velosipedçi olublar.Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.xeber100.com

İyun 4, 2022 6:24