TASS informasiya agentliyinin məlumatına görə…

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç təşkilatın bu yay keçiriləcək seçkilərində iştirak edəcək. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. A.Dvorkoviçin komandasına 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anand, doqquzuncu dünya çempionu çinli Çju Çen, həmçinin norveçli Yoran Eulin-Yansson və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov daxildir.Seçkilər FIDE-nin Baş Assambleyası çərçivəsində avqustun 7-8-də Hindistanın Çennai şəhərində keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.TASS agentliyinə müsahibəsində A.Dvorkoviç beş milli federasiyadan dəstək məktubu aldıqdan sonra təşkilat rəhbərinin seçilməsi üçün rəsmi ərizə verəcəyini vurğulayıb.FIDE-nin prezidenti qeyd edib ki, Vişvanatan Anand dünya çempionlarından biridir, şahmat aləmində hörmətli şəxsdir və onu bütün dünyada tanıyırlar. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov indi FIDE-nin vitse-prezidentidir və mən ona öz vəzifəsini saxlamağı təklif edəcəyəm. Yeni vitse-prezidentliyi isə Fişer şahmatı üzrə dünya çempionatını təşkil edən norveçli həmkarım Yoran Eulin-Yanssonu təklif edəcəyəm.2018-ci ilin oktyabrından FIDE-yə rəhbərlik edən A.Dvorkoviç təşkilatın düzgün istiqamətdə inkişaf etdiyinə əminliyini ifadə edib: “Yaxın günlərdə proqramı dərc edəcəyəm, yalnız onu deyim ki, bu, bizim məşğul olduğumuz sahələrdə işin davamıdır. Hamı FIDE-də inkişafın düzgün istiqamətdə getdiyinə inanır”.xeber100.com

May 12, 2022 3:05

VII beynəlxalq Türkiyə açıq çempionatı keçiriləcək

Mayın 12-15-də İstanbulda VII beynəlxalq Türkiyə açıq çempionatı keçiriləcək.Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinin məlumatına görə, bu ildən WAKO tərəfindən dünya kuboku sayılan bu yarışda kikboksinqin 6 versiyası üzrə mübarizə baş tutacaq.Turnirdə Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət komandaları da mübarizə aparacaq. Ümumilikdə, qardaş ölkədə Azərbaycanın 107 idmançısı yarışacaq. İlk dəfə bu turnirdə Azərbaycan kikboksinqin point fighting növündə də təmsil olunacaq. Belə ki, bu növdə 31 idmançımız 14 çəki dərəcəsi (5 qadınlar, 9 kişilər) üzrə qüvvəsini sınayacaq. Açıq çempionatda ilk "üçlüy"ə düşən idmançılarımız avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına lisenziya qazanacaqlar.Bu məqsədlə AKF-in prezidenti Orxan Əliyev qurumun Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən təlim-məşq mərkəzində Türkiyədə yarışacaq idmançılarla görüşüb. Federasiya prezidenti idmançılarımızın qardaş ölkədə yüksək səviyyədə çıxış edəcəklərinə, bayrağımızı yüksəklərə qaldıracaqlarına inandığını bildirib. O.Əliyev özünün də yarışı tribunadan izləyəcəyini vurğulayıb.Qeyd edək ki, yarışda idmançıları gənclər və yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Hikmət Hacıyev, böyük məşqçilər İlqar Abbasov, Telman Məhərrəmov, məşqçilər Müşfiq Hüseynov, Şahin Xudaverdiyev, Pərvin Məmmədov və Eduard Məmmədov rinqə və tatamiyə çıxaracaqlar. Açıq çempionatın hakimləri arasında AKF-nin hakimlər kollegiyasının sədri Fəxrəddin Quliyev və onun müavini Aydın Ağabəyov da yer alacaq.xeber100.com

May 11, 2022 12:47