03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycana həsr olunmuş şahmat turniri keçirilib

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə ölkəmizin Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Azərtac-a bildiriblər ki, La Xoya-Riford Kitabxanasında təşkil olunan 4-cü San-Dieqo - Azərbaycan gənclərarası şahmat turnirində 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.İlk üç yeri tutan şahmatçılara Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, həmçinin bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər və nəşrlər təqdim olunub.Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb.xeber100.com

İyun 2, 2022 10:27

Futbol üzrə dünya çempionatı Qətərdə təşkil olunacaq

İyunun 1-də futbol üzrə Şotlandiya və Ukrayna milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən oyunu niderlandlı FIFA referisi Denni Makkelli idarə edib.Qarşılaşma Ukrayna yığmasının inamlı qələbəsi ilə başa çatıb – 3:1.Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları dünya çempionatına sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.Xatırladaq ki, UEFA Ukraynadakı vəziyyətə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.Futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.xeber100.com

İyun 2, 2022 10:24

“Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib

Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.Azərbaycan təmsilçisi Teymur Rəcəbov ikinci turda norveçli Aryan Tari üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarov isə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Bundan əvvəlki turda isə T.Rəcəbov ABŞ təmsilçisi Uesli Soya uduzub, Ş.Məmmədyarov isə Aryan Tarini məğlub edib.Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 2,5, Teymur Rəcəbovun 1,5 xalı var.“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.xeber100.com

İyun 2, 2022 10:21

Həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək

İyunun 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinə start veriləcək.Azərbaycan Həndbol Federasiyası (AHF) xəbər verir ki, yarışlarda Bakının 3 komandası ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar.İki gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi və AHF-in birgə təşkilatçılığı ilə keçiriləcək.Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.Bu yarışla yanaşı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və AHF-in birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may - Müstəqillik Gününə həsr olunmuş Bakı şəhər birinciliyi də keçiriləcək.xeber100.com

İyun 2, 2022 10:17

Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq

Futbol üzrə Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq.Bu barədə ölkənin futbol federasiyasının yeni prezidenti Adilet Barmenkulov qərar verib.Ancaq dəyişikliyin nə zaman qüvvəyə minəcəyi məlum deyil.Qazaxıstan çempionatında 2021-ci ildən 14 klub mübarizə aparır. 2013-cü ildən həmin vaxtadək əsas liqada 12 komanda çıxış edib.xeber100.com

May 24, 2022 3:52

Şahmat üzrə beynəlxalq turnir davam edir

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Şahmatçımız Misrətdin İsgəndərov ötən 3 turda maksimum xal toplayaraq liderlər qrupunda qərarlaşıb. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 2,5, Nicat Abasov 2, Aydın Süleymanlı 1 xal toplayıblar.Turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edir ki, onlardan da 65-i qrosmeysterdir.Qeyd edək ki, mayın 29-da başa çatacaq yarış 9 turdan ibarətdir və İsveçrə sistemi ilə keçirilir.xeber100.com

May 24, 2022 3:50

“Sabah” futbol klubu futbolçusu ilə yollarını ayırıb

Bakının “Sabah” klubu futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. Ş.Periçiç 2021-ci ilin avqustunda “Sabah”a transfer olub.Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.xeber100.com

May 24, 2022 3:49

2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib

UEFA Avropa Liqasında 2021/2022-ci il mövsümünün ən yaxşı qolu müəyyənləşib.Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin “Fənərbağça” klubunun hücumçusu Mergim Berişanın Belçikada “Antverpen”i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin dördüncü tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.Matçın 29-cu dəqiqəsində rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.Qeyd edək ki, "Fənərbağça" Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.xeber100.com

May 24, 2022 3:46

İtaliya A seriyasının sonuncu turunun oyunlarından sonra…

İtaliya A seriyasının sonuncu turunun oyunlarından sonra elitanı tərk edən üçüncü klub da müəyyənləşib. Azərtac xəbər verir ki, bu “Kalyari”dir. Komanda sonuncu turda “Salernitana”ya 0:4 hesabı ilə uduzub. Bununla da 30 xalla 18-ci pillədə qalan “Kalyari” yüksək liqa ilə vidalaşıb.Qeyd edək ki, bundan əvvəl “Cenoa” və “Venesiya”nın A seriyasını tərk edəcəyi dəqiqləşmişdi.xeber100.com

May 23, 2022 3:34

2022-2023-cü il mövsümü üçün transfer çalışmaları davam edir

“Sumqayıt” futbol klubu 2022-2023-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Klub daha bir futbolçusu ilə müqaviləni yeniləyib.Futbol klubunun mətbuat xidmətindən bildirilib ki, Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb. 2019-cu ildən komandanın şərəfini qoruyan Vüqar Mustafayev bu müddət ərzində ümumilikdə 64 oyunda meydana çıxıb.V.Mustafayev, həmçinin Azərbaycanın U-21, U-23 və “A” millilərinin uğurları üçün çalışıb.xeber100.com

May 23, 2022 3:29
    Page 102 of 830« First«...102030...100101102103104...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az